Təyyarəmiz Budapeştdən Bakıya qalxmağa hazırlaşanda bələdçinin yerini iki dəqiqəliyə Gündüz Abbaszadə alır. Bir anlıq mənə elə gəlir ki, TV-nin qarşısında oturub əvvəlkitək onun - keçmiş şərhçinin, indiki klub funksionerinin oyunu emosional şərh etməyinə qulaq asacağam. Düzü, Gündüz danışığı ilə elə matçı şərh etmiş kimi olur da. Məlumat verir ki, “bu gün, yəni avqustun 9-da Qurban Qurbanovun “Qarabağ”a baş məşqçi təyin olunmasından düz 14 il ötür…”
Onda mən xatırlayıram ki, Ağdam komandasını qəbul edəndə Qurban Qurbanovun cəmi 36 yaşı vardı, bu gün 50-nin içindədir. 36 yaşında “Qarabağ”a gələndə başındakı olan o qara saç artıq 50 yaşda bir xeyli ağarıb, nəyisə mütaliə edəndə ara-sıra eynək taxdığını belə görürük. Və bu, həm də geridə qalan həmin o 14 illik əzab-əziyyətin nişanəsidir.
Amma hər keçən il özü yaşa dolduqca komandası ruhən, fiziki olaraq yenilənməyə, qocalıqdan gəncləşməyə doğru gedib. Gəncləşə-gəncləşə də Avropanın dəliqanlı bir igidinə çevrilib “Qarabağ”.
Və bu dəliqanlı igidin qanında, ruhunda, oyununda biz Qurban Qurbanovun soyuqqanlılığını, vicdanını və ləyaqətini, “Qarabağ”ın bir klub kimi kübarlıq, nəzakət və mədəniyyətini, nəhayət, qalib Azərbaycanın qeyrətli övladlarının vətənpərvərliyini və cəngavərliyini də görə bilirik. Bax, bu keyfiyyətləri səbəbindəndir ki, “Qarabağ” bir şirkət klubu statusundan ən ali mərtəbəyə - xalq sevgisini qazanmağa kimi yüksələ bilib.
***
Gündüz mini-çıxışını başa vurduqdan sonra yalnız “Qarabağ” klubunun üzvlərini və qonaqlarını daşıyan xüsusi reysdə gurultulu alqış sədaları gəlir. Salonu futbolçuların, ofis personalının bir ağızdan hayqırtı ilə səsləndirdiyi “Qarabağ”, “Qarabağ” sədaları bürüyür.
Məlum, komanda cəmi 2-3 saat əvvəl “Ferentsvaroş”u onun meydanında 3:1 hesabı ilə məğlub edib, Çempionlar Liqasının “pley-off”una vəsiqə qazanıb və 5 illik fasilədən sonra qrupun qapısını döyür.
Udan biz olmuşuq, uduzan macarlar və… ruslar. Rəqibin rusiyalı baş məşqçisi Stanislav Çerçesovun ta əvvəldən “Qarabağ”a yuxarıdan aşağı baxdığını, növbəti mərhələyə vəsiqəni təmin etmiş kimi hər dəfə özünü dartdığını hiss etməmək mümkün deyildi. Bunlar - yəni rusiyalı məşqçilər, futbol mütəxəssisləri, jurnalistləri elə bilirdilər “Qarabağ” kənd komandasıdır (ifadə Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaşeslav Koloskova məxsusdur). Yəni ənənəvi yekəxanalıq, ədəbazlıq. İndi dilləri girib…
Bir həmkarım dünən mətbuat konfransında Qurban Qurbanova elə bunları da nəzərdə tutmaqla onun Stanislav Çerçesovu taktiki baxımdan üstələməsi ilə bağlı fikir səsləndirdi. O isə bir cümlə də olsa özündənrazlıq ifadə etmədi. Əksinə Çerçesov haqda bir məşqçi kimi yenə yüksək fikirlər dedi. Sabah eyni nəticə ilə özünün də üzləşə biləcəyini söylədi. Yəni yüksək insani mədəniyyəni, təvazökarlığını bir daha təsdiqlədi. Amma hamı da bilir ki, Qurban Qurbanov dünən Stanislav Çerçesovu udmaq nədi, onun taktikasını söküb zibil kimi məlum qutuya tulladı.
Qurban Qurbanov və komandası…
Şahruddin Zubir, Vadji, Almeyda, Bəhlul, Bədavi, Qara, meydana çıxan və çıxmayan hamı. Toral, Abbas, Musa, Elvin, Kadi… Kadiyə deyirəm, “supersən”. Bizim dildə bircə sözü saqqız kimi uzadaraq və şirinliklə cavab verir ki, “Qardaaaaaaşşşş….”
Qardaş… Gözəl, isti sözdür. Kaş ki, dünən Budapeşt stadionunda hər biriniz ola idiniz. 30 min macarın arasındakı cəmi 100-150 nəfər azərbaycanlının 90 dəqiqə tribunalardan gələn “Azərbaycan”, “Qarabağ” sədasını bir də orada eşidə idiz. Qələbə insanlarımızı necə birləşdirirmiş… Onda hamı olur elə Kadinin dediyi kimi, qardaş. Doğma qardaş…
Deməli, lazım olanda qardaşlaşa, birləşə bilirik. Bir olanda isə qalib oluruq.
Hərbdə. İdmanda. Şuşada, Qarabağda. Sürixdə, Budapeştdə. Növbədə daha haradı?
Çexiyada Plzen şəhəri?
Aydın Bağırov
Budapeşt-Bakı
"Borussiya" PSJ-yə qarşı
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı
Acun alacağı yeni klubun adını açıqladı
İdman direktoru baş məşqçi təyin olundu
Yunanıstan mediası Terimin istefaya göndəriləcəyini yazır
Arda: "Real" mənə Modriçin varisi olacağımı dedi"
"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi
Rəşad Sadıqovun ittihamı kimlərə yönəlib? - Video
"Mançester Yunayted"də qalacaqlar
"Bavariya" - "Real" oyununu göstərəcək kanallar
Levandovski: "Bu yay "Barselona"dan ayrılmağım mümkün deyil"
Azərbaycan millisinin üzvündən qol ötürməsi - Video
"Lester" çempion oldu
“Barselona”dan əzmkar qələbə
A seriyasında 34-cü tura yekun vuruldu
Cəlalın komandası qələbəni əldən verdi - Video
“Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşdi
"Prinsipim Rəşad Sadıqovla deyil" - Elmar Baxşıyev
"Real" "Bavariya" ilə oyun üçün iştirak ərizəsini açıqladı
"Araz-Naxçıvan" "Zirə"yə belə qalib gəldi - Video
“Zirə” “Araz Naxçıvan”a uduzdu
Mehriban Əliyeva Avropa çempionunu təbrik etdi
"Bakı Sportinq"im 5 cavabsız qolu - Video
Liderdən darmadağın, "Cəbrayıl"dan qələbə
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
"Milan" müdafiəçisi ilə yolları ayırır