AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu gün mətbuata açıqlamasında gülməli bir fikir səsləndirib: “Heç kim hakimliyə qiymət verməsin, biz özümüz analiz edib, qərar çıxarırıq”.
Təkcə Xaqani Məmmədovda deyil, ümumiyyətlə, bizim hakimlərin əksəriyyətində özlərinə vurğunluq, göyün yeddinci qatıyla getmək arzusu çoxdan var. Xaqani Məmmədovdan olsa, özündən və ətrafındakı insanlardan başqa kimsə hakimlik haqda danışmamalıdır. Yoxsa, niyə o boyda komitənin sədri desin ki, hakimliyə qiymət verməyin? Görəsən, bizim futbolda nə vaxtdan diktatura rejimi hökm sürür ki, bir futbol məmuru camaata öz fikrini ifadə etmək yasağı qoymaq istəyir?
Özü də Məmmədov bu fikirləri jurnalistə, azarkeşə yox, klub rəsmisinə xitabən deyir. Demə, Məmmədovun hakimi bir oyunda yüz hoqqadan çıxa bilər, klub rəsmisi isə o qədər ağıldan kasad olmalıdır ki, hakimin ya haqlı olduğunu deməli, ya da onun biabırçı idarəçiliyinə göz yummalıdır.
Məntiq vulkan kimi püskürür.
Belə çıxır ki, keçmiş FİFA referisi və hazırkı futbol məmuru Xaqani Məmmədovun hakimlikdən danışmağa haqqı var, amma deyək ki, başqa bir sabiq FİFA referisi, hazırda “Neftçi”də vitse-prezident işləyən Tahir Süleymanovda bu hüquq yoxdur. Tahir Süleymanovun “Neftçi”nin bir çox uğursuzluğuna görə yersiz yerə hakimləri günahlandırmasını az tənqid etməmişik. Bəzən qərəzli danışıb, bəzən də haqsız. Amma bunlar o demək deyil ki, Süleymanov və ya bir başqası (klub rəsmisi, jurnalist, azarkeş) hakimliyə qiymət verməməlidir. Hər halda, hakimlikdə qüsur varsa, bunu demək və göstərmək futbol adamlarının mənəvi vəzifəsidir. Problemi düzəltmək isə Xaqani Məmmədovun artıq vəzifə borcudur.
Hərçənd görün, bu problemin miqyası nə qədər böyükdür ki, Xaqani Məmmədov vəzifədə olduğu son altı ildə çarəni tapa bilməyib. Amma əlbəttə, o söyləyir ki, “siz işimizə qarışmayın, biz analiz edirik”.
Xaqani Məmmədov analizi yekunlaşdırdıqdan sonra belə, hakimlikdə səhvlər, qüsurlar, indi olduğu kimi, klublardan rüşvət alınması faktı davam edəcək. Amma hakimlər komitəsinin özünə hörmət qoyan heç bir sədri deməməlidir ki, “bizim işimizə qiymət verməyin”. Çünki Hakimlər Komitəsi Xaqani Məmmodovun şəxsi mülkü və ya obyekti deyil, istənilən adam haqlı qiymətini verə bilər. Xaqani Məmmədov, onun hakimləri bu ölkənin neftindən gələn pullar hesabına maaş alır, o pullara görə də ildə iki dəfə xarici ölkələrdə yüksək səviyyəli təlim-məşq toplanışında olur. Amma düzdür, elələri var ki, nə gözü doyur, nə qarnı, ya gizli, ya açıq formada, rüşvət qarşılığında klublara işləyir. Sabah aldığı o rüşvətə görə qərəzli hakimlik edib rəqib komandanın başına oyun açanda, təbii ki, klub da, jurnalist də, azarkeş də birinci elə Xaqani Məmmədovun yaxasından yapışır ki, bu nə hoqqadır baş verir.
Onda isə Xaqani Məmmədov deyir: “İşimizə qiymət verməyin, analiz edəcəyik”.
Yəni danışmaq qadağandır!
Deməli, bizə yalnız analizin nəticəsini gözləmək qalır. Analizin nəticəsini isə artıq həm də hakimlikdə həkim olan Xaqani Məmmədov deyəcək. O isə hələ əməliyyat aparır, altı ildir, davam edən əməliyyat...
Aydın BAĞIROV
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi