Sırf iş həyatından danışsaq, Aslanı bir çox mətbuat xidməti rəhbərindən fərqləndirən xüsusi bir cəhəti var. Şefi Ramin Musayevin dostları ilə də xoş münasibət qura bilir, onun əleyhdarları ilə də dil tapır. Görür ki, biri yola gəlmir, güclü silahı işə düşür: yüksək yumor hissi. Bundan sonra həmin adam keçir Aslanın tərəfinə.
Qızıl ortanı tapmağı bacarır. Yumor hissi filan, bunlar öz yerində. Yaxşı diplomatiyası da var. Və o diplomatiya PFL üçün də, Ramin Musayev üçün də sipər rolunu oynayır.
Yerli və xarici səfərlərə apardıqları jurnalistlərin siyahısını görəndə heyrət etməyə bilmirsən: içində PFL prezidenti barəsində bol-bol təriflər yazanlar da olur, onu göydən yerə çırpanlar da.
Niyə heyrətlənir adam? Axı, Azərbaycanda yaşayırıq biz. Biri barəsində uzun-uzadı xoş sözlər deyib, bir cümlə də haqlı tənqid söyləyəndə o bər-bəzəkli sözlər, adi nəzakət xatirinə təşəkkür etmək qalır qıraqda, yapışır sonuncudan ki, mən mələyəm, ay parçasıyam. Bir il adamı danışdırmır ki, nahaq bunu demisən.
Aslan bunu heç vaxt söyləməyib. Nə PFL-in yanında, nə də qarşısında olanlara.
O, futbolumuz üçün böyük bir qurumda babat vəzifədədi. Amma bizdə babat vəzifə deyəndə çox şirnikləndirici görünür. Onun yekə kabineti, lüks mənzili, bahalı maşını yoxdu, cibi də dolu deyil. Sadə, kasıbvari bir həyat sürür. Tanımayan inanmaz, bilirəm. Axı, bizim futbolda çalışanların mütləq əksəriyyəti öyrəncəlidi ayrılan milyonlarla pulun mümkün olan qədərini basıb yeməyə.
Bu adam haram tikə yeməyi bacarmayıb. İstəsə də bacarmayacaq. Çünki təmizdi. Özü də, geni də.
İşi, maddiyatı qoyaq bir kənara.
Mənən nə qədər zəngin insan olmalısan ki, az qala ucdantutma hamı sənin barəndə "qızıl oğlandı" desin. Əlbəttə, təəccüblənirsən. Yəni belə şey ola bilər ki, eyni adam barədə mütləq əksəriyyət müsbət fikirdə olsun? Amma olur da. İstisnalar olur.
Möcüzə kimi görünsə də.
Və o istisnalar olanda olursan Aslan. Şahgəldiyev Aslan.
35 yaşın mübarək, əziz dost!
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada