Futboldan uzaqlaşmışdım bir müddət. Nəinki futboldan, elə işdən də, sosial mediadan da.
Özü də futbol ab-havasının bu qaynar çağında.
Nə gizlədim, yormuşdu məni.
Amma bir şeydən yorulub-yorulmamaq mənim Qarabağa səfərimə heç vaxt əngəl olmur. Xüsusən artıq hər il qeyd etdiyimiz Zəfər gününün ildönümündə.
8 noyabrı Qarabağda qarşılamaq az qala rituala çevrilir mənim üçün. Bu, bir növ mənim özümün öz qarşımda qoyduğum mənəvi və vicdani öhdəlikdir.
Odur ki, bu il də ənənəni pozmadım və 8 noyabr günü Qarabağa istiqamət aldım ki, bu, təkcə 2024-cü ildə ora beşinci, ya altıncı səfərim idi. Amma Bakıdan ora hardasa 400 kilometrlik hər səfərim düzü, 28 illik fasilədən sonrakı ilk səfərim kimi yuxutək gəlir mənə.
Ona görə də mən hər Qarabağa gedəndə Allaha etdiyim iki duamdan biri bu olur: kaş yaşadıqlarım yuxu olmaya…
Çünki erməni işğal dövründə yuxumda Qarabağa, Ağdamdakı ata-baba evlərimizə çox getmişəm, o vaxtlar ən gözəl anlarımı da məhz onda yaşamışam.
Ta yuxudan oyanıncaya qədər.
Və niyə Qarabağ məni özünə bu qədər çox çəkir deyə düşündükcə ona əmin oluram ki, doğulduğum torpaqla mənim aramda düz 28 illik məsafə səddi olub.
28 illik işğal səddi.
Amma bir daha qarşımıza çıxmaz elə sədd.
Çıxa bilməz.
Ona görə çıxa bilməz ki, indi bu torpağın altı da, üstü də, havası da İsa Bulağından axan, Turşsuda, İstisuda qaynayan tərtəmiz su kimi pakdır.
Yəni o yurda, el-obaya bir mənəvi təmizlik gəlib.
Necə gəlib?!
Əvvəla qalib sərkərdəsi və ordusuyla gəlib.
Və həm də…
Dağıdılmış Ağdamın hər qarışının indi qurulmasıyla gəlib.
Bugünkü “İmarət”ın sanki cənnətə çevrilməsi ilə gəlib.

Nisgilli Xocalıda matəm aurasını əvəzləyən qürur havası ilə gəlib.
Xankəndinin mərkəzində azərbaycanlı tələbə balalarının qol-boyun olub fəxrlə gəzməsi ilə gəlib.
Şuşada fəhlə qardaşımızın Xanın oxuduğu “Qarabağ” şikəstəsinin sədası altında daşı daş üstünə qoyması ilə gəlib.
Laçında Həkəri çayının hər səhər insan selini görüb sevincdən coşması ilə gəlib.
Və sən də bunu görürsən. Həm də ürəyinlə, beyninlə, qanın və ruhunla hiss edirsən.
Onda deyirsən, həə…
Bax bu eldən axır ki, namərdlər gedib!
Bax bu elə mərdlər gəlib artıq!
Mərdlər, mərd insanlar, mərd oğullar…
Aydın Bağırov
Ağdam, İmarət kompleksi
09.11.2024
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi