Sərlövhəyə çıxardığım bu fikri bu günlərdə yumoristik bir verilişdə eşitdim. Sözün düzünü zarafatla da deyərlər.
Odur ki, cənab Barış Şimşək, hansı ki, AFFA-nın Hakimlər Komitəsinin sədridir, gərək cavab verə ki, o, tutduğu bu vacib vəzifədə həqiqətən peşəkar fiqurdumu, yoxsa sadəcə riyakar qüvvələrin əlində oyuncağa çevrilmiş marionetmi?
Dünən "Neftçi" - "Sumqayıt" matçında baş verən hakim hoqqabazlığını izləyəndə heyrətə gəlməyə bilmirdin. Bizdə VAR sistemi nəyə, kimə xidmət edir? Ümumiyyətlə, xidmət edirmi?
Düzdür, o "Neftçi" üçün ayrı dərddir ki, niyə komanda əzəli rəqibi "Qarabağ"dan düz 28 xal (!) geridədir, o ayrı problemdir ki, niyə klubun idarəetməsi illərdir düzəlmək bilmir, o ayrı bəladır ki, niyə transferlərin çoxusu zay çıxır. Niyə, niyə və yenə də niyə?
Amma indi, əlbəttə, mövzu bu deyil.
89-cu dəqiqədə komanda qol vurur, baş hakim Elçin Məsiyev qolu hesaba almır. Bəlkə də haqlıdır. Bəlkə də. Yüz faiz demirəm.
90+6-cı dəqiqədə "Sumqayıt"ın futbolçusu cərimə meydançasında "Neftçi"nin mümkün qolu vurmağa yaxın olan oyunçusuna qarşı açıq kobudluq edir. Bütün Avropada belə epizoda penalti verərlər. Hətta qonşu Gürcüstanda da. Sonra da gileylənirik ki, niyə Gürcüstanda futbola maraq çoxdur, bizdə isə tribunalar bom-boş olur.
Amma bəli, bizdə hakim qayda pozulduğu epizoda penalti vermir, pozulmayana verir. Sırf hakimlərin həm də belə səhvlərini düzəlmək üçün bura gətirilən və bir ətək pul alan Barış bəy niyə o səhvləri düzəltmir? Bir deyil, iki deyil, beş deyil, on deyil... Hansını deyəsən? Belə sədrlik, idarəçilik olarmı, əfəndim?
Hə, həmin epizoda baxıram. "Hakim də insandır, səhv edə bilər" deyib üzərindən keçmək istəyirsən, amma qəfil yadıma düşür ki, bizdə axı, VAR da var. Guya var da. Guya. O VAR-a da "Neftçi" - "Sumqayıt" oyununda Rəşad Əhmədov adında hakim olan şəxs "baxır". Və nə hikmətdirsə, heç ondan da səs çıxmır. Hakimlər hesab edirlər ki, həmin epizodda penalti yoxdur.
Görünür, hakimlər ayrı, biz isə ayrı-ayrı oyunlara baxırıq. Və bütün bunların nəticəsi nə olur?
Bir komandanın, yəni "Neftçi"nin haqqı tapdanır ki, klubun işində qeyd etdiyim o nöqsanlar dünənki matçda həmin komandanın haqqının yeyildiyi həqiqətini dəyişdirmir.
Və...
Samir Abasov "Sumqayıt"da yaxşı iş görür, dünən "Neftçi" ilə matçda da komanda baxımlı, keyfiyyətli oyun göstərdi. Mənə görə, bu komanda Avropaya getməyə layiqdir. Amma "Sumqayıt"ın son 2 oyununda hakimlər Abasovun gördüyü yaxşı işi arxa plana keçirən şübhəli qərarlar verirlər.
Belə olmaz...
Və o da vurğulanmalıdır ki, həm meydan, həm də VAR hakimlərinin nöqsanları tək "Sumqayıt"ın yox, bir çox komandanın oyununda qeydə alınır. Bu, bəzilərinin oyununda isə daha çox olur. Kimisinin lehinə, kimisinin əleyhinə. Bunu təsadüf adlandırmağa adamın dili gəlmir.
Deməli, artıq dilə gəlmək, daha doğrusu, yeni qərar, yeni qərarlar verməyin zamanı çatıb. AFFA-nın rəhbərliyi dəyişib. Bundan sonra onun içi dəyişməlidir.
Həm də VAR dəyişməlidir. Yəni belə VAR. Və həm də VAR-ı yox edənlər.
Aydın Bağırov
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər