“Zirə” - “Neftçi” matçı hər iki komanda üçün Avroliqa vəsiqəsini yaxınlaşdıran oyun idi. Amma təəssüf ki, qarşılaşmaya stadionda cəmi 800 tamaşaçı baxıb.
Futbolumuzda azarkeş marağının kəskin azlığı probleminə, nəhayət, bir əncam çəkilməlidir. Necə deyərlər, kollektiv şəkildə: yeni AFFA klublarla birgə. Klublar da əlini daşın altına qoymalıdır. Ona görə ki, əgər “Zirə” avrokubok zonasındadırsa, amma bu durumda və mühüm oyunda belə kiçiktutumlu tribunaların yalnız yarısı dolursa, klub bu acınacaqlı mənzərəni görüb çıxış yolu axtarmalıdır. Və yeri gəlsə, təmsil etdiyi qəsəbəni küçə-küçə gəzib, yerli camaatı oyunlara toplamaq üçün təsiredici təbliğat aparmalıdır.
Bu, bir tək “Zirə”yə deyil, hamıya aiddir. Başda da “Qarabağ”a.
Əlbəttə, əgər fanatları “Neftçi”dən incik qalmasaydı, Zirə stadionunun kiçiktutumlu tribunaları tam dola da bilərdi. Qonaq komanda azarkeşin dəstəyi ilə bəlkə də qalib gəlib turnir cədvəlində mövqeyini də yaxşılaşdırardı. Amma azarkeş yox idi və həm də azarkeş olmadığına görə “Neftçi” uduzdu.
Niyə uduzdu və kimin, kimlərin səhvi ucbatından komanda geriyə doğru sürətlə irəliləyir, bax, bu uğursuzluğu klubun idarəetməsi dayandırmalıdır. “Neftçi”də futbolçu çoxdur, pul ondan da çoxdur. Amma nə pul nəticəni düzəldir, nə də o pulla alınan futbolçular. Və əlbəttə, yeni baş məşqçi Miodraq Bojoviç də hazırda uğursuz nəticədə əsas pay sahiblərindəndir. Əgər hesabda irəlidə olduğun oyunda 3 top buraxıb uduzursansa, o qolllardan da ikisini rəqib 10 nəfərlə qalanda vurursa və sən faktiki olaraq, oyuna heç bir müdaxilə edə bilmirsənsə, deməli, indidən çamadanını yığıb qovulduğun günü gözləməlisən. Ona görə ki, belə nəticələr və hazırkı 4-cü pillə “Neftçi”nin mövcud yüksək büdcəsinə də, adına da, tarixinə də ziddir.
O ki qaldı Rəşad Sadıqova, Ceyhun Nuriyev qırmızı vərəqə aldıqdan sonra onun 70-ci dəqiqədə 4 əvəzetmədən (hamısı da ön xətt oyunçuları) eyni anda istifafə etməsi riskli addım idi, amma o biri tərəfdən cəsarətli gediş idi. Və bu 4 oyunçu - Hacıağa Hacılı, Eldar Quliyev, Rüstəm Əhmədzadə və Vladislav Kulaç uğurlu nəticənin qazanılmasında əsas pay sahiblərindən oldular (xüsusən sonuncu iki oyunçu).
Bu mənada, hesab 1:1-kən və 10 nəfər də azlıqda qalmışkən qol buraxmağı deyil, qol vurmağı düşünmək və 2 qol da vurub vacib qələbə qələbə qazanmaq alqışlanacaq addımdır. Buna dərhal yaranan ani qərarvermə məqamında məşqçi beyininin kompütersayağı işləməsi də demək olar.
Ayrıca qeyd olunası müsbət faktsa odur ki, bunu öz gənc məşqçilərimiz edir. “Zirə”nin son çempionat oyunlarında müsbət dinamika müşahidə olunur. Əvvəlki matçlarla müqayisədə hücumda effektiv oyun (8 oyun, 15 qol) var. Onsuz da hazırkı mövsüm çempionatımızda ən güclü olan müdafiə xətti (31 oyun, 19 qol) isə sabit çıxışını davam etdirməkdədir. Komanda 2-ci pilləyə yüksəlib, kubokda finalın bir addımlığındadır.
Amma bunlar yekun nəticə deyil - avrokubokdan danışmaq erkən olar. Bununla belə, yeni mövsüm komanda xüsusən hücum və orta xətti gücləndirməklə daha iddialı ola bilər.
Və sonda.
“Neftçi”nin qapıçısı Rza Cəfərov dünən diqqətsizlikdən, bəlkə də oyunun gərginliyinin yaratdığı həyəcandan bir qol buraxdı. Amma bu 20 yaşlı oyunçumuz son illər bizdə üzə çıxan istedadlı, qabiliyyətli və potensialı yüksək olan futbolçularımızdandır. Ümid edək ki, belə səhvlər gənc Rzanı ruhdan salmaz və bir futbolçu kimi yalnız böyüməsinə xidmət edər. Hətta böyük qapıçıların karyerasında belə hallar yaşanıb, yaşanır da. Odur ki, Bojoviç bax bu məqamda Rzanın komandadakı dayağı olmalıdır.
Heç olmasa, axır ki, bir işə yarasın…
Aydın Bağırov
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?