Futbol statistiklərinin araşdırması üçün maraqlı ola bilər.
Görəsən, indiyədək avrokuboklarda elə bir komanda olubmu ki, əlavə təyin olunan 30 dəqiqə ərzində rəqibin qapısından düz 4 top keçirsin.
Bəlkə də olub, indi isti başla bunu xatırlamaq çətindir. Amma olubsa belə, fakt dəyişmir.
“Qarabağ”ın sarsılmaz iradəsini, qələbə əzmini, heyrətamiz psixoloji və fiziki gücünü görüb, təəccüblənməyə bilmirsən.
Qurban Qurbanova, onun məşqçi korpusunun hər bir üzvünə alqış düşür ki, “Ludoqorets” kimi axmaq, zəhlətökən oyun tərzi olan narahat bir komandaya qarşı səfər matçına futbolçuları tam hazırlaya bilmişdi.
***
Bir fikri yadıma düşür Qurbanovun. “Oyunda ən xoşlamadığım şey əvəzetmələrdir” demişdi.
Tərslikdən Bolqarıstandakı Çempionlar Liqasının 3-cü raundunun bu həlledici cavab oyununda o, 3 məcburi dəyişikliyə əl atmalı oldu.
Amma Mateus Silva Veşoviçi layiqincə əvəzlədi, matçın ən yaxşılarından birinə çevrildi.
Patrik Andrade komandasının Yankoviç zədələnənə qədər orta xətdə yaradıcı oyun planındakı problemi aradan qaldırdı. Üstəgəl özü də 2 qol vurdu.
Ümid, inam yaranmağa başlayır. Əvvəlki Patrik qayıdırmı görəsən?
Elvinin yerinə oyuna daxil olan Toral o möhtəşəm qolu ilə komandasını parlaq qələbəyə daha da yaxınlaşdırdı.
Sonradan oyuna daxil olan Cica qol vurdu, sevincini də öncə baş məşqçisi ilə bölüşdü. Onda mənə elə gəldi ki, bu, elə bil vəfa borcu idi. Cica Qurban Qurbanova sanki sağ ol deyirdi ki, mənə etimadını hələ itirməmisən.
Gənc Nəriman Axundzadə…
Fəallığı ilə seçilməsi bir yana, demək olar, sonuncu qolu da özü yaratdı, gözəl ötürmə etdi.
Və 7:2 hesablı qələbə.
Meqaqələbə.
Zubir, Benzia, Romao. 120 dəqiqə dayanmaq bilməyən “generatorlar”…
Benzia yaxşı formadadır. Dünən bir daha özünü təsdiq etdi: 2 qol və 1 qol ötürməsi.
Juninyo isə artıq ÇL-də təsnifat mərhələsinin ən çox qol vuran (6) oyunçusudur.
Müdafiənin mərkəzi də üzərinə düşən işin öhdəsindən ümumən yaxşı gəldi. Amma “Ludoqorets”lə hər iki matçdakı ciddi boşluqlar (hansı ki, qapımıza qolların vurulması ilə nəticələndi) da vurğulanmalıdır. Qarşıda daha çətin rəqiblər var və onlarla matçda ola bilsin, artıq bəxt də adamın üzünə gülməsin.
İndi isə hələlik müvəqqəti qələbə eyforiyası günləridir. O da uzağı gələn həftəyə qədər aradan qalxar.
Axı, “Dinamo” Zaqreblə Çempionlar Liqasının pley-off mərhələsinin oyunları gəlir.
Necə də gözəl səslənir. Çempionlar Liqasının “pley-off”u. Bu möhtəşəm yarışın şah əsəri olan himni canlı dinləmək.
Sonra?..
Daha bir uğurmu?..
ÇL-in Liqa mərhələsimi?..
Aydın Bağırov
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas