Adamdan soruşarlar, sən öz azarkeşinə cəmi 1 manata bilet satıb stadiona gətirə bilmirsən (hətta çox vaxt pulsuz da!), oyunun yayımını telekanala 50-100 minə necə satacaqsan və o oyun kimin üçün göstəriləcək?
Azərbaycan futbolu ilə azdan-çoxdan maraqlanan adamlar bilirlər ki, bu yaxınlarda AFFA Klublar Komitəsi adında bir qurum yaradıb. Bu komitənin Peşəkar Futbol Liqasına alternativ olduğu şübhə doğurmur. Deyirlər ki, komitənin fəaliyyəti Premyer Liqamızdakı problemləri yoluna qoymağa yönəlib.
Çox gözəl! Amma gəlin, öncə komitənin üzvlərinə, Azərbaycan futbolunun problemlərini çözmək iddiasına düşmüş şəxslərə baxaq. Başlayaq komitənin rəhbərindən. Tuyqun Nadirov, başqa sözlə, “Xəzər Lənkəran” klubu... Bu klubun rəhbərliyi son 6-7 ildir hələ öz problemlərini həll edə bilməyib, az qala, üç aydan bir məşqçi dəyişir, bu halda onların Azərbaycan futbolunda kök salmış problemi nə cür yoluna qoyacağı həqiqətən maraq doğurur.
Keçək digər klublara. İçlərində hələlik bir balaca “Qarabağ”ı fərqləndirmək olar: hər halda, pis-yaxşı, ortada builki Avroliqakı uğurlu nəticə var. Qalan bütün klublarda işlər tam olaraq yerində deyil. Komitənin sədri “Xəzər Lənkəran”da hansı problemlər varsa (idarəçilik və sair.), üzvlər olan klublarda da eyni və ondan daha artıq nöqsanlar mövcuddur.
Bu komitə yeni yarandığından hələlik real olaraq bir iş görməyib. Amma faəliyyətə başlayan kimi az qala PFL, çempionatın sponsoru olan Topaz və Hakimlər Komitəsinə savaş elan edib. Təbii, AFFA-nın hazırkı rəhbərliyi də prosesləri kənardan dəstəkləyir. Futbol çinovniklərinin üstüörtülü davasını (haqlı, ya haqsız) bir kənara qoyub, gələk Klublar Komitəsinin çempionatın teleyayımı ilə bağlı irəli sürdüyü gülməli təklifə.
Komitə bildirir ki, ola bilər, çempionatın yayım hüququ klublara verilsin, onlar isə yayım işlərini həll etdikdən sonra hazır siqnalı klublara satsınlar. Əslində normal futbol ölkələrində belədir. Klub yayımı satır, telekanal isə alır. Amma nəzərə alanda ki, Azərbaycan hələ də normal futbol ölkəsi olmağı bacarmayıb, onda ortaya sual çıxır: bizim klubların oyununu hansı ağıllı öz cibinin pulu ilə klublardan alacaq?
Xaricdə telekanal klubdan oyunun yayımını ona görə alır ki, onun izləyicisi çox olur, telekanal futbol matçının yayımından təkcə reytinq deyil, həm də pul qazanır. 1992-ci ildən üzü bəri, düz 22 ildir keçirilən milli çempionatlarımızın tarixində isə indiyədək hələ heç bir kanal bir qəpik pul verərək yayımı almayıb. Əmin olun ki, bu gedişlə qarşıdakı on ildə də almayacaq! Görəsən, Klublar Komitəsində bu təklifi irəli sürən adam(lar) normal olaraq fikirləşib ki, məsələn, özəl kanalda düşük aparacının mağar toyunu xatırladan bir proqramını izləyənlərin sayı onların bütün mövsümboyu – 8-9 ay ərzində tamaşa edənlərdən çoxdur? Uzağa getməyə nə gərək, elə o təklifi irəli sürən və dəstəkləyən klubların əksəriyyəti öz günahları ucbatından Premyer Liqadakı oyunları zamanı bomboş qalmış tribunalara baxsınlar. Adamdan soruşarlar, sən öz azarkeşinə 1 manata bilet satıb stadiona gətirə bilmirsən (hətta çox vaxt pulsuz da!), oyunun yayımını telekanala 50-100 minə necə satacaqsan və o oyun kimin üçün göstəriləcək?
Çempionatı bir kənara qoyaq, indiyədək Avropa kuboklarında oynamış klublarımızdan hansı (qrupa vəsiqə qazanan “Neftçi” və “Qarabağ”ın UEFA-dan yayıma görə əldə etdiyi gəlir xaric) təsnifat mərhələsində oyunlarını kanallara sata biliblər?
Təbii ki, heç biri. Bu klublar indi yeri gəlsə hələ “İdman Azərbaycan”a və çempionatın sponsoru “Topaz”a sağ ol deməlidilər ki, heç olmasa hər tur 1-2 oyunu təmənnasız göstərirlər. Kimsə yayımlanan oyunların azlığından şikayət edə bilər. Amma gerçəklikləri də nəzərə alaq. Məsələn, elə klub var, hələ də sadəlövhcəsinə inanır ki, dövlət televiziyası və ya başqa bir kanal pul verib yayımı alacaq. Amma normal olaraq fikirləşmir ki, sənə kütləvi maraq varmı? Varsa, niyə stadionun tribunalarını ağzınadək demirik, heç yarıyadək doldura bilmir?
Klublar Komitəsi birinci belə suallara cavab tapmalıdır. Amma nə qədər ki, o suallar açıq qalıb, problemlər həllini tapmayıb, kluba da, oyunlarına da heç bir kanal yaxın durmayacaq.
Aydın BAĞIROV
Dünya çempionatında 3 bürünc medal şansı
“Beşiktaş”da şok itki
“Yuventus”un hücumçusu “Barselona”ya keçir?
“İmişli” 3 xalı 3 qolla qazandı - Video
Millimiz Qazaxıstana qalib gəldi
Kaşkilya qələbəni Vüsala həsr etdi
Riçarlison “Everton”a qayıda bilər
Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başladı
“Turan Tovuz” səfərdən 3 xalla dönür - Video
Mahirə görə iclas oldu - Niyə oynamır?
Azər Həşimov: “Məğlubiyyətə layiq deyildik”
"Çelsi"nin Ter Ştegen planı
"Oyunumuz məni tam qane etmədi" - Kurban Berdıyev
"El-Klassiko"nu buraxacaq
"Kəpəz" - "İmişli": Heyətlər açıqlandı
Slot Salahı müdafiə etdi
Bakıda keçiriləcək dünya çempionatının vaxtı dəyişdi
"Karvan-Yevlax" - "Turan Tovuz": Heyətlər
Rafael Benitesin işsiz günləri başa çatdı - Rəsmi
Cəbəllütariq klubundan tarixi qələbə
"Qarabağ"la oyunda zədələnən Uilyamsın durumu müəyyənləşdi
"Roma" 14 ildir ki, bunu yaşamırdı
Xabi Alonsodan Arda Gülerə tərif
Dzekodan Konfrans Liqası tarixinin rekordu
Avropa çempionatı: İki boksçumuz finalda, biri yarımfinalda
Avrokubok oyunu yarımçıq dayandırıldı
"Fənərbaxça"nın "Ştutqart"a vurduğu qol - Video
Konfrans Liqasında günün nəticələri
"Fənərbaxça" qalib gəldi, "Roma" uduzdu
İslamiadada Azərbaycanı onlar təmsil edəcək
“Liverpul”un müdafiəçisi sıradan çıxdı
Lennart Karl Musialanı geridə qoydu
Lionel Messi “İnter Mayami”də qalacaq - Rəsmi
Merih Demiral “Fənərbaxça”ya qayıda bilər