"Bəs bizim futbol idarəçilərinə nə olub? Məgər, AFFA üçün Samir Ələkbərova – futbolumuzun CANLI ƏFSANƏsinə komandalardan birində iş tapmaq bu qədərmi çətindir? AFFA-nı bir kənara qoyaq, bəs “Neftçi”yə nə olub? Hörmətli Sadıq Sadıqov, Elnur Məmmədov və “Neftçi”də söz sahibi olan digər insanlar, Samir Ələkbərov sizin kluba ömrünü qoyub, ömrünü!"
Uzaqda deyil, lap yaxınlığımızda, bir addımlığımızdadır. Böyük əksəriyyət isə onunla eyni şəhərdə - Bakıda yaşayır.
Çoxunuz yaxşı tanıyırsız onu. “Neftçi” tarixinin ən çox qol vuran iki oyunçusundan biridir: 138 qol! Digəri əfsanəvi Banişevskidir. Samir “Neftçi”də həm də ən çox oynayan futbolçular sırasındadır: 284 oyun.
Statistikayla oxucunu yormaq fikrində deyiləm. Onun bir futbolçu kimi hansı özəlliyə sahib olması haqda onsuz da çoxlarının bildiyi həqiqətlər barədə də danışmayacam. Düzdür, zamanı gələndə bunlar da xatırlanacaq, xatırlanmalıdır da.
Amma indi sizli, bizli hamımız başqa bir suala cavab tapmalıyıq: futbolumuzun canlı əfsanəsi niyə birdən-birə sanki qeybə çəkilib?
Onun son iş yeri (bir ara qısa müddətə çalışdığı, birinci dəstədə az qala pulsuz oynayan “Şuşa” klubunu saymasaq) “Xəzər Lənkəran” olub. Bundan sonra isə - artıq bir neçə ildir - Samir Ələkbərov futbol aləmindən yoxa çıxıb. Yoxa çıxıb deyəndə ki, ara-sıra mətbuatda hansısa məsələyə münasibət bildirib. Amma faktiki olaraq, bu adam bir neçə ildir, işsiz qalıb. Elə bil Azərbaycan futbolunda Samir Ələkbərov adında birisi ümumiyyətlə, olmayıb.
Tamam, görünən budur ki, Samir qürurlu insandır, əksər futbol veteranları kimi iş üçün, pul üçün hər hoqqadan çıxmayıb, mənliyini ayaqlar altına atmayıb.
Yaxşı, bəs bizim futbol idarəçilərinə nə olub? Məgər, AFFA üçün Samir Ələkbərova – bir daha qeyd edirəm, futbolumuzun CANLI ƏFSANƏsinə komandalardan birində iş tapmaq bu qədərmi çətindir? AFFA-nı bir kənara qoyaq, bəs “Neftçi”yə nə olub? Hörmətli Sadıq Sadıqov, Elnur Məmmədov və “Neftçi”də söz sahibi olan digər insanlar, Samir Ələkbərov sizin kluba ömrünü qoyub, ömrünü!
Bəs, siz – böyük komanda yaratmaq xülyaları ilə yaşayan cənablar, əvəzində nə edirsiniz? Çoxmu problemdir, Samirə klubun hələ əsas komandasını bir kənara qoyaq, aşağı yaş qrupu üzrə komandalarından birində iş vermək? Budurmu, sizin “Neftçi”nin yaxın tarixinə qiymətiniz? Bir tək Samirin məşqçi kimi iş verdiyiniz bütün sabiq futbolçularınızın topası qədər xidməti olub “Neftçi”yə. Amma hanı o? Nə edir? Nə yeyir, nə içir, heç maraqlanmısız?
Bu suala bir jurnalist olaraq, Samirin özündən cavab tapa bilmirik. Uzun müddətdir media ilə ünsiyyətdən qaçır. Yenə də özünü qürurla aparıb şəxsi problemlərini ictimailəşdirmir. Yaxın ətrafından aldığım məlumata görə isə maddi durumu çox pisdir. Buna baxmayaraq, bəzi futbol veteranları kimi qapı-qapı düşüb dilənçiliklə, iş almaq üçün işverənliklə məşğul olmur.
İş dedim, yadıma bu günlərdə futbol veteranlarından birinin söhbəti düşdü. Demə, yuxarıda bir az tənqid etdiyimiz “Neftçi” hər ay xeyirxah addım da atır: klubun tarixində xidmətləri olan veteranlarına təqaüd verir. Çoxusuna. “Neftçi” qarşısında az-çox xidməti olanlara da, kluba zərər vuranlara da.
...Və o siyahıda Samir Ələkbərovun adı yoxdur!
“Flaqman”a "eşq" olsun!
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada