Əslində bu yazımızda başqa məsələyə, mövzu artıq bizim üçün köhnəlsə də, Azərbaycan klublarının Avropadakı son illərdəki çıxışlarına toxunmaq istəyirdik.
Klublarımıza bir daha deyəcəkdik ki, nəhayət, bir balaca utanın, gözünüzə su verin. Ona görə ki, futbolda pulu bizdən qat-qat az olan Kiprin çempionu - «Apoel» Çempionlar Liqasının qrupunda birinciliyi ələ keçirir: özü də ən yaxın tarixdə Avropa kubokuna sahib olmuş «Zenit», «Şaxtyor» və «Portu»nun yarışdığı qrupda.
Hələ Belarus BATE-sini demirik. Nə olsun ki, dünən ÇL-də «Barselona»ya 0:5 hesabı ilə uduzublar, əsas odur, bu dünya nəhəngini pulsuz-parasız Belarusa gətiriblər. O bizlərik ki, məsələn, İspaniya millisinə, deyilənə görə, 2 milyon pul ödəyib, 50 dəfə də minnətçi düşüb, Bakıda yoxlama oyunu keçirməyə razı sala bilirik. Amma BATE «Barselona»nı Belarusa gəlməyi məcbur edir və buna görə də, dediyimiz kimi, bir qəpik də pul ödəmir, əksinə yayımdan, reklamdan özü gəlir götürür.
Söhbət puldan düşmüşkən, BATE-nin 2011-ci il üçün büdcəsi cəmi 8,6 milyon dollardır. Büdcəsi bundan bir qədər az olan Moldova təmsilçisi «Şerif» isə ötən il nəinki Avroliqanın qrupuna düşə bildi, hətta qrup səddini keçib, 1/16 finala qədər getdi.
Bəs, bizim son çempion «Neftçi»nin, «Xəzər Lənkəran»ın büdcəsi, onlara yaradılan şərait necədir? Hər halda, 8,6 milyon dollardan bir neçə dəfə çoxdur, şərait də BATE, «Apoel», «Şerif»ə yaradılandan daha artıq. Amma bunlar, elə bil illərdir, Biləcəridə tıxaca düşüb dayanıblar…
Mən klublarımıza da çox yüklənmirəm. Çünki bizdə bütövlükdə futbol sisteminin özünə xeyli dərəcədə əl gəzdirmək lazımdır. Problemləri sadalayıb, başınızı ağrıtmaq istəmirəm. Amma bu gün AFFA-nın rəsmi saytının yaydığı gülməli məlumata hökmən toxunmayılam. Məsələ belədir: AFFA-da oturan cənablar hələ bu gün ayılıblar ki, demə, bu qurumun tabeçiliyində olan İntizam Komitəsi iki gün əvvəl çıxardığı qərarda «Neftçi» - «Bakı» matçından sonra Elvin Əliyevin döyülməsi məsələsinə hüquqi qiymət verməyib. Başqa sözlə, kimsə, cəzalandırılmayıb. Və AFFA (AFFA-dan kim, bax, bunu yazmayıblar) AFFA-dan xahiş edib ki, bu məsələni araşdıraraq məlumat versin.
AFFA-nın İntizam Komitəsi çempionatda yaşanan olaylarla bağlı qərar çıxarır, amma Elvinlə bağlı məsələyə toxunmur. Səbəbini izah etsinlər, niyə və hansı məntiqlə? AFFA nümayəndəsi deyir ki, həmin qalmaqalı görməyiblər. Biz də sual veririk, bəs, bunu kim görməliydi? Federasiya bu adamlara pulu ona görə verir ki, gedib futbolu bir azarkeş kimi tribunadan seyr etsin, hakim final fitini səsləndirən kimi də arenanı tərk etsin, yoxsa hər iki komanda stadionun ərazisindən çıxanadək orada olsun?
Mən bu yerdə Tuyqun Nadirovun iradlarına haqq qazandırıram. AFFA İntizam Komitəsinin işi-gücü elə bil Lənkəran stadionunun meydançasına atılmayan əşyaları (daşı, butulkanı) saymaqdan ibarətdir.
Ötən mövsüm AFFA İntizam Komitəsi «Bakı» - «Xəzər Lənkəran» oyunundan sonra hakimə qarşı təzyiq edildiyini əsas gətirərək Lənkəran klubunun rəhbərliyini bir neçə oyunluq diskvalifikasiya etmişdi. Həmin hadisənin bənzəri yenə yaşanır, amma federasiyada oturanlar, elə bil bu boyda həngaməni görmür. Qəzetlər, saytlar yazır, radiolar deyir, televiziyalar göstərir. Görəsən, bu adamların gözündə, qulağında bir problem var? Əgər varsa, desinlər, işimizi bilək, yoxdursa, «Xəzər Lənkəran»ın rəsmiləri və onun sadiq azarkeşləri haqlı olaraq onlara qarşı ayrıseçkilik edildiyini deməyib, bəs nə eləsin?
Bu gün İntizam Komitəsinə məktub ünvanlayan AFFA əslində Elvin barədə qərarın çıxarılmamasının səbəbini elə iki gün əvvəl, İntizam Komitəsinin qərarları açıqlanan gün sormalıydı.
Niyə axı, bu ölkənin futbolunda anormallıqlar çox vaxt mediadakı yazılardan sonra yoluna qoyulur və niyə hər kəs öz üzərinə düşən vəzifəni vaxtında yerinə yetirmir?
AFFA İntizam Komitəsinin bugünkü məktubdan sonra hansı araşdırma aparacağı indi qətiyyən maraqlı deyil. Sadəcə, o məktubu o komitəyə göndərənlər bundan sonra çıxardıqları qərarları özləri də oxusalar pis olmaz.
Yoxsa, daha onların Avropada çıxış etmiş komandalarımızdan nə fərqi: onlar necə oynayırlar, bunlar da elə işləyirlər.
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada