Futbol azarkeşlərini təbrik etmək olar: açılış oyununun bizim üçün çox gec (01.00-da!) saatda başladığını və yaponiyalı hakim Yuiti Nişimuranın hoqqasını nəzərə almasaq, dünya çempionatı uğurla start götürdü. Braziliyadakı sosial problemlər səbəbindən uzun müddətdir davam edən etirazlar bu böyük yarışın əhəmiyyətini kölgə altına sala bilməzdi, salmadı da.
Amma könül istərdi ki, indi yalnız Braziliya və Xorvatiya komandaları arasındakı ilk matçın üzərində dayanasan, iki qol vuran Neymar bir kənara, 23 yaşlı Oskarın fitri-istedadından, bu dünya çempionatının həqiqi qəhrəmanı ola biləcəyindən, dünənki matçdakı fədakarlığından yazasan. Amma olmur, istəsən də olmur. Yapon Yuiti Nişimura kimi hakimlərə görə hamının ovqatı korlanır, oyunun gözəlliyi, həyacanı qalır bir kənara, başlayırsan qalmaqallı qərarı müzakirə etməyə. Düzdü, görürsən ki, səhvləri ilə zəngin olan bizim azərbaycanlı hakimlər, adətən, referilərin idarəçiliyini müzakirə edəndə deyirlər: hakim də insandı, səhv edə bilər. Doğrudur! Amma heç nədən, bəli, heç nədən bir komandanın qapısına penalti təyin edirsənsə və bu penaltiyə görə o komandanın məğlubiyyətinin əsasını qoyursansa, deməli, sənin yerin dünya çempionatı deyil! Sənin yerin ən azı belə bir yarışın açılış oyunu deyil!
Cərimə meydançasındakı hər mübarizəyə görə qapıya penalti təyin edilmir. Yox, əgər ediləcəksə, onda, xorvatların gənc məşqçisi Niko Kovaçın dediyi kimi, bu çempionatda yüz dəfə belə penalti təyin olunacaq. O zaman isə biz futbola yox, sirkə tamaşa edəcəyik.
Yeri gəlmişkən, FİFA-nın Cənubi Amerika və Avropa təmsilçisi ilə oyunu başqa bir qitədən – Asiyadan olan hakimə tapşıracağı gözlənilən idi. Amma dünənki bərbad hakim idarəçiliyi onu deməyə əsas verir ki, bu qarşılaşmaya Asiyadan daha təcrübəli hakim – bizim azərbaycanlı referilərə örnək ola biləcək özbəkistanlı Rövşən İrmatovu təyin etmək olardı. Yoxsa, Yuiti Nişimura kimi hakimlərdən təkcə bizdə - Azərbaycanda onlarladı.
Əslində hakimlik haqda dediklərim Braziliyanın layiq olduğu qələbəyə kölgə salmamalıdır. Meydan sahibləri onsuz da əvvəldən oyunun favoriti idi. Heyətində dünya futbolunda at oynadan oyunçuları var, komandanın başı üzərində isə iki əjdaha-məşqçi: 2002-də Braziliyanı dünya çempionu edən Luis Skolari və 1994-cü ildə yenə həmin Braziliya millisinə qızıl medallar qazandırmış Karlos Alberto Pereyra. Amma görün, bu iki böyük məşqçi qarşısındakı kim idi: Xorvatiyanın gənclərdən ibarət yığmasındakı qısa fəaliyyəti istisna olmaqla, baş məşqçi qismində cəmi... üçüncü rəsmi oyununa çıxan 43 yaşlı Niko Kovaç! Bəli, Xorvatiya millisinin məşhur oyunçusu olmuş Niko Kovaçın adı bizə məşqçi kimi heç nə demir. Çünki o, cəmi səkkiz ay əvvəl, DÇ-2014-ün pley-off mərhələsi öncəsi milliyə baş məşqçi təyin olunub və xorvatlar məhz onun rəhbərliyi ilə islandları mübarizədən kənarlaşdıraraq mundiala gedib.
Bəlkə də, indidən zamanı qabaqlamaq doğru olmazdı, amma Kovaçı bu dünya çempionatının ilk kəşfi saymaq olar. Komandası uduzdu, düzdü. Amma beşqat dünya çempionu Braziliyaya qarşı, özü də rəqibin meydanında, komandanı psixoloji tərəfdən bu cür yüksək hazırlamaq, razılaşın ki, bir mütəxəssis kimi futbol dünyasına hələ indi-indi qədəm qoyan hər məşqçiyə nəsib olmur. Komanda psixoloji tərəfdən hazırdısa, deməli, özünə inamı da olur. Biz bunların hamısını dünənki Xorvatiya komandasının timsalında gördük. Və təkcə bunları yox, həm də mübariz, qorxmaz bir komandanın oyununa şahid olduq. Bir qol vurduqdan sonra yalnız müdafiə haqda düşünüb antifutbola üstünlük verən bir kollektiv görmədik.
Təkcə elə bu faktlara görə, Niko Kovaça alqış düşür. Amma ən böyük alqış risk edərək, öz nüfuzunu zərbə altına qoyaraq, bir vaxtlar komanda yoldaşı olmuş və məşqçi təcrübəsi olmayan birinə belə yüksək etimad göstərən Xorvatiya Futbol Federasiyasının prezidenti, ötənlərin əfsanəvi futbolçusu Davor Şukerə düşür.
Bəli, qələbə Braziliyanın haqqı idi, amma Xorvatiyanın da haqqı yeyildi. O penalti olmasaydı, dünya futbolu bəlkə də xorvatların açılış oyunundakı sensasiyasından danışacaqdı. Olmadı. Görünür, qismət belə imiş və haqqı bir dəfə əlindən alınıbsa, yəqin ki, ikinci dəfə təkrarlanmaz.
Xorvatları ən azı 1/8 finalda görmək ümidi ilə...
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada