Aydın BAĞIROV
Ramil Şeydayev azərbaycanlıdır. 19 yaşı var. Rusiya milli komandasında oynayır (əvvəl U-19, hazırda U-21).
Hazırda Azərbaycanın U-19 millisinə cəlb olunan 18 oyunçudan 17-si də azərbaycanlıdır. Əgər “lipa” deyillərsə, onların da 19 yaşı var.
Ramil Şeydayev U-19-lar arasında “Avro-2015”in seçmə və final mərhələsində təkbaşına üst-üstə 12 qol vurub!
Bizimkilərin topası isə elə həmin yarışda (seçmə və elit mərhələ) cəmi 5 qol vurub!
Hə, Ramil Şeydayev bir mövsümə 12 qol vurub!
Bizim U-19 millisində son 5 Avropa çempionatında (2011-2015-ci illərdə) oynamış ən azı 50-dən çox futbolçunun hamısı isə üst-üstə cəmi 15 qol vurub!
Deməli, faciə Şeydayevin bizim millidən imtina etməsi deyil, faciə son 4 ildə 23 oyunda cəmi 15 qol vurmaqdır!

Şeydayevin qazandığı Avropa çempionatının bombardiri adı və Avropanın vitse-çempionluğu olub.
Bizimkilərin “qazandığı” isə söyüş olub.
Şeydayev 12 qol vurub sadəliyini, təvazökarlığını qoruyub.
Bizimkilər bir qələt eləməyib, amma başları indidən havalanıb.
Şeydayevi U-19-dan U-21-ə yüksəldirlər.
Bizimkini qovub gəldiyi kluba göndərirlər.
Şeydayev Rusiyanın U-21 millisində qollar vurub komandasına uğur qazandırır.
Bizimki mühüm oyunda hikkəsindən qırmızı alır.
Və... Ortada bir gerçəklik var: qol vurub uğura gedən də azərbaycanlıdır, qırmızı alıb meydandan, intizamsızlıq edib komandadan qovulan da.
Amma biz həmişə bu ölkənin adını batıran azərbaycanlını başqa bir azərbaycanlıdan - uğura gedən, futbolun zirvəsinə doğru addımlayan azərbaycanlıdan daha çox istəyəcəyik, daha çox hörmət edəcəyik.
Əmin ola bilərsiz, bu millət Şeydayevə həmişə xain, satqın gözüylə baxacaq, onu stadionda görəndə fitə basacaq.
Çünki o, Azərbaycan millisini deyil, doğulub boya-başa çatdığı Rusiyanı seçib.
Hə, bir patriot kimi davranmayıb. Amma peşəkar kimi davranıb.
Bizim millət sevir axı belə şeyləri, hamı patriot olmalıdı. Bəli, başqa cür olmamalıdır da: vətəni, dövləti, bayrağı sevməliyik. Amma öz işimizi də sevməli, öz peşəmizə də hörmət eləməliyik, axı.
Hörmət edirik özümüzə?
Ya da sualın qoyuluşunu dəyişək: özünə, peşəsinə və nəhayət, sənə, əziz futbol azarkeşi, sənə, sənin ölkənə hörmət edirmi sənin futbolçun?
Bugünlərdə keçirilən U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsində hər cür intizamsızlıq edən məgər Ramil Şeydayev idi?
Məgər, on illərdir səni, sənin ölkəni futbol dünyasında rəzil edən Ramil Şeydayevdir?
Ramili fitə basaq, ondan əvvəl isə Rusiya millisini seçən Aleksandr Səmədovu fitə basaq.
Amma gəlin, soyuq başla onu da fikirləşək: Səmədov (gələcəkdə Şeydayev) bizim millimizi seçsəydi, nə qazanacaqdı? Adam bizim millidə heç bir perspektiv görməyib Rusiyanı seçdi, pis-yaxşı dünya çempionatının final mərhələsi kimi nəhəng bir yarışda oynadı.
Yaxşı, lap deyək ki, Səmədov da qəbahət edib, Şeydayev də... Onların qəbahəti yalnız Rusiyanı seçməkdisə, bəs onda bizim, Rusiyanın yox a, məhz bizim öz bayrağımız altında meydana çıxıb belə məsuliyyətsizlik edib ölkənin nüfuzuna zərər vuranların qəbahəti nə boydadır?
Suallar çoxdu, həddən artıq çoxdu... Və kimsə, kimlərsə o suallara cavab verməlidir... Şeydayevi az qala dar ağacından asanlar belə...
Amma asmaqla, öldürməklə də iş bitmir.
Biz yetişdirməli və yaşatmalıyıq... Ən azı Səmədov, Şeydayev səviyyəsində futbolçular yetişdirib onları qorumalı, inkişaf etdirməliyik.
Təbii ki, ruslar kimi bacarırıqsa.
Bacaracağıq, bacarmayacağıq, zaman göstərəcək.
Amma bu ölkənin U-19 millisində oynayan futbolçusunun Şeydayevdən örnək götürməsi çox yaxşı olardı...
Özü də utanmağa gərək yoxdu, Şeydayev özümüzünküdü, erməni Mxitaryan deyil...
Aydın BAĞIROV
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi