Əvvəlcə ondan başlayım ki, Braziliyada keçirilən dünya çempionatının bu qızğın vaxtında uğursuz Azərbaycan futbolu və futbolçusundan yazmaq çox gülməlidir. Amma bir az təəccüblü görünsə də, Kosta-Rika millisinin oyunçuları bizə başqa seçim imkanı buraxmadı. Mətləbi çox uzatmadan bir-iki mühüm faktın üzərinə gələcəyəm, qoy bilməyənlər heyrətlənsin, Azərbaycanın sözün hər mənasında bir çox havalı futbolçusu isə əgər utanacaqsa, başlarını lap yerin dibinə soxsun.
Deməli, sürprizlər dolu bu dünya çempionatının başqa bir özəlliyi də budur ki, adı FİFA-ya sifariş edilən 32 milli komandanın 736 futbolçusundan bir çoxu bizimkilər üçün əsl örnək oldu. Kimisi futbol dərsi keçdi, kimisi əsl mübarizlik nümayiş etdirdi, kimisi də ölkəsi və komandası üçün hansı fədakarlıqları etdiyini göstərdi. Dediyimiz bu keyfiyyətlərin hər birini həmin Kosta-Rika millisinin timsalında görə bildik. Amma işin ən maraqlı tərəfi heç bunda da deyil. Ondadır ki, Kosta-Rika millisinin oyunçularının mütləq əksəriyyəti azərbaycanlı futbolçulardan daha az qazanır.
Buna baxmayaraq, həmin Kosta-Rika mundiala vəsiqə qazanması azmış kimi İtaliya, Uruqvay və İngiltərə kimi dünya çempionu olmuş komandaların yer aldığı qrupun birincisi kimi pley-offa çıxdı, 1/8 final mərhələsini də adladı, 1/4 finalda isə yalnız penaltilər seriyasında Hollandiyaya uduzmaqla mübarizəni dayandırdı. Kosta-Rika nəhəng bir yarışda bu qədər uzun məsafə qət edib dünyanın səkkiz ən güclü komandasından biri oldu. Yəni bildiyiniz ucuz, amma keyfiyyətli futbolçularla.
Bəs, bizim bahalı, amma keyfiyyəti nəinki Avropa, heç Azərbaycanın ən ucqar kəndinin futbol standartlarına cavab verməyən xarab oyunçularından danışmağa ehtiyac varmı? Onsuz da Azərbaycan millisi AFFA-nın yerləşdiyi Nobel prospektindəki neftayırma zavodundan o tərəfə gedə bilməyib. O da ona görə ki, fikri-zikri həmişə neftdən gələn pulda qalıb. Bir tək Rəşad Sadıqovu və xarakterində nə qədər problem olsa da, Kamran Ağayevi çıxmaqla Azərbaycan millisinin heç bir üzvü aldığı pulun on faizinə layiq oyun göstərməyib.
Amma rəqəmlərə fikir verin: bizim millinin əsas heyət üzvlərinin müqaviləsinin qiyməti orta hesabla 350-400 min dollardır. Bir ildə millidəki və klubdakı çıxışlarına görə aldıqları mükafatı da bura əlavə edəndə, rəqəm 500 minə çatır, bəlkə hələ artıq da edir. Kosta-Rika millisinin bu mundiala aparılan 23 oyunçusunun mütləq əksəriyyətinin bir illik transfer dəyəri isə (Keylor Navas və Brayan Ruiz kimi oyunçular xaric) bu dünya çempionatına qədər 250-400 min təşkil edirdi.
Təbii ki, mundialdan sonra onların qiymətinin artacağı şübhə doğurmur.
Təkcə elə bu fakt kifayət edir ki, Azərbaycan futbolçusu artıq maşın, pul psixologiyasını bir kənara atıb öz peşəsi ilə yatıb-dursun. Çünki Kosta-Rika futbolçusunun bu dünya çempionatındakı parlaq uğuru bir məşhur fikri yenə təsdiq edir: pul futbol oynamır!
Bizim futbolçuların isə yaxşı futbol oynamasını əngəlləyən həm də puldur, daha doğrusu, meydanda qələbəyə yox, pula görə mübarizə aparmaq düşüncəsi. Azərbaycan futbolçusu o zaman uğura yaxın olacaq ki, onun pulu azaldılacaq.
Pulun azalanda artıq futbol barədə düşünürsən. Futbolla yatıb, futbolla durursan, yuxuna da futbol girir. Və birdə gözünü açıb görürsən ki, sənin yuxun artıq çin olub.
Kosta-rikalı futbolçunun yuxusu kimi...
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada