Aydın BAĞIROV
Sadıq Sadıqovun vaxtında belə deyildi. Komanda həvəsdən düşəndə, nəyə görəsə, kimə görəsə oynamaq istəməyəndə klub prezidenti kimi araya girir, öz nüfuzu, hörməti və həm də zəhmi ilə onları oynamağa vadar edirdi.
Futbolçusu, məşqçisi “Neftçi”nin prezidentinə hörmət edirdi, sevirdi, həm də ondan qorxurdu. “Neftçi”nin dalbadal qazandığı çempionluqlar, futbol tariximizdə ilk dəfə olaraq Avroliqanın qrupuna düşməsində bu sadaladıqlarımız az rol oynamamışdı. O başqa məsələ ki, Sadıqovun dönəmində də “Neftçi”nin nüfuzuna az zərbə dəymədi.
O vaxt “Neftçi”ni daha çox ona görə ittiham edirdilər ki, tez-tez qalmaqallar, hakimlərlə yersiz və süni problemlər yaradılırdı... Amma bütün bu mənfi hallarla yanaşı, o vaxt “Neftçi”nin təkcə adı yox, həm də özü var idi, gücü var idi, nüfuzu var idi...
Bəs, indi? Hanı, hardadı o güclü, o əzəmətli “Neftçi”, hörmətli Müşahidə Şurası və onun sədri?
“Neftçi” niyə belə ölmüş vəziyyətdə, rəzil gündədir?
Başa düşdük, hörmətli Çingiz Abdullayev roman yazdığından kluba çox vaxt ayıra bilmir, şuranın digər üzvü Bəhram Bağırzadə isə “Neftçi”dən başqa hər şeyə vaxt ayırır.
Futbolla, ya da məhz elə özünə aid məsələ - azarkeşlərlə bağlı sual ünvanlayanda “gəlin, futboldan başqa nədən istəyirsiz danışaq” deyir.
Biz də soruşmaq istəyirik ki, Bəhram müəllim, axı “Neftçi”nin oyununa nə üçün vur-tut 400-500 adam gəlir... Axı azarkeşi stadiona cəlb eləmək sizin birbaşa vəzifə borcunuzdur. Amma yoxa çıxıb Bəhram müəllim...
Məlum, işləri yürüdən Elnur Məmmədovdur. Əslində bütün suallar da ona ünvanlanmalıdır. Sorğu göndərirsən mətbuat xidmətinə, söz verirlər, vəd verirlər, axırda da məlum olur ki, iki aydı bir addımlıqlarında olan Elnur bəy-əfəndini tapa bilməyiblər.
Demə, icraçı direktor bu müddətdə Tacikistanda Asiya ölkələri üçün futbol idarəçiliyi ilə bağlı mühazirə oxumağa hazırlaşırmış)) Belə yerdə deyirlər, buranı yarıdıb, indi gedir oranı düzəltməyə.
Gülməli deyil, vallah!
Kimsə oturub can üstə olan “Neftçi”nin bu gününə ağlamalıdır. Birinci növbədə də klubda faktiki olaraq hər şeyə cavabdeh olan Elnur Məmmədov. Təqsiri gənc məşqçinin, gənc futbolçunun üzərinə atmaq lazım deyil.
Problem birinci növbədə yarıtmaz idarəçilikdədir.
Klubun büdcəsi azaldılsa da, yenə də “Qarabağ” və “Qəbələ”dən sonra üçüncüdür. Normalda komanda turnir cədvəlində ən azı ilk üçlükdə olmalıydı. Amma “Neftçi” altıncıdır. Görün, komanda hansı durumdadı ki, debütant “Zirə”, pul üzünə həsrət qalan “İnter”, məhdud büdcəsi olan “Kəpəz” belə “Neftçi”ni qabaqlayır. Və nəhayət, görün, eks “Flaqman” hansı günə düşüb ki, sonuncu yerdə olan “Rəvan” belə ilk qələbəsini “Neftçi” üzərinə qazanır.
Amma bütün bu biabırçılığa baxmayaraq, “Neftçi” ev oyunları zamanı saytında elan yerləşdirir ki, 1 manata bilet satırıq, gəlin oyunumuza. Azarkeş də gəlmir axı oyuna. Sonra da klub gileylənir ki, bizə dəstək olmurlar.
Kimə və niyə dəstək olsun, Elnur Məmmədov?
Siz birinci uğur qazanın, küskün azarkeşi geri qaytarın.
Amma uğur qazanmaq sponsorunuz “ASAN xidmət”dən sənəd almaq qədər asan deyil, onu da biləsiz.
Təmiz qələbəni almırlar, qazanırlar.
Amma siz bunu edə bilmirsiz, sadəcə olaraq bacarmırsız...
... Və bununla da “Neftçi”dən gedənə rəhmət oxutdurursuz.
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada