Bu yazıda “Neftçi”yə iradlar az olmayacaq, amma əvvəlcə bu kluba Azərbaycan futboluna Araz Abdullayev kimi bir istedad bəxş etdiyinə görə təşəkkür düşür. “Sağ olsun, “Neftçi” deyib keçək əsas mətləbə: Araz Abdullayev niyə intizam qaydalarına əməl etmir?
Niyə 22 yaşlı bu futbolçu öz oyunu ilə yox, daha çox futboldankənar davranışları ilə diqqət mərkəzinə düşür? Bir gün yol qəzası törədir, o biri gün məşqçiləri ilə mübahisə edir, bir gün məşqə gecikir və daha nələr, nələr...
Deyə bilərsiniz ki, Azərbaycanın bir çox futbolçusu kimi pul, erkən yaşdakı şan-şöhrət Arazı da havalandırıb. Müəyyən mənada haqlı ola da bilərsiniz. Amma axı hamımız fərqindəyik ki, Araz Abdullayev “Neftçi”də intizam qaydalarını təkcə dünən – “Xəzər Lənkəran”la mühüm oyunöncəsi məşqə geçikməklə pozmağa başlamayıb. Bu adam neçə ildir öz klubunda az qala istədiyi hər şeyi edib. Ona görə edib ki, üzərində “dəmir əl” görməyib. Cəzasızlıq mühitində böyüyüb. “Neftçi”də səlahiyyət sahibi olan hər kəs – klubun prezidenti Sadıq Sadıqovdan tutmuş Arazın məşqçiləri Arif Əsədov, Böyükağa Hacıyev və sonra yenə də Arif Əsədov bu futbolçuya sərt üzlərini göstərməyiblər, ya da göstəriblərsə də, bunu istənilən səviyyədə etməyiblər. Bir gün cəza veriblər, üç gün keçməmiş bağışlayıblar.
Yoldaşlar, futbolçular bu zehniyyətlə idarə olunmur. Futbolçuya qarşı münasibətdə klub rəhbəri də, məşqçi də yeri gələndə diktator kimi olmalıdır. “Neftçi”də isə nə klubun rəhbərliyi, nə də məşqçiləri Araza belə münasibət göstəriblər. Futbol belə şeyləri sevmir, bağışlamır. Futbolçuya bu cür yumşaq davranış əslində onu yüksəlişə yox, enişə, bəzən hətta faciəyə də aparır... Yadınıza salın o məlum qəzanı. Və buna görə Arazı günahlandırmağa tələsməyin. Onun etdiyi sadəcə, yazılmamış və proqnozlaşdırılmayan bir prosesin nəticəsi idi, səbəbi deyildi. Səbəbi yol qəzasında yox, cəzasızlıqda axtarmaq lazımdır.
“Neftçi” nə vaxt Araza cəza verdi? Heç vaxt!
Cəza verilməyəndə, futbolçu məşqçinin üzünə də qayıda, məşqə istədiyi vaxt da gələ bilər. Yenə də günahlandırmayın, Arazı. O vaxtında lazımi cəza görməyib, bəlkə də futbol aləmində normal mühitə də düşməyib. Bu da onun həm insani keyfiyyətlərinə, həm də oyununa təsir edib.
“Neftçi”dəki yoldaşlar isə uzun illik fasilədən sonra, nəhayət, hələ indi ayıblar ki, demə, Araz intizamsızlıq edirmiş. Sonra xəbərdarlıq da edirlər ki, futbolçunu komandadan göndərə də bilərlər.
Gec də olsa, çox gözəl. “Neftçi”nin Araza verə biləcəyi ən ciddi cəza və eyni zamanda ən böyük yaxşılığı, yəqin elə bu olar.
Artıq getməlidir. “Neftçi”nin ona uyğun bir komanda olmadığını Araz Abdullayev dərk etməlidir. Gələcəkdə Azərbaycanın çox böyük, tarixə düşəcək bir futbolçusu olmaq üçün bu qədər istedadının olduğunun fərqinə varmalıdır. Və bu istedadını öz xarakterindəki qüsurlara qurban verməmək üçün indiyədək Azərbaycan futbolunda şəxsən özünün görmədiyi, rastlaşmadığı “dəmir əl”in - Qurban Qurbanovun yanına getməlidir.
22 yaşda çox gənc futbolçu intizamsızlıqlar edib. Amma hər şeyi düzəldə bilən məşqçilər də var. Qurban Qurbanov elə məşqçilərdəndir: “dəmir intizam” onun qızıl qaydalarındandır. Araz “Qarabağ”ın və Qurban Qurbanovun oyun taktikasına uyğun futbolçudur: sürəti, texnikası, güclü zərbələri, fiziki göstəricələri...
Xarakterində qüsurlar varsa, onlar da düzələr: Qurban Qurbanov bu işin də ustasıdır.
İndi qalır yalnız “Neftçi”dən ayrılmaq və “Qarabağ”la razılaşmaq.
... Araz Abdullayev Azərbaycan futbolunun son illərdəki ən böyük istedad sahiblərindəndir. Amma o, elə yerə düşüb ki, orda onun istedadı boğulur, havası çatmır.
Deməli, dəyişməlidir, havasını dəyişməlidir, Araz. Təzə ab-havaya düşməlidir. Onda o, mütləq xilas olacaq: futbolda təzədən doğulacaq, böyüyəcək və bəlkə də özü nə zamansa xilaskara çevriləcək.
Aydın BAĞIROV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas