Azərbaycan millisi Millətlər Liqasında çıxışını ikinci yeri tutmaqla başa vurdu. Qazaxıstanla dünənki son oyundan sonra millinin baş məşqçisi Canni de Byazi özünü öyməklə və həmkarlarının bostanına daş atmaqla bildirdi ki, "neçə il idi Azərbaycan ardıcıl 3 oyunu uda bilmirdi".
İndi sizin diqqətinizi italiyalının bioqrafiyasındakı onun üçün xəcalətli bu nüansa yönəldim. Demə, "neçə il idi ardıcıl 3 oyun uda bilməyən" Azərbaycan millisinin baş məşqçisi, düz 2 il 2 ay həmin bu "kəlamın" müəllifi elə Canni de Byazi özü olub. Və bu 2 il 2 ayda Canni de Byazi rəsmi və qeyri-rəsmi düz 28 oyun keçirib. Bu 28 oyunun 16-da isə komanda uduzub, cəmi 5-də də qələbə qazanıb. Son iki qələbə də olub Slovakiya ilə Qazaxıstan üzərində. O Slovakiyanın ki, bizlə oyunda qələbə qazansaydı belə final mərhələsinə çıxa bilməyəcəkdi. Ona görə çıxa bilməyəcəkdi ki, artıq bu qrupda Qazaxıstan liderliyi təmin etmişdi. Biz dünən sonuncu qələbəni o Qazaxıstan üzərində qazandıq ki, xal itirib-itirməmək onların vecinə də olmayacaqdı.
Yəni bu komandaları sonda heç kimə lazım olmayan vaxtda yox, lap əvvəldə udmaq lazım idi ki, qrup birinci ola bilək. Amma hər iki oyunda uduzmuşuq axı. İndi De Byazi özündən Yuli Sezar düzəldir...
Millətlər Liqasında ikinci yer tutmaq qəhrəmanlıq deyil. Yox, əgər hökmən bir qəhrəman axtarırsınızsa, o Azərbaycan yox, Qazaxıstan millisidir, məşqçisinin də ad-soyadı Maqomed Adıyevdir. Adıyev Qroznıda doğulub. 45 yaşı var. Məşqçi təcrübəsi baxımından de Byazinin yanında uşaqdır. İndi də bu "uşağın" bioqrafiyasındakı iki cümləlik bir şərəfli məqama toxunaq. Bu il Qazaxıstan millisinə baş məşqçi təyin olunub, cəmi 6 rəsmi oyun keçirib. Elə ilk cəhddəcə komandasına qrup lideri kimi Millətlər Liqasının final mərhələsinə (Avro-2024 üçün) vəsiqə qazandırıb...
Canni de Byazi isə eyibinə kor olmaq əvəzinə deyir ki, "neçə il idi Azərbaycan ardıcıl 3 oyun uda bilmirdi". 3 oyun udub nə edib ki? Millətlər Liqasında qrup ikincisi olub. Millətlər Liqasında qrupda 2-ci yeri tutmaq Konfrans Liqasının qrupunda 3-cü olmaq kimi bir şeydir. Yəni heç bir halda qrupdan çıxa bilmirsən. Və bir məşqçininki komandası Millətlər Liqasında qrup ikinci olursa, deməli, nəticəsi uğursuzdur.
Özü də fərqi yoxdur, nəticə hansı məşqçinin dövründə olub. Bu, Canni de Byaziyə də aiddir, Qurban Qurbanova da. Amma Qurbanovun dövründə 2-ci yeri tutanda matəm quranlar, bu dəfə eyni yarışda 2-ci olmağa az qala qol götürüb oynayırlar. Bunun adı görməmişlik, uğursuzluq sindromunun yaratdığı mənəvi travmadır...
Və elə travmalar var ki, onlar heç vaxt sağalmır. Bax, bu, həmin o sağalmayan travmalardandır.
Aydın Bağırov
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?