Molde Norveçin cəmi 30 min əhalisi olan kiçik şəhərlərindən biridir. Deyilənə görə, bura qızıl gülləri, caz festivalı, bir də şəhərin adını daşıyan futbol klubu ilə məşhurdur.
Futbol klubu - “Molde”.
Tanış rəqib.
Yaddan çıxmayıb, cəmi 2 ay əvvəl bizim “Qarabağ” Bakıda onları Leando Andradenin qolu ilə 1:0 hesabı ilə məğlub etmişdi. Bu gün hər iki komandanın təkrar oyunu var. Gözləntimiz “Qarabağ”ın ən azı uduzmamasıdır. Qurban Qurbanov və komandasının da minimum hədəfi elə budur: ən azı 1 xal.
Onda hər şeyi Bakıda qrup autsayderi “Hekken”lə (İsveç) son matça saxlamaq olar. Bugünkü mümkün qələbə isə son turun nəticəsindən asılı olmayaraq artıq “Qarabağ”ı və bütövlükdə Azərbaycan futbolunu tarixində ilk dəfə Avropa Liqasının 1/16 final mərhələsinə çıxaracaq! Çalışmışam ki, oyun necə bitəcək, kim qalib gələcək kimi qəti fikir yürütməyi özümdən həmişə uzaq edim. Odur ki, təxmini bir kənara qoyub reallığa qayıdıram.
…Reallığa. Moldenin hava limanına…
Baxırsan bapbalaca bir aeroportdur. Amma o bapbalaca aeroportda insan zəkasının yaratdığı fenomenal əsərə şahid olursan. Hava limanı dənizin düz kənarında tikilib. Təyyarənin eniş zolağı həm də həmin dənizin sahilidir.
Və bu hava limanına güman ki, ilk dəfədir Azərbaycandan təyyarə enir. Onların arasında bir qrup jurnalistimiz də var. Yeri gəlmişkən, dəvətə görə “Qarabağ” klubunu, media nümayəndələrinin bütün təşkilati xərclərini öz üzərinə götürən ETOPAZ şirkətini və şəxsən Altay Əliyevi minnətdarlıqla qeyd edirəm. Və qayıdıram yenə həmin bizim o təyyarəyə ki, onun qapıları açılır və trapdan ayağımızı yerə basan kimi özümüzü həqiqətən dünyanın ən soyuq ərazilərindən olan Skandinaviya torpağında hiss edirik. Bakının 10 dərəcə istisindən Moldenin 5-6 dərəcəlik şaxtasına enmişik axı. O soyuq, o sazaq da hamımızın canına hopub təbii ki. Yəqin elə bunun, bu soyuğun insan bədənində yaratdığı titrəmənin təsirindəndir ki, ətrafdan klassik azərbaycanlılara xas tanış səslər gəlir:
- Xəngəl havasıdır, xəngəl havası…
***
Bayaqdan, hardasa 15-20 dəqiqədir Qurban Qurbanov başını aşağı salaraq gözləmə salonunda o yana, bu yana var-gəl edir. Əlbəttə, nəyi düşündüyünü özü daha dəqiq bilir. Amma o düşüncülər arasında “Qarabağ”ın bugünkü oyununun qayğılarının olduğunu söyləmək də mümkündür.
O gözləmə salonundan çöldə isə Moldedir, Norveçin və Avropanın onlarla kiçik şəhərindən biri. Və bu şəhərə ayaq basanda mənim diqqətimi ilk o məqam cəlb edir ki, bura gecə, qaranlıq lap erkəndən gəlir. Dəqiqləşdirim: yerli vaxtla saat 16:00-16:30 arasında. İndi bu sətirləri yazarkən isə səhər saat səkkizə on dəqiqə işləyib və hələ də ətraf qaranlıqdır…
Otel otağımın pəncərəsindən baxanda - 150-200 metr o tərəfdə dənizin olduğunu yalnız hərəkətdə olan gəmi sayəsində bilmək olur. Amma əlbəttə, bir azdan hava da açılacaq, ətrafa gün də saçacaq, sonra gecə yenə düşəcək. Və bəlkə məhz elə bu gecə “Qarabağ”ın qazanacağı növbəti uğur qaranlıq futbolumuz üçün bir işığı da uzaq Moldedə yandıracaq?..
Düzdür, bunlar hələlik romantika, arzudur... Amma həm də deyil. Məgər, “Qarabağ”ın Avropada açılan böyük yolu elə həmin Norveçdən - “Rusenborq”la ilk oyundan başlamamışdımı? Amma indi, bu dəqiqə, nə desən, nə yazsan yenə təxmindir. Ona görə də, bəli, yenə qayıdaq reallığa.
* * *
Üzümüzə baxan kimi, ingilis dilində mehribanlıqla soruşur:
- Azərbaycandan gəlmisiniz?
Restoranın barında əyləşən orta yaşlı bir norveçlinin qəfil sualı bizi təəccübləndirməyə bilmir. Amma gülərək də qəbul edirik ki, bu məkanda sarışın olmayan bir bizik. Və sonradan öyrənirik ki, bu şəhərə yad ellərdən təyyarə elə əsasən “Molde”nin oyunları zamanı, onun rəqibini gətirərkən enir. Bundan da şəhərdə xəbər tutanlar da olur.
Bir də onu öyrənirik ki, həmin bu norveçli elə bu restoranın sahibidir, özünün dediyinə görə, Bakıda keçirilən “Eurovision” yarışmasını (2012) Azərbaycana gələrək canlı da izləyib. Sonra bununla bağlı şəkli də göstərir. “Eurovision” iştirakçılarından olmuş müğənnimiz Safura Əlizadənin çıxışını bəyəndiyini söyləyir. “Drip-drop” əla mahnı idi” deyir. Və bu norveçli centlmen azərbaycanlılara münasibətinin isti olduğunu nümayiş etdirmək üçün bizim masaya restoran adından bir içki də göndərir.
İndi belə yerdə necə demək olar ki, avropalılar soyuqdur, qonaqpərvərlikləri yoxdur?
* * *
Bu gün bu şəhərin miqyasına görə ən böyük qonağı “Qarabağ”lı oğlanlardır. Axşamkı oyunu Moldedə maraq və həyəcanla gözləyirlər. Çünki 2 top fərqi ilə qalib gələcəyi halda “Molde” artıq bu gün Avroliqanın pley-off mərhələsini təmin edəcək…
“Qarabağ”a 4:1 hesabı ilə qalib gələcəyik”. Həmin restoran sahibi deyir bu sözləri. Əlbəttə, vətənpərvər norveçli olaraq onun özü üçün belə gözəl xəyal qurması başadüşüləndir. Amma necə deyərlər, futbolu hisslər yox, peşəkarlar oynayır.
Peşəkarlar… Peşəkar oyunçular.
Oyunçu(muz) aparsın!
Aydın Bağırov,
Molde, Norveç
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi