Beynəlxalq Futbol Tarixi və Statistikası Komitəsindən bu gün belə bir xəbər gəlib ki, Azərbaycan Premyer Liqası planetin 125 ən yaxşı çempionatı sırasında 41 pillə irəliləyib və hazırda 43-cü pillədə qərarlaşıb. Müsbət faktdır. Amma çox yox, cəmi üç gündən, Premyer Liqada qış fasiləsi bitdikdən sonra üləkbulandırıcı hadisələrin başlana biləcəyinə də hazır olun. Bunun anonsu hələ bir ay əvvəldən verilib. Yadınızdadır, “Neftçi” rəsmiləri AZAL-a uduzduqları oyundan sonra nə dedilər: PFL “Qarabağ” və ya “Qəbələ”ni çempion etmək istəyir.
Ağır və sübutu mümkünsüz görünən iddiadır. Əgər doğrudan da, PFL-in bu cür işlərdə əli varsa, o zaman həmin “Neftçi” cavab versin görək, komandanın son üç mövsümdə qızıl medal qazanmasında Ramin Musayevin rolu olub, ya yox? Olubsa, belə çıxır ki, “Neftçi” heç bir çempionluğu halallıqla qazanmayıb, əgər olmayıbsa, desinlər görək, “Qarabağ” və “Qəbələ” ilə bağlı şübhə onlarda haradan yaranıb?
Yox, əgər şübhə də əsassızdırsa, sadəcə, bununla bağlı fikirlər bir məğlubiyyətin yaratdığı hirsin təsiri altında söylənilibsə, deməli, ortada qorxu var. “Qarabağ” və “Qəbələ”nin cari mövsümü “Neftçi”dən üst pillədə bitirəcəyinin qorxusu. Çoxlarına aydındır ki, bu gün üçün çempionluğa ən layiqli komanda məhz bu ikisidir. Əsasən də “Qarabağ”. Sözüm bunda deyil. Sadəcə, maraqlıdır, “Qarabağ” halal haqqıyla çempion olsa, nələr baş verəcək? “Neftçi” növbəti turlarda xallar itirsə, Böyükağa Hacıyev yenə deyəcək ki, Ramin Musayev “Qarabağ”a işləyir? “Neftçi”nin saman altından çöp yeritmək üzrə ixtisaslaşmış ağzı söz tutmayan o bir-iki futbolçusu yenə hay-həşir salacaq ki, hakimlər bizi boğur, bizi qabağa getməyə qoymur?
Yeri gəlmişkən, bizim hakimlərin də arasında o cür “mütəxəssis”lərdən az deyil. Bir yazar göstərmişdi, baxdım, mat qaldım: deməli, hakimlər oturublar məclisdə, bir-biri haqda o tərif qalmır ki, deməsinlər. Sonra məclisə bir bayan gəlir, biri də onunla əylənir. Bu birilər də həmin anı gizlicə telefonuna çəkir və ertəsi günü az qala bütün Azərbaycan bu kadrı görür. Sözümün canı budur ki, içlərindəki özlərinə və hərəkətlərinə dəyər verən bəzilərini çıxmaqla, bu hakim tayfası çox təhlükəlidir. Özünüzü onlardan gözləyin.
Nə isə... Premyer Liqamızın irəli getməsindən danışırdıq axı. İrəliləyiş var, bunu kimsə danmır. Amma keyfiyyət dəyişikliyi statistik irəliləyişdən geri qalır. Bizim Premyer Liqaya maraq azdır.
Düzdür, PFL “Qarabağ”ın azarkeşindən tələb edə bilməz ki, stadiona gəl, deyə bilməz ki, “Neftçi” ilə mərkəzi oyunda tribunalara 300-500 azarkeşin yığılması ən azı bu komandanın adı üçün başucalığı gətirmir. Amma PFL nüfuzundan istifadə edib, “Qarabağ” klubunu inandıra bilər ki, Tofiq Bəhramov adına mərkəzi arenanın bomboş tribunasının qarşısına çıxmaqdansa, həmin o 300-500 azarkeşlə 8-ci kilometr qəsəbəsi və ya şəhərin mərkəzindən xeyli uzaqda yerləşən Mərdəkandakı “Dalğa” stadionunda oynamaq daha faydalı olar.
PFL “Rəvan”ı bir balaca peşəkarlığa dəvət edib deyə bilər ki, hətta Bakının qəsəbə və kəndlərinin birinciliyində çıxış edən həvəskar komandalar da az qala ayda bir dəfə baş məşqçi dəyişikliyi etmirlər, amma siz edirsiniz.
PFL “Xəzər Lənkəran”ın istəyini rədd edib onlara başa sala bilər ki, sizin istəyinizlə Fariz Yusifovun komandanızın oyununa təyinatına qadağa qoya bilmərəm, sabah bir tərəfdən “Neftçi”, o biri tərəfdən “Bakı” da bu istəkdə bulunar. “Neftçi” də bu tələbi qoyanda, “Qarabağ” haqlı olaraq deyəcək ki, onlara çempionluq olar, bizə yox?
PFL Xaqani Məmmədovdan tələb edə bilər ki, hakimlərinə daha ciddi nəzarət et, klublarla gizli sövdələşməyə getməkdən ötrü, hər hoqqadan çıxırlar.
PFL Azərbaycan futbolu üçün az iş görmür. Amma çox da lazımsız və təhlükəli güzəştlər edir.
Aydın BAĞIROV
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video
Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”
Rəşad Sadıqov: “Belə də davam etməliyik”
"Neftçi" - "Kəpəz": Heyətlər
"Barselona"nın gözü "Arsenal"ın kapitanında
Patrik Vieyra istefaya göndərildi
Millimizin oyunlarının təqvimi açıqlandı
"Beşiktaş"ın məşqçisi dünyasını dəyişdi
Mbappe ən çox bu qolunu xatırlayır
"Karvan-Yevlax" - "Zirə": Heyətlər
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
Onların heç biri Rusiyada işləmək istəmirlər
Aaron Remzi klubundan ayrıldı