Bir qədər sonra o qaydaların üzərinə gələcəm. Hələlik diqqətinizi neçə gündür xüsusilə sosial şəbəkələrdə müşahidə etdiyim iki məqamın üzərinə yönəltmək istəyirəm.
Məlumdur ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev həmişə iddialı açıqlamaları ilə də yadda qalıb, işlətdiyi fikirlərlə rəqiblərinə psixoloji təsir etməyə çalışıb. Hacıyev Azərbaycanda və Avropada elə komanda olmayıb ki, ondan çəkindiklərini söyləsin. İstər Bakının “Rəvan” klubu olsun, istərsə də İtaliyanın nəhəng “İnter”i - həmişə qalib gələcəklərini və ya bunun üçün mübarizə aparacaqlarını deyib. Təbii, o, özünə inandığı üçün belə danışıb. Və az qala hər dəfə B.Hacıyevin bu fikirlərini sosial şəbəkərlərdə lağa qoyublar, irad tutublar ki, niyə özündən bu qədər razıdır.
Bu, dediyim birinci məqamdır.
İndi gələk ikinci məqama. Elə həmin futbol azarkeşləri B.Hacıyevin həmkarı, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da etiraz ediblər. Cəsarətli açıqlamalar verən B.Hacıyevi yekəxana adlandıran elə həmin azarkeşlər bu dəfə soyuqqanlı, rəqibləri haqda artıq söz işlətməməyə çalışan, adətən, “rəqibə hörmət edirik, qələbə haqda indidən nəsə deyə bilmərəm” kimi standart açıqlamalar verən Qurban Qurbanova isə irad tutublar ki... niyə bu qədər qorxursan, niyə demirsən ki, biz qalib gələcəyik?
Toplum olaraq, futbola baxışımız belədir, bizim: büsbütün ziddiyyətli... Ürəkli danışanda dikbaş olursan, soyuqqanlı və ehtiyatlı danışanda qorxaq!
Hə, indi gəlirəm, ən vacib məqama – Qurban Qurbanovun qızıl qaydalarına. O qaydalardan biri istənilən rəqibə ehtiram üzərində qurulub. Qurban Qurbanov dünən məğlub etdiyi “Zalsburq”a da, ondan əvvəl Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı, çoxlarının məhəllə komandası adlandırdığı “Valletta”ya da, hətta Azərbaycan çempionatının birinci dəstəsində oynayan “Qaradağ-Lökbatan”a da, bir sözlə, güclü-zəif fərq etmir, bütün rəqiblərinə hörmət edəcək dərəcədə alicənab bir məşqçidir!
Və o, bu qızıl qaydanı komandasında da tətbiq edib. “Qarabağ”ın hansısa yerli futbolçusunun rəqib haqda artıq-əskik danışdığına rast gəlmisiniz? Yox!
Qurbanovun bu qaydası bəlkə hansısa çılğın azarkeşimiz üçün mənasız, darıxdırıcı görünə bilər. Amma bu qayda Qurban Qurbanovun başqa bir qızıl qaydası ilə zənzirvari bağlıdır. O qayda əsasında isə Q.Qurbanov həm də Azərbaycanda çox futbolçuya örnək olacaq bir nəsil yetişdirir: tərbiyəli futbolçular nəsli!
Mən Qurban Qurbanovun futboldakı uğurları haqda danışmayacam. Amma onun futboldankənar, amma həm də futbola aidiyyatı olan başqa bir uğuruna toxunacam: “Qarabağ”da yaratdığı mehriban mühitə. İstənilən kənar adam bu komandanın içinə düşəndə, özünü heç vaxt yad hiss etmir, bu klubun bir üzvü kimi olur. Yəqin ki, bunu “Qarabağ”la birgə xaricdə təlim-məşq toplanışında olan jurnalistlərimiz də təsdiqləyə bilərlər.
Deməli, Qurban Qurbanovun qızıl qaydaları təkcə rəqiblərə deyil, həm də insanlığa hörmət üzərində qurulub.
Azərbaycan futbolçusunun özbaşınalıqları, yekəxanalıqları, harınladıqları haqda çox yazılıb. “Qarabağ”da da Azərbaycan futbolçusu oynayır: onların da yaxşı gəliri, bahalı maşını var, amma “Qarabağ”lı futbolçunun həm də səviyyəsi, insanlığı var!
Səviyyəsi olan azarkeşi söymür...
İnsanlığı olan harınlamır, qudurmur...
Qurban Qurbanovun ən böyük uğurları həm də elə bunlardır, bu qaydalardır, özü kimi şəxsiyyət ola biləcək insan yetişdirmək bacarığıdır...
Aydın BAĞIROV
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas