BİRİNCİ GÜN
Vyanadan 70 kilometr aralıda Bad Erlah qəsəbəsindəyik. Milli komandamız təlim-məşq toplanışına görə burada məskunlaşıb. AFFA məşq və yoxlama oyunları üçün stadionu da elə otelin lap yaxınlığında (5-10 dəqiqəlik məsafədə) seçib. Stadionun ətrafı meşəlikdi. Məşq, oyun bir yana, beyini artıq yükdən təmizləmək üçün bura əla bir yerdi. Elə bəri başdan bu səfərə Qol.az saytını dəvət etdiyi üçün AFFA-nın baş katibi Elxan Məmmədova, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna təşəkkür edirəm.
Davamlı olsun))

Millinin qaldığı otel
Bad Erlahı təriflədikcə, səfər yoldaşım İxtiyar (sevimli apasport.az saytının başqanı) deyir ki, İnsbrukun yanında Bad Erlah nədi ki. Vaqif Sadıqov da onunla razılaşır. Stadiondayıq hamımız. Andorra ilə oyuna baxmağa gəlmişik. İsgəndər Cavadov da burdadı ki... Görüşür. Sonra tribunada əyləşir. Nəsə kefsiz dəyir gözümə. Həmkarlarım deyəsən, müsahibə almaq istəyirlər. Qarşıdan 60 illiyi (2 avqustda) gəlir axı... Razılaşmır. Axır vaxtlar qaçır mediadan.

İsgəndər Cavadov, Elxan Məmmədov və Vaqif Sadıqov Andorra ilə oyunu izləyir
“Qarabağ”ın və “Neftçi”nin oyunçuları da tribunadadılar. Bir gün əvvəl Azərbaycan kubokunda final oynadıqlarından və Avstriyaya bizimlə təxminən eyni vaxtda yorğun gəldiklərindən Prosineçki istirahət verib. Oyuna baxırıq hamımız. Rəşad bir kapitan kimi ara-sıra kənardan meydandakı komanda yoldaşlarına səslənib göstəriş verir.
Bir tərəfdə Bad Erlahın gözəl havası, o biri tərəfdə də futbol. Uzun yolun yorğunluğundan elə təzəcə özümüzə gəlmək istəyirik ki, səs-küy başlayır. Tamaşaçılar deyil a, andorralı oyunçulardır. Matçın birinci saniyəsindən axırıncı saniyəsinə qədər, 90 dəqiqə, a kişi, düz 90 dəqiqə bu adamlar dayanmadan, yorulmadan, həvəsdən düşmədən eləcə bir-birilərinə qışqırdılar.
Demək ki, yarıhəvəskar, yarıpeşəkar oyunçular belə olurmuş. Amma problem andorralıların qışqırması deyil. Yas tutub ağlayası deyilik ki… Ağlayırıqsa, gəlin elə bu cırtdan ölkənin yarıhəvəskar komandasına qol vura bilməyən millimizin durumuna ağlayaq. FİFA reytinqində biz 133, onlar 202-ci yerdədilər.

Bad Erlah qəsəbəsinin küçəsində Azərbaycan - Andorra oyununun afişası. Oyuna biletin qiyməti 7-10 avro idi... Az da olsa tamaşaçı gəlmişdi
Başa düşürəm, yoxlama görüşüdü, Prosineçki yeni futbolçulara, özü də gənclərə və yerli oyunçulara şans verir. Əla. Amma razılaşın, millimiz ikinci yox, lap iyirmi ikinci heyətlə oynasaydı belə, Andorra kimi komandanı udmalı idi. Millidə problem çoxdu (Andorra ilə oyundan 2 gün sonra Makedoniya ilə görüşün bizim üçün biabırçı olan birinci hissəsi zamanı buna bir daha şahid olduq – A.B.). Və bu problemi həll etmək təkcə milliyə birbaşa cavabdeh olan Elxan Məmmədovun işi deyil. Mediada barəsində haqlı və haqsız tənqidlər olur. Amma insafla danışsaq, axı, Andorraya qol vura bilməyən, onlara qarşı oynayan baş katib deyil, futbolçudu. Azərbaycan futbolçusu, o futbolçunun məşqçisi uğursuzluğa görə AFFA-nın rəhbərliyindən az məsuliyyət daşımırlar. Etiraf edək ki, bu qədər yüksək şərait yaradılıb milli üçün. Amma məşhur filmdə deyildiyi ki, 8 min manat alıblar, oynamaqlarına bax!
Millinin məşqçi heyətinin, AFFA Məşqçilər Komitəsinin bu problemləri gördüyünə şübhə etmirik. Sentyabrın 4-ü DÇ-2018-də ilk rəsmi oyunumuzdu. İnanmaq istərdik ki, o vaxta qədər bu problemlər həllini tapacaq. Yoxsa, Andorra ilə oyundakı uğursuz nəticənin başqa bir “cırtdan”la – San-Marino ilə görüşdə təkrarlanmayacağına kimsə zəmanət verə bilməz.
Hələlik futboldan bu qədər.
…Oyundan çıxıb Bad Erlahdan maşınla təxminən 10 dəqiqə aralıda yerləşən Lanzenkirçen kəndinə gedirik. Burada biz jurnalistlərin qalacağı otel yerləşir. Kəndə daxil olanda çaşıb qalırıq.
Axı, bura kənd deyil! Məgər, kənd belə olur?
Bura kənddirsə, bəs onda bizim hər gün gördüyümüz – küçələrində inək, qoyun gəzən, yolları tozlu-palçıqlı, peyinli olan yerlər nədir?
Adam heyrətlənməyə bilmir. Bir kəndi necə bu qədər təmiz, səliqəli saxlamaq olar? Bir kənd bu qədər sakit ola bilərmi?
(İkinci günün yazısı – sabah)
Aydın BAĞIROV
Vyana – İstanbul – Bakı aviareysi
30 may
Yuxarı
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi