“Qarabağ” “Bayer” kimi əjdaha ilə heç-heçəyə, düzəliş edim, qələbə kimi heç-heçəyə oyundan bir gün əvvəl nail olmuşdu.
O zaman ki, Qurban Qurbanov mətbuat konfransına çıxıb ürəklə, cəsarətlə danışmış, almanlardan - 34 oyundur heç bir turnirdə uduzmayan o məğlubedilmızdən, div “Bavariya”nın 11 illik ardıcıl çempionluq hegemonluğuna son qoymaq üzrə olan “Bayer”dən çəkinmədiyini inamla söyləmişdi.
İdman adamları yaxşı bilirlər, qarşındakı kim olursa olsun, rəqibinin üzərinə ürəklə, qorxmadan, amma həm də ağılla gedirsənsə, sən artıq qalib ola bilərsən! Sonda lap uduzsan belə o mübarizliyinə, qələbə əzminə, qələbə ehtirasına görə səni qalib sayırlar!
Nə olsun ki, rəqibinin pulu çoxdur…
Nə olsun ki, onun hətta 100 milyonluq bir oyunçusunun qiyməti sənin bütün klubunun 6 illik büdcəsinə bərabərdir!
Axı, pul heç də hər zaman futbol oynamır.
Və biz dünən meydanda nə gördük?
Qurban Qurbanovdakı qalibiyyət iradəsinin futbolçusunun beyninə, ürəyinə, qanına, hətta iliyinə qədər hopmasını…
Meydanda, xüsusən birinci hissədə onun zəkasının - uğurlu əsəri olan taktikasının yaratdığı parlaq tablonu… O tablodakı “rəsm”də rəqibin hücum, orta xətti, təhlükəli cinahlarına sanki “Qarabağ” tərəfindən qıfıl vurulmasını.
“Bayer”in futbol dünyasının simpatiyasını qazanmış baş məşqçisi Xabi Alonso oyundan sonra deyir: “Birinci hissə bizim üçün yaxşı keçmədi. Bu, mənim səhvim idi, amma deməyəcəm nə səhvi…”
Qrimaldo birinci hissədə elə bil mövcud deyildi.
Conatan Ta kimi müdafiəçi hücumçumuz Juninyonun əlindən əsir-yesir olmuşdu. Özü sonra dedi: “Juninyoya qarşı oynamaq çətindir”.
Juninyo… Dayanmadan inkişafda olan braziliyalı balası.
“Qarabağ”ın skautlarına belə bir oyunçunu Portuqaliyadan tapıb ucuz qiymətə (yanılmıramsa, 400 min dollara) Azərbaycana gətirməsinə görə sadəcə alqış düşür. “Bayer”lə son matçdan sonra onun bazar qiymətinin azı 4-5 milyona yüksəldiyini söyləmək olar. Amma müştərisi çıxsa belə, yaxın bir-iki il üçün satılmamalıdır… Ciddi itki olar.
Amma kaş ki, bir az soyuqqanlı davranıb, təkbətək epizodda özünün 2-ci, komandasının 3-cü qolunu vura biləydi…
İndi dünya mediası “Bayer”i bu mövsüm ilk məğlubiyyəti yaşadan “Qarabağ”dan daha çox danışardı…
“Qoca” Veşoviç… 33 yaşında belə 20-21 yaşlı gəncə xas enerji sahibi. Sanki yorulmaq bilməyən bu monteneqrolu həmyerlisi Yankoviçlə “Qarabağ” üçün böyük işlər görür. Kaş ki, ötən yay “Rakov”la oyundan əvvəl zədə almaya idi. Bəlkə də onda “Qarabağ” Çempionlar Liqasının qrupunda da oynardı…
Və kaş ki…
Zubir yersiz səhvə yol verib topu “Bayer”li Virtzə "hədiyyə" etməzdi… Bəhlul həmin vaxt mövqe səhvinə yol verməzdi.
Kaş ki, 90+2-ci dəqiqədə Bədavi Hüseynov diqqətsizlik edib Patrik Şikin qol vurmasına səbəb olan epizoda istəmədən şərait yaratmazdı.
Kaş ki, meydanda daha ucaboy Medina olaydı. Daha sürətli Elvin, dağıdıcı Julio Romao olaydı…
Qələbəni əldən verməzdik onda…
Amma Xabi Alonso da Xabi Alonso olmazdı ki, ikinci hissədə oyunu öz xeyrinə dəyişməsəydi. Biz ikinci hissədə gözlənildiyi kimi əsl “Bayer”i görə bildik. Qranit Caka, Florian Virtzin oyuna daxil olması üstünlüyü 90 faiz almanların xeyrinə dəyişdi. Virtz 12 dəqiqə sonra qol vurdu. 80-ci dəqiqədə meydana girən Patrik Şik isə bərabərlik topunu “Qarabağ”ın qapısından keçirdi…
2:2…
Ədalətli nəticədirmi? “Bayer”i udmaq da olardı, amma bu heç-heçə, daha doğrusu, belə heç-heçə elə qələbə kimidir…
Parlaq qələbə kimi.
Bizimkilərin oyununa bir cümlə ilə yekun qiyməti isə elə Xabi Alonso verdi: “Qarabağ"ın bəxti gətirmədi…”
Aydın Bağırov
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada