Uzun illərdən sonra Azərbaycan futbolunda “Qarabağ” kimi Avropada uğurlu çıxış edə biləcək ikinci bir komandamız formalaşır - “Sabah”.
Müsbət haldır ki, “Sabah”a ayrılan yüksək maliyyə görüntü xatirinə havaya sovrulmur, əsas komanda ilə yanaşı klubun infrastruktunun qurulmasına, uşaq futbolunun inkişafına da diqqət yönəldilir. Bir faktı qeyd etmək lazımdır ki, “Sabah” bu gün öz müasir bazası olan azsaylı klublarımızdandır.
Komandaya gətirilən baş məşqçilərin, legionerlərin əksəriyyətinin səviyyəsı də ümumən yaxşıdır. Klub/komanda uğurlu modelinin siqnalı verilir. Hiss olunur ki, klub rəhbərliyinin baş məşqçiyə inamı, dəstəyi sözdə deyil, əməldədir. Bu, müasir futbolda uğura aparan yolda ən incə, vacib məqamlardandır. İllərdir mütəxəssislərin, media və azarkeşlərin görmək istədiyi bir-birini tamamlayan zəncirvari sistem də məhz budur. Məsələn, “Qarabağ” məhz belə sistem sayəsində futbolumuz üçün uğurlu sayılan nəticələrə imza atır.
“Sabah” ötən mövsüm “Qarabağ”ın hegemonluğuna son qoyub Azərbaycan çempionu oldu. Amma daxili yarışdakı nəticələr hələ yekun göstərici sayıla bilməz. Məsələn, “Neftçi”, “Zirə” bu il Konfrans Liqasına vəsiqə qazandı, amma biri 8-ci kilometrdən, o biri də Zirədən o tərəfə gedə bilmədi. Niyə? Çünki klublarda hələ uğur sistemi qurula bilməyib, qurulubsa da, düz qurulmayıb.
Doğrudur, ötən mövsüm “Sabah”la bağlı bəzən ədalətli tənqidlər, çox vaxt isə əsassız ittihamlar az olmadı: Hakimlik… Hakimlik… Hakimlik.. Amma belə zəhlətökən söhbətlər bizdə də, dünyada da həmişə olub, var və olacaq da. Nə qədər danışılırsa danışılsın, daxili yarışda uğuru necə, hansı yolla qazandığının yolu əvvəl-axır özünü Avropa meydanlarında göstərəcək. Əsl vitrin də elə oradır.
Və “Sabah” bu gün o vitrində Avropadakı ləyaqətli oyunu, peşəkar məşqçi və komanda işi ilə dayanıb.
Təkcə orada deyil.
Həm də Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında.
Amma bizdə “şər deməsən, xeyir gəlməz” misalı da var. Komanda ən pis halda UEFA Konfrans Liqasını təmin edib. Necə deyərlər, artıq qənaətbəxş nəticə əldə olunub.
Aydın Bağırov
P.S. Dünən Danimarkada “Orhus”la məğlubiyyətlə (1:2) nəticələnən matçda göstərilən oyun, yaradılan çoxsaylı qol vəziyyətləri isə daha nikbin düşünməyə əsas verir. Lakin eyforiyaya qapılmadan unutmayaq ki, “Orhus” 2-ci mərhələdə öz meydanında 1:4 hesabı ilə uduzduğu “Lex”i Polşada səfər matçında məğlub etməyi bacarmışdı…
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada