“Qarabağ”la “Sabah” arasında matçlar artıq Azərbaycan çempionatının bəzəyinə, mühüm oyunlarına çevrilir.
Azarkeş bu oyunlardan zövq alır.
Quru, sönük görüşlərdən bezən media üçün yeni mövzular yaranır.
Futbol idarəçiləri isə əlbəttə ki, məmnun qalır və əllərində əsas olur ki, baxın, bizdə də yaxşı oyunlar var. Yekun nəticədə isə belə keyfiyyətli qarşılaşmalar Azərbaycan futbolunun, çempionatının zədəli vizionunun bərpasına yardım edir.
Gərək ki, bir neçə ay əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hətta “Sabah”la matçlarını (4:3) Avropa kuboklarında keçirdiyi oyunlarla müqayisə etmişdi. Məntiqli baxışdır. Və belə oyunların səbəbkarları həm də məşqçilərdir.
Qurban Qurbanovdur.
Onun rusiyalı həmkarı Murad Musayevdir.
Murad Musayev…
Onun bir çox həmkarından fərqli olaraq peşəkar futbolçu karyerası olmayıb. 22 yaşında tələbəykən birbaşa məşqçiliyə başlayıb. “Krasnodar”ın uşaq futbol akademiyasında köməkçi məşqçilikdən ta əsas komandanın baş məşqçisi vəzifəsinə kimi yüksəlib. 2018/19 mövsümündə “Krasnodar”ı Avroliqada 1/8 finala qədər gətirib, 2019/20 mövsümündə isə bu klubu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. Və indi bu mütəxəssis “Sabah”, deməli, həm də Azərbaycan futbolu üçün çalışır. Nələr edir, necə çalışır, biz bunu “Sabah”ın oyunlarında görürük. Yəni Musayevin vizit kartı onun komandasının meydandakı oyunudur və əlbəttə, həm də özünün təmkinli və təvazökar davranışı, soyuqqanlılığı, publikaya hesablanan yersiz açıqlamalar verməməsi.
Bəli, 39 yaşlı mütəxəssisin bacarığı, yüksək futbol intellekti sayəsində biz futbolumuzda sabahı işıqlı görünən bir kollektiv görürük. Komandanın oyun dəsti-xətti, ümumən doğru və keyfiyyətli futbolçu seçimi ona ümid yaradır ki, “Sabah” zamanla tək ölkədaxilində deyil, Avropada da uğurlu çıxış edəcək. Klubun bugünkü maddi təminatı, infrastrukturu, şəraiti Azərbaycan reallığı üçün yaxşı səviyyədədir. Amma daha vacib olan həm də “Sabah”ın sahibləri və rəhbərliyinin Musayevə indiki inam və dəstəklərinin davam etməsidir. Yəni rəhbərlik tək uğurlar yox, uğursuzluqlar zamanı da məşqçisini qorumalı, onun yanında durmalıdır. Yoxsa yaxın gələcəkdə küyə və mümkün nəticə(sizli)yə aldanıb istedadlı məşqçinin işinə mane olmaq, yaxud onunla yolları ayırmaq ciddi səhv, çəkilən əziyyətin üstündən xətt çəkmək olar. Necə ki, Qurban Qurbanov zamanında “Qarabağ” rəhbərliyindən bu dəstəyi gördü, yekunda uğurlu bir komanda formalaşdırdı. Eyni ilə “Sabah”da da rəhbərlik-məşqçi birliyi daimi olmalıdır. Murad Musayev isə bunu uğurlu nəticələri ilə cavablandlrmalıdır. Onun potensialı sabit oyun sistemi və nəticələri olan komanda yaratmağa imkan verir. O komanda da hazırda formalaşma mərhələsindədir.
İndilikdə isə Musayevlə bağlı qeydləri bu fikirlərlə tamamlamaq istərdim: biz heç vaxt kütləvi olmamaq şərti ilə legionerlərin (məşqçi ya futbolçu) ölkəmizə gətirilməsinin əleyhinə çıxmamışıq. Çünki hamı dərk edir ki, bizin özümüzünkülər kimi, legionerlərin içində xeyirverici və ziyanvericilər olur.
Berti Foqts, Nikola Yurçeviç, Yurgen Gede (və sair) kimilərin bizə yalnız ziyanı dəydi. Amma Roman Qriqorçuk “Qəbələ”ni dalbadal iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmaqla xeyir verə bildi. Yəni ölkəyə əcnəbi məşqçi gətirilirsə, onun nəticələri, faydası da aldığı maaşa layiqli olmalıdır.
Bugünkü gündə Murad Musayevin işinin faydası kimi.
Və sonda. Musayevin hazırkı mövsüm inanıb qapını etibar etdiyi futbolçu Yusif İmanovdur. O, Premyer Liqada 22 matçın hamısında start heyətdə meydana çıxıb. Yusifin 20 yaşı var və ad-soyadından göründüyü kimi, bu gənc istedad azərbaycanlıdır…
Aydın Bağırov
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas