“Qarabağ” bu yay transfer bazarında fəallığı ilə fərqlənir. Transfer pəncərəsi açılar-açılmaz Ağdam təmsilçisi heyətinə artıq 5 legioner cəlb edib. Amma baş məşqçi Qurban Qurbanov yerli gənclərimizi diqqətdən kənarda qoymayıb. Bu haqda yazının sonunda ayrıca qeydim olacaq. Hələlik alınan oyunçular və onlar üçün ödənilən real məbləğ haqda:
1. Zakaria Savo, 26 yaşlı qambiyalı mərkəz hücumçusu.
2. Jali Muaddib, 25 yaşlı fransalı sağ vinger.
3. Samuel Lobato, 24 yaşlı portuqaliyalı mərkəz yarımmüdafiəçisi. Həm 6, həm də 8 nömrə mövqeyində oynaya bilir.
4. Bruno Lanqa, Mozambik millisinin 28 yaşlı sol cinah müdafiəçisi.
5. Martin Zlomişliç, Bosniya və Herseqovina millisinin 27 yaşlı qapıçısı.
Klub bu beş futbolçudan dördünə - Savo, Lobato, Lanqa və Zlomişliçə görə Azərbaycan transfer bazarı üçün samballı hesab olunan pullar ödəyib. Daha dəqiqi, onların hər birinin əvvəlki klublarına verilən təzminat+bonusların məbləği ayrı-ayrılıqda azı 1 milyon manatı keçib. Ümumən isə bu yay transferlərə xərclənən məbləğ artıq 5 milyon manata çatıb (futbolçuların maaşı bu məbləğə daxil deyil).
Yalnız Jali Muaddib əvvəlki klubu ilə müqaviləsindəki sərbəstqalma bəndindən istifadə edərək “Qarabağ”a azad agent kimi gəlib.
Amma bunlar son deyil. “Qarabağ”ın tezliklə daha 3-4 futbolçu alacağı gözlənilir. Əsasən hücum və müdafiə xəttinə. Hazırda Ağdam klubunun seleksiyaçıları və klub səviyyəsində aktiv danışıqlar gedir.
Başqa bir mühüm məqam. “Qarabağ” rəhbərliyi transferlərə indiyə kimi Azərbaycan futbolunda görünməmiş həcmdə vəsaitin ayrılmasına razılıq verib. Söhbət adətən bizim görüb-eşitməyə adət etdiyimiz, bir kluba ucuz başa gələn azad agentlərdən deyil, öz klubları ilə müqavilələri olan legioner futbolçulardan gedir. Gedişat göstərir ki, bu yay “Qarabağ”ın alacağı oyunçuların ümumi sayı 8-9 nəfərə çatacaq.
Yəni, azarkeşlər toxtaya bilərlər: “Qarabağ”da “qan dəyişikliyi” başlayıb, heyət güclənəcək. Amma dəyişməyən, dəyişilməsi mümkün olmayan ən vacib şeylər qalacaq: komandanın mübariz, döyüşkən ruhu və Qurbanovun əfsanəvi sistemi.
Daha bir önəmli fakt isə bu 5 futbolçunun heyətə avrokubokların startına bir xeyli qalmış cəlb edilməsidir. Bu da onu deməyə əsas verir ki, həmin oyunçular və klubları ilə danışıqlar mövcud qaydalara əsasən 6 ay əvvəldən başlayıb, ötən mövsüm başa çatar-çatmaz isə uğurla yekunlaşıb. Bunun əsas müsbət tərəfi isə odur ki, gələn bu yeni oyunçuların avrokubokların ən geci 2-ci mərhələsinə qədər komandaya uyğunlaşma üçün zamanı olacaq...

Düzdür, alınanlarla yanaşı komandadan gedənlər də olub. Xüsusən Kevin Medina, Toral Bayramov kimi vacib oyunçular. Amma onların yerinin doldurulması istiqamətində iş gedir.
Şübhə yoxdur ki, ötən mövsüm UEFA Çempionlar Liqasında uğurlu mövsümə baxmayaraq, Misli Premyer Liqasında çempionluğun əldən verilməsi “Qarabağ”ı klub/komanda olaraq əməlli-başlı silkələyib. Ona görə də transferlərə indi daha çox pul ayrılıb, “qan dəyişikliyinə” gedilib. İndi əsas hədəf Avropa Liqasında, ən pis halda Konfrans Liqasında daha da irəli getməkdir. Bir də təbii ki, daha güclü rəqabətin olacağı gözlənilən növbəti Azərbaycan Premyer Liqasında qalib olmaq.
Gizli deyil ki, bugünə qədər “Qarabağ”ın aldığı futbolçuların böyük əksəriyyəti özünü doğruldub. Bu mənada, proqnozlaşdırmaq olar ki, indikilərin də çoxu sözünü həm Avropa, həm də yerli çempionatda deyə biləcək.
Və sonda, legionerlərin alınması yerli gənc oyunçuların unudulması demək deyil. Qurban Qurbanovun qərarına əsasən, bu günlərdə Avstriyaya gedən əsas komandanın toplanışına “Qarabağ”ın aşağı yaş qruplarından yenə gənc/yeniyetmə futbolçular cəlb edilib. Məqsəd onların əsas komanda ilə təcrübə toplamaları, gələcəkdə bu oyunçuları həm Azərbaycan, həm də “Qarabağ” üçün qazandırmaqdır. Həmin futbolçulardan ikisinin - yarımmüdafiəçi Əli Bəşirov və qapıçı Bilal Hacıyevin isə cəmi 16 yaşı var…
Aydın Bağırov

AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada