Neçə vaxtdır, “Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan reaksiyaları (bəlkə də heç olmayan reaksiya demək, daha məntiqli olardı) kənardan müşahidə edirəm. Durum çox üzücüdür. Millət vəkili Aqil Abbası, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi, bir-iki jurnalisti və üç-dörd azarkeşi çıxmaq şərti ilə kimsə danışmır, dinmir. Beləcə “Qarabağ” gözümüzün qabağında Ağdamdan, qarabağlılardan mənən uzaqlaşır...
Bilənlər bilir, “Qarabağ”ın rəhbərliyi, baş məşqçi Qurban Qurbanov komandanın Quzanlıdan Bakıya köçürmələrini orada şəraitin olmamasıyla izah edir. Peşəkar baxımdan haqlıdırlar. Çünki Azərbaycanın “Qarabağ”dan başqa hər bir iddialı klubunda – “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ”, hətta bəzən iddialı, bəzən iddiasız olan AZAL-dakı şərait belə Quzanlıdakından çox-çox yüksəkdir. Bu mənada, “Qarabağ”ın timsalında imkanlı bir klubun üç futbolçusunun bir otaqda qalması normal hal deyil. Futbolçu həyatı rahat olmalıdır. Peşəkar futbolçu hər cür şəraitlə təmin edilməlidir. Görünür, deyildiyi kimi, o şərait Quzanlıda olmayıb.
Amma...
“Qarabağ”ın Quzanlıda oynamaq istəməməsi adi idman, futbol hadisəsi sayıla bilməz. Bu futbol çərçivəsindən çıxmış məsələdir. Torpaq, vətən məsələsidir. Və əgər söhbət doğrudan da şəraitdən gedirsə, o zaman ortaya sual çıxır: məgər, o şəraiti yaratmaq çoxmu çətindir? Üç futbolçunun bir otaqda qalmaması üçün əlavə beş-altı otaq tikmək, fitnes zalı düzəltmək... Bu, maddi tərəfdən nə “Qarabağ” klubu, nə də Ağdam Rayon İcra Hakimiyyəti üçün problem olmalıdır. Ağlınız yekə məğləğə getməsin, söhbət 15-20 min manatdan gedir. Cəmi iki orta səviyyəli azərbaycanlı futbolçunun aylıq maaşı qədər...
Lakin bir halda ki, bu məsələ həll edilmir, o zaman şübhə yeri qalmır ki, söhbət təkcə şəraitdən yox, həm də münasibətdən gedir.
Bunu futbol dairələrində bilməyən yoxdur: “Qarabağ” klubu ilə rayon rəhbərliyi arasında ilk günlərdən soyuqluq olub, indiyə qədər də davam edir.
“Qarabağ”ın Ağdamda oynamaqdan imtina etməsinin bir səbəbi budur.
Quzanlıda üç-beş düşüncəsiz azarkeş başıpozuq insanların təxribatına uyub bəzən baş məşqçini istefaya səsləyir, hətta heç bir mənəvi ölçünü gözləmədən futbolumuzdakı az-az şəxsiyyətlərdən olan Qurban Qurbanovun “Qarabağ” klubu üçün etdiklərinin üstündən rahatlıqla xətt çəkib ünvanına söyüş işlətməyi belə özlərinə rəva bilirlər.
“Qarabağ”ın Quzanlıya getməməsinin başqa bir səbəbi də budur.
Bir deyil, iki deyil, o qədər səbəb tapmaq olar ki...
Bu səbəblər bəlkə də yeri gələndə bir və ya bir neçə ağdamlıdan inciməyə əsas da verə bilər, amma Ağdamdan imtina etməyə əsas verə bilməz. Çünki Ağdam təkcə daşı daş üsta qalmayan o bədbəxt vətən torpağı deyil.
Ağdam Allahverdi Bağırovdur, Fred Asifdir, Şirin Mirzəyevdir...
Ağdam Azərbaycanın hər bir bölgəsində Şəhidlər xiyabanında uyuyan o oğullarımızdır...
Bədənində Qarabağ döyüşlərinin gülləsini bu günə qədər gəzdirən Reydir, Ağdam.
Protez ayağıyla hər dəfə Bərdədən Quzanlıya, məhz “Qarabağ”ın oyununa baxmağa gedən o qazi qardaşımızdır, Ağdam.
Ağdam “Qarabağ”dır, Qurbandır, Rəşaddır, Vüqardır, Raufdur...
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada