Azərbaycan çempionu "Qarabağ"la yanaşı neçə vaxtdır UEFA Çempionlar Liqasında bir komanda da uğurlu çıxışı ilə hamını təəccübləndirməkdədir: "Kayrat" Qazaxıstan.
Köhnədən tanışdır bizə. Ən son isə 2021-ci ildə Kurban Berdıyevin baş məşqçiliyi dövründə bu Almatı klubu "Qarabağ"la iki dəfə Konfrans Liqasının qrupunda qarşılaşmışdı. Hər iki matçda da uduzmuşdu. İkisində də 1:2 hesabı ilə.
Amma artıq dövran dəyişib. Hamı inkişafdadır. "Kayrat" da, "Qarabağ" da. Qabağa getmək əvəzinə hər il geriləyən isə təkcə bizim bu bədbəxt milli komandadır, bir də pul sarıdan xoşbəxt klublarımız. İndi gözümüzü açıb görürük ki, qonşularımızdan "Kayrat" qabağına çıxanı uda-uda gəlib çıxıb Çempionlar Liqasında pley-off mərhələsinə.
ÇL-in əvvəlki 3 mərhələsində Sloveniyanın "Olimpiya", Finlandiyanın "KuPS", Slovakiyanın "Slovan" komandalarından üstün olub. Baş məşqçilərini də bir ətək pul xərcləyərək xaricdən gətirməyiblər. Yerli mütəxəssisdir. 46 yaşlı Rafael Urazbaxtin. Əvvəl elə "Kayrat"ın özündə baş məşqçinin köməkçisi olub, 2024-ün sentyabrında isə baş məşqçi təyin edilib.

İndi onun rəhbərliyi altında Almatı təmsilçisi bizim "Kəhər atlar" kimi artıq Avropanın birnömrəli klub yarışının pley-off mərhələsindədir. Dünən Şotlandiyada Brendan Rodjersin baş məşqçisi olduğu "Seltik"lə heç-heçə etməklə (0:0) növbəti sensasiyaya imza atıblar.
Halal olsun! Bu o deməkdir ki, cavab matçındakı istənilən hesablı qələbə qazaxları ÇL-in Liqa mərhələsinə aparacaq.
Sonuncu dəfə "Seltik"lə görüşdə "Kayrat"ın əsas heyətinin 4 futbolçusu yerli oyunçu olub. Onların arasında bir ad isə xüsusən diqqət çəkir: 17 yaşlı mərkəz hücumçusu Dastan Satpayev. Bəs, kimdir bu Satpayev? Elə "Kayrat"ın özünün yetirməsi. 7 oyuna artıq 3 qol vurmaqla doğma komandasının ÇL-dəki bombardiridir!

Futbolun bəlkə də gələcək ulduzlarından olacaq. İstedad və potensialı sayəsində bu yaşda ölkəsinin əsas millisində (!) artıq 2 rəsmi oyunda meydana çıxıb. Bu ilin qışında isə İngiltərə nəhəngi "Çelsi" klubu onunla müqavilə bağlayıb. Amma yeni komandasına yalnız 2026-cı ildə qoşulacaq.
Dastan 17 yaşında futbolda dastan yazmağa başlayıb. 17 yaşda ÇL-də 3 qol vurub. Milli komandaya cəlb edilib. "Çelsi" kimi böyük bir futbol məktəbinin gələcək üzvü olub.
Bunu düşənəndə istər-istəməz gözünün qabağına bizimkilər gəlir. Amma onda da artıq danışmaq, yazmaq istəmirsən. Çünki yorulmuşuq. Bu haqda oxumaqdan, eşitməkdən, dinləməkdən yorulmuşuq. Hamı bilir, hamı qəbul edir ki, hücumçu yetişdirmək, futbolçu yetişdirmək futbola, klublara cavabdeh olanların, ordan cibini dolduranların işidir. Onların yetişməməsi onillərdir sırf səriştəsizlikdən, biganəlikdən qurulmayan doğru sisteminin problemidir.
Amma futbol idarəçilərinin illərdir beyninə girmir bu fikir. Ona görə ən yaxşı legionerimiz ən yaxşı halda Almaniyada 2-ci liqada oynayır... (Mahirin haqqına girmədən).
Ən yaxın qonşularımızın gənclərinin sorağı isə PSJ-dən, "Mançester Siti"dən, "Çelsi"dən gəlir...

AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada