Bu gün səhər o başdan, hələ dan yeri ağarmadan oyanıram nədənsə. Telefonumda saat 5-i göstərir. Bir az narahat oyanmışam desəm, doğru olar yəqin ki. Çünki uzun yolçuluqdan sonra yuxu rejimimin sabitliyi pozulur və indi də diqqət edirəm ki, bu gecə 4 saat yatmışam, ya yatmamışam.
Uzun yolçuluq…
O yol bizi - “Qarabağ” klubunun üzvlərini də, məni də ümumən 9 saata Bakıdan ta bura - Gentə qədər gətirib çıxarıb.
Gent Belçikanın 263 minlik kiçik şəhəridir. Amma bu kiçik şəhər müasir və tarixi memarlığı ilə o qədər böyük, o qədər varlıdır ki… Heyran olmaq azdır, heyrət etmək yetərli deyil, yaxşı mənada həsəd aparmamaq da mümkünsüzdür. Bura hələ Belçikanın əyalətidir bu qədər gözəldir, indi siz bir də paytaxt Brüsseli təsəvvür etməyə çalışın.
Əlbəttə, bunu mən özüm də yazıyla, sözlə təsvir edə bilərəm. Amma məhz bu gün, belə gündə deyil. Çünki bu gün o gündür ki - şablon səslənəcək bilirəm - Azərbaycan futbolu üçün yeni bir tarix yazıla bilər. Və dünəndən bir xeyli azərbaycanlının uzun yol qət edib Azərbaycandan, Avropanın müxtəlif ölkələrindən bura gəlmələrinin də tək və ali səbəbi budur:
“Qarabağ”la olmaq, “Qarabağ”ın 12-ci oyunçusu kimi o tarixi yazanların sırasında durmaq.
Tarix…
Futbol tarixi…

Nədir futbol tarixi? Bizim üçün bu, indi Avropa kuboklarının 1/8 finalına yüksəlməkdir. İlk dəfə…
“Qarabağ”la…
Qurban Qurbanovla…
Qurban Qurbanov…
Təpədən dırnağa kimi professional futbol adamı. Futbolçusunun yanında olan, onlara görə sinəsini daim irəli verən insan. Hər oyuna komandasını yüksək motivasiya ilə hazırlayan məşqçi. Futbolçusunun təyyarədəki rahatlığından oteldəki qidasına qədər hər şeyi öz nəzarətində saxlayan mütəxəssis. Onları böyüdən adam. Tək futbolçu deyil, həm də fərd kimi.
Futbolçularının zaman-zaman sırf dini inanclarına görə qınayanlar olub. Quran oxumaq müqəddəs iş, mənəvi borcdur. Amma kitabdan söhbət gedirsə, sizə şəxsən təyyarədə gördüyüm bu faktı ilk dəfə mən deyim: Musa Qurbanlı Quranı yəqin ki, oxuyub, amma mən onun Den Braunun romanını oxuduğuna şəxsən şahidəm. Eləcə də onun ingilis dilində sərrast danışmağına da… Qaranın, Bəhlulun bədii ədəbiyyata olan marağına da həmçinin.
Bütün bunlar bir komandanın fikircə də irəli getdiyini göstərir. Son dövrlər Qurban Qurbanovun bir fikrini çox bəyənirəm. Deyir ki, torpaqlarımızı geri alandan sonra daha da ürəklənmişik. Diqqət edin, son bir ildə “Qarabağ”lı futbolçular meydanda bir tək baxımlı futbol oynamır, həm də can qoyaraq döyüşür sanki…
Mərd ürəklə, qeyrət və cəsarətlə.
Və bu ürəyin, bu fədakarlığın sayəsində avrokubokların 1/8 finalının bir addımlığına qədər gəlib, “Qarabağ”.
Dünən mətbuat konfransında Qurban Qurbanovdan soruşuram ki, bizdə bəzi futbol mütəxəssislərinə görə, “Qarabağ” Konfrans Liqasında 1/4, 1/2, hətta finala qədər də getməlidir, yaxud gedə bilər. Qurbanovun cavabına keçməzdən əvvəl şəxsi fikrimi sizinlə bölüşüm ki, belə fikirlər komandaya inamın nəticəsi olsa da, “Qarabağ” üçün ziyanlıdır. O mənada ki, fərz edin, komanda 1/8 finala çıxır və orada uduzur. Futboldan bixəbər çoxluq isə elə düşünə bilər ki, bu, uğursuzluqdur. Yəni mütəxəssislər eyforiyaya qapılıb fikir səsləndirəndə bir balaca ehtiyatlı olmaldırlar. Qurban Qurbanov da cavab olaraq nəzakətlə deyir ki, “Bakıdakı mütəxəssislərin bizə inanmaları xoşdur, amma reallıqlar da var”.
Reallıqlar…
Futbolumuzun reallığına baş vuranda qanımız qaralır, əhvalımız korlanır əlbəttə. Amma ağ olan nələrsə də var.
Avrokuboklarda 1/8 finalın bir addımlığı var. İlk oyunda 1:0 hesablı qələbimiz var. Avropanın daha yüksək mərtəbələrinə addımlayan bir komanda var.
“Qarabağ” var…
Avropanın dəliqanlı igidi var…
Aydın Bağırov, Gent
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada