Dünya çempionatı başlayandan bizdə yeni ağıl dəryaları ortaya çıxıb. Məsələn, birisi yatıb yuxuda nə görübsə, mundial başlayandan danışır ki, Azərbaycan futbolu dura-dura dünya çempionatı xəbərıni saytda baş yazı kimi vermək ayıbdır. Və bu başın da yiyəsi baş redaktordur...
İşin ən gülməli tərəfi odur ki, Azərbaycanın olmayan futbolunun aşiqləri təkcə belə kütbeyinlərlə bitmir. Futbolumuza manyakcasına bağlanan başqa bir qrup da var: ABŞ millisinə azarkeşlik edirlər ki... orada Azərbaycan millisinin baş məşqçisi Berti Foqts məsləhətçi kimi çalışır. Və ABŞ Qanaya 2:1 hesabı ilə qalib gəldiyi üçün Foqtsa görə bir-birini təbrik edənlərə də rast gəlinir.
Türkiyəli qardaşlarımız demiş, kolay gəlsin.
Foqts bir kənara, biz millimizin özünü də nə vaxtsa dünya çempionatının final mərhələsində görəcəyik: əsrdə bir dəfə, yuxuda da olsa görəcəyik.
İndi isə gələk əsl komandalara, əsl futbolçulara və əsl futbola. Demə, Almaniya ilə oyunda Portuqaliyanın mundial tarixlərində ən acınacaqlı hesabla (0:4) uduzmasının səbəbkarı Kriştiano Ronaldo imiş. Bəli, dünən Ronaldo özünə bənzəmirdi, az qala bütün matçlarda komandasını irəli aparan lider Ronaldo yox idi. Və ona görə də bu gün ciddi müzakirə olunur. Düzdür, Ronaldo mələk deyil, tənqid olunmalıdır.
Amma o, fitə basılacaq qədər alçaq və şərəfsiz bir iş görməyib. Əksinə Eysebio, Rui Koşta, Luiş Fiqu kimi əfsanələrdən sonra Portuqaliya futbolunun nüfuzunu təkbaşına qorumağı bacarıb, günü bu gün də Portuqaliyanı dünya futbolunda layiqincə təmsil edir.
Və bu gün əgər Portuqaliya mundialda oynayırsa, yerli azarkeşlər Ronaldonu yeri gəlsə, lap çiyinlərinin üzərində gəzdirməlidir.
Çünki bu komanda DÇ-2014-ə Pepe kimi özündənrazı, dikbaş, komandasını ən mühim anda ağır vəziyyətdə qoyan oyunçuya görə getməyib.
Bu komandaya mundiala vəsiqəni Pepe kimilərinin qulağını burmaq yerinə ona təsəlli verən Paulu Bentu da qazandırmayıb.
Portuqaliyanı Braziliyaya Ronaldo gətirib! Cəmi yeddi ay əvvəl Portuqaliya həmin Ronaldonun liderliyi və başqasının yox, məhz onun vurduğu qollar sayəsində pley-off-da İsveçi mübarizədən kənarlaşdırıb mundialda oynamaq hüququ əldə edib.
Hərçənd, bir futbolçunun bu cür fədakarlığının üstündən bir göz qırpımında xətt çəkildiyi dövrdə yaşayırıq biz.
Bəli, Ronaldo almanlara qarşı istədiyi kimi oynaya bilmədi. Çünki onu oynamağa qoymadılar. Gəlin, Almaniyaya, baş məşqçi Yoahim Lövə haqsızlıq etməyək. Ronaldonu zərərsizləşdirməklə Portuqaliyanın bütün oyun sistemini pozdu, əl-qolunu açmağa imkan vermədi. Amma axı, Portuqaliyada Ronaldodan başqa meydanda Pepe qovulana qədər daha on futbolçu var idi. Onlar meydanda nə edirdilər?
Bentu oyunu xilas edə bilərdi, axı...
Əgər böyük məşqçi olsaydı. Əgər Pepe kimilərinin ipini vaxtında alsaydı. Əgər zamanında komandasında lazımi dəmir intizamı yarada bilsəydi. Və nəhayət, millidə işlədiyi bu neçə ildə əsl komanda yaratsaydı... O zaman əmin olun, hesab 0:4 olmayacaqdı, ən azı başqa bir oyunu görəcəkdik və bəlkə də indi Portuqaliyanın qələbəsindən danışacaqdıq.
O zaman Ronaldo fitə də basılmayacaqdı.
Amma Ronaldonu – Portuqaliyanın milli qəhrəmanı səviyyəsində olan Ronaldonu fitə basır portuqaliyalılar. Əllərindən öpməli olduqları futbolçuya qarşı belə həqarət edirlər.
Bentu isə “məğlubiyyətimizdə Ronaldodan daha çox hakim günahkardır” deməklə uğursuzluğa görə məsuliyyəti həm də kapitanlarının üzərinə atır. Bentu kobudluq edib haqlı olaraq qırmızı vərəqə alan Pepeni də müdafiə edir: “Meydandan qovulmamalıydı”. Az qala “məğlubiyyətdə mənim təqsirim yoxdur” - deyir.
Və bütün bunlardan sonra portuqaliyalılar yenə də Ronaldonu söyür.
Aydın BAĞIROV
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi