Son “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verənlər gündəmi o qədər dəyişdi ki, həmin qarşılaşmada milli komandaya cavabdeh olan adamların başını yerin dibinə soxacaq bir vacib hadisə diqqətdən kənarda qaldı.
Məsələ belədir. Həmin görüşü izləmək üçün millinin baş məşqçisi Berti Foqts Bakıdan Lənkərana gedib və matçın bitməsinə... 15 dəqiqə qalmış stadionu tərk edib. Təsəvvür edin, hələ oyun bitməyib, meydanda gərgin mübarizə gedir, alman qoca isə ya üşüdüyündən, ya acdığından, ya iynəsinin vaxtı çatdığından, ya da bəlkə də oyuna baxmağa daha həvəsi qalmadığından (“Neftçi” həmin ana qədər 2:0 öndə olub) durub arenanı tərk edib. O gedəndən sonra isə “Xəzər Lənkəran” iki qol vurub, sonra aləm bir-birinə dəyib, Foqtsun milliyə çağırdığı və ya çağırmaq istədiyi futbolçular hər hoqqadan çıxıb. Foqts isə həmin vaxt onun üçün ayrılmış lüks maşında olub, yaxud da Lənkərandakı hansısa restoranda.
Media AFFA və PFL rəhbərliyinə bu oyuna getmədiyi üçün haqlı olaraq irad bildirir. Bu, işin başqa tərəfidir. Amma düz altı ildir, Foqtsun qoruyucu-mələyi rolunda çıxış edib onu millidə saxlayan AFFA-nın prezidenti, vitse-prezidentləri və baş katibi izahat versin görək, ölkənin əsas komandasına birbaşa cavabdeh olan adam hansı məntiq və hüquqla Azərbaycanın bir nömrəli derbisini axıra qədər izləmir. Foqtsa bu hüququ kim və niyə verib?
Bu adam onsuz da bihörmət olan Azərbaycan futbolunu saymır, bu öz yerində. Amma insanın özündə vicdan da olmalıdır, axı. Azərbaycan dövlətinin AFFA-ya ayırdığı puldan ayda ən azı 150-200 min avro qazanır, lakin cəmi bir matçı sonadək izləməyi şəninə sığışdırmır. Doğrudan da, ayıbdır. Hərçənd ondan da ayıb olan AFFA rəhbərliyinin Foqtsun özbaşınalıqlarına göz yummasıdır.
Bir deyil, iki deyil. Üst-üstə yığsan, alman məşqçinin ayağında onlarla belə fakt var. Vətəni Almaniyanın millisində işləsəydi, bu cür qeyri-peşəkar addım atardı? Ona bu hoqqanı çıxarmağa imkan verərdilər?
Məlumdur, Rövnəq Abdullayevin başı neft məsələlərinə qarışıb, bəs, baş katib Elxan Məmmədov nə işlə məşğuldur? Azərbaycan millisinə dünya futbolunda izi-tozu olmayan Filippini rəqib seçməyə, onlarla oyunun hansı məkanda keçirilməsini müəyyənləşdirməyə? Nə böyük və çətin iş imiş!
Barı ayıbınıza kor olun. Bizim milli martın əvvəlində dünya reytinqində 127-ci yerdə olan komandayla yoxlama oyunu keçirəcək, lağa qoyduqları Ermənistan isə “DÇ-2014”ün iştirakçısı, həmin reytinqdə Filippindən düz 125 pillə yuxarıda olan Rusiya ilə.
Yaxşı rəqibi seçmək üçün futbolda özün də seçilməli, hörmət, söz sahibi olmalısan. UEFA turnirlərində bir-iki oyuna komissar kimi getməklə deyil ki. Dünya və Avropa futbolu bu federasiyanı, bu milli komandanı saymayandan sonra əlbəttə, yoldaşlıq oyunlarında Rusiya kimi nəhəng komandalar səni heç yüz addımlığına da buraxmayacaq. Onda məcbur olub, ya nəhəng İspaniyanı xahiş-minnətlə iki milyon avroya Bakıya gətirəcəksən, ya da Filippin, Mozambik və Hindistan kimi futbolu sənin səviyyəndən də aşağıda olan ölkələrə minnətçi düşəcəksən.
Azərbaycan millisi Foqtsun 15 dəqiqəlik ayıblarına görə Filippinlə hələ o qədər qarşılaşacaq ki. Çünki AFFA Foqtsun bu və digər saymazyana əməllərinə bilərəkdən göz yummağa davam etdiyi vaxta qədər Azərbaycan millisi düşdüyü bataqlıqda qalacaq.
Ölkə futbolu dəyib bir-birinə, millinin oyunçusu azarkeşə barmaq göstərir, amma Foqts “böyük oyun”la bağlı AFFA-nın saytında cəmi altı cümləlik bu “bezdarnı” fikirləri dərc etdirir. Oxuyun, görün, burda Amerika kəşf olunubmu?
"Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu. "Neftçi" oyunda üstün tərəf idi. Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz".
Bəs, hanı Foqtsun millidəki futbolçusunun tərbiyəsizliyi ilə bağlı mövqeyi? Hanı onun “Neftçi”yə, “Xəzər Lənkəran”a iradı?
Deyəsən, bunların gücləri bir futbolçuya tüpürən, arxası-dayağı olmayan Elnur Allahverdiyevə, Elxan Məmmədovu tənqid edən (təhqir yox, məhz tənqid) Vaqif Cavadova çatırmış. Yadınızdadırsa, onlar bu hərəkətləri səbəbindən bir vaxtlar millidən uzaqlaşdırılmışdı. Berti Foqts, Elxan Məmmədov, bəs o boyda kütləni – yüzminlərlə “Xəzər Lənkəran” azarkeşini təhqir edən oyunçunun millidəki cəzası nə olacaq?
15 dəqiqə az müddətdir, düzdü. Amma axı, bataqlıqda nəinki hər dəqiqə, hər saniyə belə səni daha dərinliyə aparır...
Və orda daha işıq ucu da görünmür. Boğulursan, təngnəfəs olursan, axırda da olürsən.
Aydın BAĞIROV
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər