Adətim üzrə hər səhər o başdan saytları izləyərkən bir xəbər diqqətimi çəkdi. Daha doğrusu, onun bu başlığı: "Qəbələ"dən 20:0 hesablı qələbə..."
Xəbərə daxil olub oxudum. Yazılmışdı ki, "Qəbələ" Ağcabədinin "Olimpiya" komandası ilə yoxlama matçı oynayıb və rəqibinin qapısından nə az, nə çox, düz 20 cavabsız qol keçirib.
Məlumatı əvvəlcə klubun özü yayıb. Özü də çox bəh-bəhlə... Amma məsələ heç xəbərin yayılmasında da deyil. Əslində klub 20:0 hesabı ilə qalib gələndə də xəbər yaymalıdır, lap elə 0:20 hesabı ilə uduzanda da. Məsələ "Qəbələ" komandasının, onun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin fağır bir komandanın qarşısında əjdahaya, insafsıza dönməsidir.
Halbuki Sxadadze həm mənəvi, həm də peşəkarlıq baxımdan bu oyunla bağlı kobud səhvlərə yol verib.
Əvvəl başlayım işin mənəvi tərəfindən ki, Ağcabədinin komandası niyə fağır komandadır? O səbəbdən ki, "Olimpiya" bir ilin komandası ola, ya olmaya. Özü də pulu-parası olmayan, 10-15 kasıb azərbaycanlı balasının çıxış etdiyi həvəskar kollektivdir. Yəni onun oyunçuları "Qəbələ"nin peşəkar futbolçuları qədər 4 rəqəmli maaş da almırlar. Ailələrini dolandırmaq üçün məcburdurlar futboldan kənar başqa işlərlə də məşğul olmağa. Bəlkə də aralarında ofisiantı, fəhləsi, dülgəri də var, deyə bilmərəm.
Amma Ağcabədi rayonuna bələdəm və bilirəm ki, burada son 1-2 ilə qədər futbol hardasa 80-ci illərin sonları, 90-cı illərin əvvələrində olmuşdu. Bir matçı canlı izlədiyim də xatırimdədir. Stadionun tribunaları tam dolmuşdu. 3 min, ya 4 min azarkeş olardı. Yəni Ağcabədi futbol ənənəsi olmayan bir rayon olsa da, orada futbola həvəs, maraq olub. Bunun nəticəsində də indi ilkin mərhələdə həvəskar səviyyədə bir komanda yaradılıb.
Belə komandanın maddi dəstəklə yanaşı, həm mənəvi dəstəyə ehtiyacı var. Məsələn, komandanın bu vəziyyətdə 20, nəinki 20, 3-5 topa da ehtiyacı var, amma 20 qola əsla.
Lakin fikir verin, Kaxaber Sxadadze və onun bir çox futbolçusu Ağcabədinin həvəskarlardan ibarət futbolçularını görəndə çönüb olublar, görməmiş. Qol görməmişi.
Özü də rəsmi əhəmiyyət daşımayan yoxlama matçında. Sxadadze üçün bu hesab heç nə ifadə etməyə bilər. Amma futbolla həvəskar səviyyədə məşğul olan "Olimpiya" komandasının gənc üzvlərində mənəvi travma qoya bilər.
Necə deyərlər, özündən qat-qat gücsüz, qarşında əlacsız qalmış rəqibə 20 yox, 5-6 qol da vurmaq olardı, bunu futbolçuya da sözlə başa salmaq mümkün idi.
Sonda qısaca işin peşəkar tərəfinə də gəlim. Əgər bir rəqib səndən 20 qol buraxırsa, deməli, yoxlama matçı üçün komanda seçimində səhvə yol vermisən. Ümumiyyətlə, "Qəbələ" kimi bir klubun - hətta o, birinci liqaya düşübsə belə - çox zəif həvəskar bir komanda ilə yoxlama oyunu keçirməsi onun imicini zədələyən, gələcək rəsmi nəticələrində birbaşa təsir edəcək faktordur. Bu fikirləri elə oyunun hesabı da təsdiq edə bilər. Yəni 20:0 hesabı ilə udduğun komanda sənin futbolçularının, qurduğun taktikanın güclü və zəif tərəflərini necə göstərə bilər?!
Kaxaber Sxadadze kimi yaxşı futbol məktəbi keçmiş bir peşəkarın rəqib seçimində belə səhv etməsi, yumşaq desəm, təəccüb doğurmaya bilməz.
Yeri gəlmişkən, görünür, iş prosesində bilinən və bilinməyən bu və digər səhvlərin ucbatındandır ki, Sxadadze gələndən sonra "Qəbələ" daha da geri getməyə başladı, axırda da Premyer Liqadan birinci liqaya düşdü.
Hazırda isə komanda 1-ci liqada 2-ci yerdədir. 7 oyuna isə 13 qol vurub.
7 oyuna 13 qol.
Fağır komanda ilə oyunda isə 1 oyuna 20 qol vurublar. Bu, qəhrəmanlıq deyil, əlbəttə.
O 20 qoldan çox yox, cəmi 1 dənəsi "Zaqatala" və "İmişli"nin qapısına vurulsa idi, "Qəbələ" indi birinci liqada 1-ci yerdə idi.
Bəli, pulu, şəraiti, peşəkar futbolçusu olmayan bir yazıq komandanın öz qapısından 20 qol buraxması, ayıb deyil. Necə deyərlər, kişinin başına iş gələr.
Amma 5 ulduzlu meydanlarda məşq edən, yaxşı futbolçuları, yaxşı büdcəsi (1-ci liqada digərləri ilə müqayisədə) olan bir komandanın hələ də 1-ci liqada lider mövqeyində olmaması, bax, bu, bir ayıbın tablosudur.
Müəllifi də Kaxaber Sxadadzedir.
Aydın Bağırov
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər