“Qarabağ”ın avqustun 3-də keçiriləcək “Ferentsvaroş”la avrokubok oyununa böyük maraq var. Bu yazını qələmə almağa hazırlaşanda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə mənə dedi ki, artıq oyuna 28 min bilet satılıb. Təsəvvür edin, cəmi 2 günə. Bu, yəqin ki, bizim futbol üçün rekorddur.
Oyuna bilet ala bilməyən, buna görə klubdan inciklik, narazılıq edən azarkeşlərimizi də gərək anlayışla qarşılayaq. Əsas odur, ildə bir dəfə də olsa, tək futbol yox, bütün cəmiyyətimizdə belə futbol sevgisi yaranır.
Biz istəyirik ki, bu istək sönməsin, azalmasın. Biz istəyirik ki, uğur qazanan tək “Qarabağ” olmasın. “Neftçi”də olsun. “Qəbələ” də olsun”. “Zirə”də olsun...Bizim istəyimiz nədir? “Qarabağ”ın oyunları vaxtı “Tofiq Bəhramov”un, “Neftçi”nin oyunları vaxtı “Bakcell Arena”nın, millinin oyunları vaxtı 70 minlik Bakı Olimpiya Stadionun dolması... Amma dolmur, doldura bilmirlər. Hələlik bir tək “Qarabağ”ı çıxmaqla...
Onun oyununa kütləvi axın var. İki gündür Feysbukda belə fikirlərə də rast gəlirəm ki, azarkeş deyir, kaş “Qarabağ”ın bundan sonrakı matçları Bakı Olimpiya Stadionunda (BOS) keçirilsin. Başa düşmək olur. BOS-un “Tofiq Bəhramov” kimi 30 min deyil, 70 min tamaşaçı tutumu var. Bu gün isə nəinki onminlərlə, yüz minlərlə insanımız stadionda canlı “Qarabağ”a dəstək olmaq istəyir.
Bunun adı futbol, komanda yox, xalq sevgisidir!
Amma...
BOS “Qarabağ” üçün uyğunsuz məkandır. Həm uyğunsuz, həm uğursuz. “Qarabağ” orda üst-üstə 6 qrup oyunu keçirmiş (2017 və 2018-ci illərdə) və cəmi 1 xal qazanmışdı. 2018-ci ildə isə klubun istəyinin ziddinə olaraq AFFA təkidlə klubun ev oyunlarını BOS-da keçirməsini istəmişdi. İşin ən heyrət doğuran tərəfi bu idi ki, o zaman buna görə klubu yüksək icarə haqqı ilə də yükləmişdilər. Həm xahiş et, komandanı zorla öz stadionuna apar, həm də utanıb-qızarmadan ondan pul al...
O vaxt bu barədə bir yazım da olmuşdu Qol.az-da. SOCAR-dakılar yığışıb toplantı da keçirmişdilər. İndiyə qədər də mənimlə o və digər tənqidi yazılarıma görə kin saxlayırlar.
Qayıdım yenə BOS-a. İndi söhbət heç məsələnin maddi tərəfində də deyil. “Qarabağ”da istəyən olsa, oyunlarını yenə BOS-a təyin edər və biletdən yaxşı pul yığarlar. Amma məsələ də budur: istəmirlər! Birinci növbədə də Qurban Qurbanov istəmir. BOS əla arenadır, amma “Qarabağ” üçün deyil. Ona görə də illərdir klub Respublika stadionunu icarəyə götürüb və avrokubok matçlarını orada keçirir.
Komanda ruhən də, qəlbən də elə “Tofiq Bəhramov”a – Azərbaycan futbolunun bu məbədinə bağlıdır. O yaşıl meydanına, dillərdən düşməyən Qarabağ, Azərbaycan sədasının əskik olmadığı tribunalarına bağlıdır. Və belə də qalmalı, belə də olmalıdır. Ta “Qarabağ” doğulduğu Ağdama – ata-ana evi “İmarət”ə qayıdan günə qədər.
Aydın Bağırov
Email: [email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi