Bilənlər bilir, 1-2 ay əvvəl Azərbaycanın U-17 milli komandası Avropa çempionatında elit-raunda vəsiqə qazanıb. Azərbaycanla yanaşı daha 31 komanda da həmin mərhələdə oynamaq hüququ əldə edib. Yəni futbol meydanında qeyri-adi nəsə etməyiblər.
Amma məsələ ki, pula gəldi... Bax, onda qeyri-adi durum yaranır. Görürsən ki, əgər “lipa” deyilsə, cəmi 17 yaşlı uşaq da çönüb olub “böyük qardaş"ının – A milli komandadakı oyunçunun bir tayı.
Sonra düşünürsən, guya başqa nə olmalıydı ki? Kiçik böyükdən nümunə götürər... Bizim o harınlamış, dikbaş futbolçulardan kim, hansı nümunəni götürəcək? Hələ o böyüklərin böyük bir kəsimini tərbiyələndirmək lazımdı.
Əlbəttə, belələrindən azyaşlı oyunçu pis və qüsurlu nə varsa, onu mənimsəyəcək. Yoxsa, 17 yaşlı uşaq qarşıda onu gözləyən yarış əvəzinə niyə indidən ancaq pulu fikirləşsin?
Çox vaxt qınayırıq AFFA-nı. Amma baxın... O uşaqlar bu yaşda gedib çoxlarının arzusunda olduğu xarici ölkələri gəzirlər, hələ federasiyadan günlük səfər pullarını da alırlar, pulsuz yemək yeyirlər, babat otellərdə qalırlar.
Bu yaşda futbolçu indi pulu yox, ancaq karyeranı fikirləşməlidir. Elə deyilmi, Mirbağır müəllim?
Haqqınızda həm bir insan, həm də məşqçi kimi yalnız xoş sözlər eşitmişəm. Mətbuatdan oxuduğuma görə, nizam-imtizama ciddi fikir verirsiniz, futbolçulara qarşı tələbkar və sərtsiniz.
Elə isə son günlər mətbuatın gündəmdə saxladığı, artıq AFFA rəhbərliyinin də münasibət bildirdiyi, əminəm, sizin xəbəriniz olmadan futbolçularınızın etdiyi yaşlarına uyğun olmayan hərəkətlə bağlı lazımi ölçü götürməyinizin zamanı çatıbdı.
Bəlkə də, artıq nəsə tədbir görmüsünüz, xəbərimiz yoxdur.
Axı, futbolçu psixologiyasını biz yazarlardan çox siz futbol adamları daha yaxşı bilirsiniz. İndidən 17 yaşlı uşaqların bu cür davranışı bizim futbolu gələcək faciələrə aparır.
Bu yaşda oyunçu elit raunda çıxdıqlarına görə AFFA-nın verəcəyi üç min dollarlıq (ya manatlıq, fərq etməz) mükafatı gecikdirməsinin hesabını tələb edirsə, hələ pulun azlığından da şikayət edirsə, demək, birinci elə onların özü üçün ciddi bir təhlükə yaranıb: bu yaşda özləri də bilmədən, gələcəyin indidən yekəxana, yalnız pul psixologiyası ilə böyüyəcək bir futbolçu nəslini formalaşdırırlar.
17 yaşında 3 mini fikirləşəndə futbolda son dayanacağınız ən yaxşı halda bilirsiniz da hara olur?
Türkiyə PTT birinci liqası! Kamranın, Mahirin, Vaqifin oynadığı liqa...
Futbolu bitənlərin liqası.
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada