Ölümünə bir neçə ay qalmış o, üzərində gəzdirdiyi kağız parçasında belə bir qeydlər edibmiş: “Mən Anatoli Banişevskiyəm. Ünvanım...”
Banişevski sağalmaz xəstəliyə düçar olmuşdu, bu öz yerində. Deyilənə görə, həm xəstəliyi, həm də spirtli içki qəbul etməsi səbəbindən tanınmaz hala da düşmüş, tədricən yaddaşını itirirmiş. Üzərindəki o kağız parçasını da buna görə gəzdirərmiş. Qorxurmuş, küçədə ölüb qalaram, məni tanıyan olmaz deyə.
Banişevski zamanında bütün Azərbaycanın futbol azarkeşlərinin sevimlisi olub desəm, yəqin yanılmaram. Şəxsən mən onun oyununu heç vaxt görməmişəm, amma ona təkcə futbolçu deyil, həm də sadiq bir insan olduğu üçün dəyər vermişəm. Səbəb?
Elə bu dəqiqə google axtarış sisteminə girin, Anatoli Banişevski yazın, onun vikipediyadakı səhifəsinə daxil olun və sizi təəccübləndirəcək (təbii ki, bu faktı bilməyənləri) bir məlumata rast gələcəksiniz: bu boyda böyük futbolçunun bütün karyerası ərzində - düz 14 ildə (1964-78) cəmi bir klubu olub: “Neftçi”!
Bəlkə də Banişevski üçün “Neftçi”dən getmək peşəkar futbolçuya xas adi addım yox, xəyanət kimi olardı. “Neftçi” Banişevskinin məbədi, sevgisi olub. O, karyerasının zirvəsində, SSRİ-nin nəhəng komandalarının təkliflərinin hamısını rədd edib. Banişevski futbol tariximizə təkcə böyük oyunçu olduğu üçün deyil, həm də başqa bir fövqəladə fakta görə düşüb: Bakını, Bakıya görə əbədi qaldığı “Neftçi”ini həmişə puldan üstün tutub.
Görəsən, oxuyurmu bu cümlələri Banişevski kimi futbol əjdahasının qəbrinə belə ziyarət etməyə layiq olmayan bir çox Azərbaycan futbolçusu? Sabah İtaliya “İnter” ilə tarixi matça çıxacaq “Qarabağ”ın qeyrətli futbolçularına aid deyil bu sözlərim.
Yox, elə başa düşülməsin ki, hansısa futbolçunun bir komandanı o birinə dəyişməsində qəbahətli nəsə var. Əksinə bu, normal haldır... Lakin anormal olan pulu təkcə futboldan deyil, özündən də, öz mənəviyyatından da üstün tutmaqdır. Çox danışmış, çox yazmışıq, amma düzəlmirlər. Bu yaxınlarda eşitdim, biri maaşını gec alır, klub rəhbərindən bunun hesabını soruşmağa cürəti çatmır, gəlib hirsini azarkeşə tökür.
Banişevski bu gün həyatda olsaydı, yəqin tüpürərdi belələrinin sifətinə.
Banişevski futbolu özündən daha çox azarkeş üçün oynayıb. Sonra karyerasını başa vurub. Sonra onu mənəviyyatı pak olanlar da, olmayanlar da xatırlayıblar: hərəsi öz vicdanına uyğun.
Hələ sağlığında şərəfinə həsr olunmuş turnir də keçiriblər. Allah ömürlərini uzun eləsin, turnirin təşkilatçıları o qədər ac imişlər ki, yarışa hökumət tərəfindən mükafatçılar üçün ayrılan pulun bir hissəsini mənimsəyiblər. Turnir bitib və həmin təşkilatçılar guya rəhmə gəlib Banişevskiyə 50 dollar veriblər. Banişevski bu pulla evinə bazarlıq edib hesabı ödəyəndə məlum olub ki, 50 dollarlıq əskinas... saxtadır.
Bu gün Banişevskini anırıq. Bu böyük futbol adamının ölümündən 17 il ötür. Bir gün gələcək, 17-ni 50, 50-ni də 100 rəqəmi əvəz edəcək. Amma Banişevski hər zaman minnətdarlıqla xatırlanacaq və hər zaman onun ruhu qarşısında baş əyiləcək.
Ruhun şad olsun, ən böyük “Neftçi”li!
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada