Azərbaycan mediasının iqtisadi durumunun nə qədər acınacaqlı durumda olması, jurnalistlərin cəmiyyətin ən kasıb təbəqələrindən biri sırasında yer alması Avropa çempionatının keçirildiyi bu günlərdə bir daha sübut olundu. Fikir verin, iki ölkədə futbol və idman tarixinin ən önəmli yarışlarından biri keçirilir, Azərbaycan isə orada vur-tut bir jurnalistlə təmsil olunur. Təsəvvür edirsiniz, cəmi bir jurnalistlə! Mən daha təfsilata varıb «Avro-2012»nin iştirakçısı olmayan, bizdən kasıb ölkələrin Polşa və Ukraynaya neçə jurnalist göndərməsinin dərinliyinə varmaq istəmirəm.
Yenə də sağ olsun, azerisport.com saytının rəhbəri Vüqar Zeynalov, bir çətinliklə də olsa Litvada yaşayan əməkdaşı Rüstəm Mikayıllını yarışı birbaşa işıqlandırmağa göndərə bildi.
Heç olmasa, UEFA-da bu turnirdə qeydiyyatdan keçmiş yüzlərlə jurnalist sırasında bir azərbaycanlının adına rast gəlmək olur. Yoxsa, doğrudan da, çox gülünc mənzərə yaranardı. Amma hardan bilim, bəlkə artıq yaranıb da.
Acı bir gerçəklikdir bu. Bəli, ölkədə bu qədər işlər həyata keçiririk, iddiamızı ortaya qoyub «Avro-2020»yə ev sahibliyi etmək istəyirik, çox əla, Azərbaycan futbolunun başını yerə soxmaqdan başqa ayrı bir işə yaramayan, dəyəri bir qəpiyə dəyməyən futbolçularla yüzminlik, milyon dollarlarla ölçülən müqavilələr bağlayırıq, amma bir kasıb jurnalisti Polşa bir kənara, bizə yaxın olan Ukraynaya ezamiyyətə göndərməyə cəmi 1500 dollar tapa bilmirik!
Bir azərbaycanlı jurnalistin Ukraynaya təyyarə ilə səfər edib orada bir həftə normal səviyyədə qalması, yemək xərcləri də daxil bu qədər xərc tələb edir. Bu, Azərbaycan milli komandasının bizi biabır etdiyi oyunlarda, yəni guya şərəflə uduzduqları üçün futbolçuya verilən mükafatdan (Allah, sən saxla!) iki dəfə azdır. Yox, elə fikirləşməyin ki, federasiyanın və ya hansısa bir klubun jurnalisti «Avro-2012»yə göndərməyə borcu var. Tam səmimi deyirəm, qətiyyən belə deyil. Sadəcə, hər gün, hər saat demək lazımdır ki, idman jurnalistinin də bir parçası olduğu Azərbaycan futbolunda da dəyərlər günbəgün itməkdədir. Futbolumuzda sözün hər bir mənasında dəyərsiz insanlar çoxaldıqca, təbii ki, bu ölkənin bir dəyəri olan sözün, mətbuatın qiyməti də günbəgün azalacaq.
Bəli, Azərbaycan jurnalistlərinin taleyinə yazılan budur: özü birbaşa stadiondan oturub bura ən operativ xəbəri ötürmək, yeri gələndə, Avropada ulduzu parlayan futbolçulardan elə bizim ölkə haqda onun fikrini öyrənmək əvəzinə, hər gün rusun, ukraynalının, ingilisin və s. saytına girib «Avro-2012»ylə bağlı xəbərləri, müsahibələri tərcümə eləməklə məşğuldur. Yox, əziz oxucu, xəbər, müsahibə tərcümə etmək ayıb deyil. Ən böyük ayıb illik büdcəsi yüz milyon dolları aşan Azərbaycanın futbolunu gecəsinə-gündüzünə, soyuğuna-çovğununa baxmadan təbliğ edən jurnalistin milyonlarla dolların qarşısında toz qədər dəyəri olmayan məbləği tapmayıb «Avro-2012»dən kənarda qalmasıdır.
Ukraynalı həmkarım soruşur ki, nə üçün Azərbaycandan nə qəzet, nə sayt, nə də televiziya jurnalisti bura gəlməyib, axı, ölkənizdə, futbolunuzda bu qədər pul var?
Cavab verə bilmədim, ilk baxışda adi, amma dərinliyə gedəndə, çox çətin sual idi… Doğrudan da, axı, bu qədər pulumuz ola-ola biz jurnalistlər Avropa çempionatına niyə gedə bilmirik?
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada