Bizim futbol məmurlarında belə bir vərdiş yaranıb. Elə fikirləşirlər ki, komandalarının oyunlarını düzəltmək də bunların yox, azarkeşin borcudur. Əsasını bizim qara camaatın təşkil etdiyi azarkeş ordusundan ən çox narazılıq edənlərdən biri AFFA prezidenti Rövnəq Abdullayevdir. Son mətbuat konfransında o, yenə giley-güzar edib: “Televizorun qarşısında oturmaqla milliyə azarkeşlik etmək olmaz”.
Rövnəq bəy haqlıdır, əsl azarkeş televizorun qarşısında oyun izləməməlidir. Məsələn, çox uzağa getməyək, bir milli komanda son seçmə mərhələdə Lüksemburqa iki oyunda da qalib gələ bilmirsə, o komandanın azarkeşi əlbəttə, canı çıxıb nəinki növbəti oyuna da gəlməli, AFFA prezidentinin nə vaxtsa söylədiyi kimi, bu komandanı hətta alqışlamalıdır da. Hələ aeroporta gedib xaricdə öz qapılarından dörd-beş top buraxıb vətənə qayıdan futbolçularımızın ayaqları altına xalça da sərmək olar. Bunu eləməsən, Rövnəq Abdullayev növbəti dəfə deyəcək: “O azarkeşlərdə vətənpərvərlik hissi yoxdur”.
Əlbəttə, insan vətənpərvərlik hissini “itirəndə” hər şeyi görməzdən gəlir. O zaman isə yenə AFFA prezidenti sevinərək xatırlatma edir ki, bəs, demə, bizim milli keçən il rekord nəticə göstərib: on oyuna doqquz xal yığaraq qrupda... dördüncü yeri tutub. Əla! Gözəl! Dünyada yəqin bizdən başqa hələ heç bir komanda bu qədər gülməli və şikəst inkişafa nail olmayıb: iyirmi il ərzində cəmi bir pillə irəli, bircə pillə.
Bəli, təkcə elə bu fövqəladə fakta görə, stadionlarımız ağzına qədər dolmalıdır. İstər millinin oyunları, istərsə də Premyer Liqamızın matçları zamanı. Gəlməsən, deməli, sən əsl azarkeş deyilsən.
Birdə ki bizdə stadiona ancaq əsl azarkeş, yəni qara camaat getməlidir. Ağ adamlar isə oyunlara televizorda baxmalıdır. Yoxsa, niyə futbol məmurumuz olan Rövnəq Abdullayevin 8-9 ay ərzində yalnız bir dəfə yadına düşməlidir ki, demə, bu ölkədə onun rəhbərlik etdiyi futbol qurumları da yarış keçirir?
AFFA prezidenti stadiona getməməlidir, çünki dövlət işləri çoxdur, amma onun əvəzinə qara camaat gedib stadionları doldurmalıdır. Getməsə, əsl azarkeş olmayacaq, vətənpərvərliyindən də əsər-əlamət qalmayacaq.
Rövnəq Abdullayev isə ildə bir dəfə kubokun final oyununda mükafatı qalib komandaya təqdim etmək üçün stadiona ayaq basa bilər.
Sonra o, yenə giley edər: “İngiltərə və Almaniyada olduğu kimi bizim stadionlar da dolmalıdır”.
Nəhəng İngiltərədə, Almaniyada millinin oyunları zamanı stadionlar ona görə dolur ki, oraların Rövnəq Abdullayevləri Rövnəq Abdullayev deyil.
Bizdə isə stadionlar həm də ona görə dolmur ki, bizim AFFA-nın prezidenti Rövnəq Abdullayevdir. Azərbaycanda futbolu bax bu cür düşüncə ilə idarə edirlər: özünü İngiltərə, Almaniya ilə müqayisə edə-edə... Türkiyə türkləri, deyəsən, belə yerdə deyiblər: sözün bitdiyi yer!
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada