Elxan Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru vəzifəsinə təyin olundu. 42 yaşlı Məmmədov mayın 1-dən yeni işinin icrasına başlayır. O, Bakının “mini Parisi” olan Ağ şəhərdən, daha dəqiqi, Ağ şəhərə bitişik AFFA-nın ofisindən xəyallar şəhəri Parisin özünə daşınır. Məmmədovun futbol karyerasında yeni mərhələ - dəyişiklik başlayır. Amma təkcə onunmu?
FİFA-nın bu təyinat açıqlaması ilə eyni anda AFFA da rəsmi şəkildə elan etdi ki, Elxan Məmmədov yeni işi ilə əlaqədar bundan sonra İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident kimi fəaliyyətini davam etdirəcək. Bu o deməkdir ki, Məmmədov icraçı vitse-prezident vəzifəsindən istefa verir. Amma təbii ki, rəsmi məlumatda “istefa” sözü işlədilmir. Fikir E.Məmmədovun FİFA-dakı uğurlu təyinatı ilə yanaşı həm də bir müddət müzakirə yaradacaq bir tezisin üzərinə yönəldilir: o, həm AFFA-dan gedir, həm də AFFA-da qalır. Yəni Məmmədovun bütün səlahiyyətləri de-yure olaraq onun ötən ay AFFA-nın baş katibi vəzifəsinə gətirdiyi köməkçisi Sərxan Hacıyevə keçir, de-fakto isə idarəçilik (Parisdən olsa belə) yenə Elxan bəyin özündə qalır. Bu versiya ilk baxışdan mümkün görünə və Elxan Məmmədovun bununla AFFA-da gözlənilən dəyişiklikliyə təsiretmə imkanını öz əlində saxladığına əsas yarada bilər.
Amma...

Bu məqamda bəzi detallar başqa fikirlər üçün cığır açır. Əvvəla pandemiyaya görə ötən yay keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Azərbaycanda demək olar ki, bütün önəmli idman federasiyalarının rəhbərliyində dəyişiklik gedir. Bunun səbəbi də hamıya aydındır: zəif nəticələr, idarəetmədəki ciddi qüsurlar, özbaşınalıq, yeyintilər və sair. Bu mənada, hər yerdə dəyişiklik edib, amma idmanda ən çox kütləvi narazılıq yaradan sahədə - futbol sistemində bunu etməmək heç bir məntiqə sığmaz. Ona görə də güman etmək olar ki, AFFA-dakı dəyişikliklə bağlı prosesin düyməsi də indi deyil, bir neçə ay əvvəl, daha dəqiqi Fərid Qayıbovun Gənclər və idman naziri kimi fəaliyyətə başlamasından sonra basılıb. Qayıbov bir neçə müsahibəsində futbolun indiki durumu ilə bağlı açıq olmasa da, dolayısı ilə narazılığını bildirib. Əsasən bütün azarkeşlərin istəyini o da bir nazir kimi ifadə edərək bölgələrdə futbolun olmasının vacibliyini vurğulayıb.
Hazırda Gənclər və İdman Nazirliyi ilə AFFA arasında münasibətlərin soyuduğu da bəlli faktdır. Və bütün bunların nəticəsi kimi AFFA rəhbərliyindən heç kimin Prezidentin “Qarabağ” klubu ilə bugünə qədər keçirdiyi üç görüşdən sonuncusunda (13 dekabr, 2021-ci il) ilk dəfə yer almaması suallar yaratmaya bilməz.

Nə hikmətdirsə, həmin görüşdən sonra və məhz idman federasiyalarında dəyişikliyin sürətləndiyi vaxtlarda Elxan Məmmədov qəflətən İsveçrədə FİFA prezidenti Canni İnfantino ilə görüşür. Bu il fevralın 23-də keçirilən görüşlə bağlı rəsmi açıqlamada qeyd edilir ki, söhbət zamanı FİFA-AFFA əməkdaşlığı müzakirə edilib. Maraqlıdır ki, həmin görüşün heç iki ayı tamam olmamış Elxan Məmmədov FİFA-da yüksək vəzifəyə təyinat alır. Görəsən, bu görüşdən əvvəl Elxan Məmmədova AFFA-dan getmək vaxtıdır mesajı verilibmişmi?

Əlbəttə, FİFA direktorluğunda bir azərbaycanlının təmsil olunması müsbət faktdır. Amma o da qeyd edilməlidir ki, mövcud reallıqlarda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsinin üstünlükləri FİFA direktorluğundan daha çoxdur. Həm maddi, həm inzibati baxımdan. Mənzərə daha aydın olsun deyə qeyd edim ki, FİFA-dakı direktorluq heç də bu qurumun rəhbərliyində təmsil olunmaq demək deyil. FİFA prezidenti, vitse-prezidentləri, FİFA Şurasının üzvləri... Bütün qərarverici şəxslər onlardır. Məmmədovun təyinatına qətiyyən kölgə salmadan bildirək ki, o, yalnız FİFA ilə Avropa futbol qurumları arasında əlaqələndirici olacaq. FİFA-da bənzər vəzifələr isə Avropa ilə yanaşı digər 4 konfederasiya (Asiya, Okeaniya, Afrika, Şimali Amerika) üzrə də mövcuddur.
Yeni vəzifəsi bəlkə də gələcək karyerası baxımından Elxan Məmmədovun CV-sində önəmli yer tuta bilər. Amma ora getməklə o, burada böyük imkanları itirmiş oldu. İstəyərəkdənmi, istəməyərəkdənmi?
Və sonda iki məqam.
1. AFFA-nın idarəetməsində hər nə qədər böyük qüsurlar olsa da, yeri gələndə onunla şəxsi obyekt kimi davranılsa da, bu təşkilat dövlətin qurumu SOCAR-dan maliyyələşir. Ona görə də dövlət heç vaxt böyük bir büdcəsi olan təşkilatın maliyyə işlərinin kənardan, xaricdən idarə olunmasına imkan verməz.
2. Bəli, idman federasiyalarında rəhbər dəyişikliyi davam edir. Kimisi oradan layiq olduğu formada - halallaşmadan, quruca “sağ ol” deyilmədən yola salınır. Kimisi də hörmətlə. Yəni FİFA-ya göndərilməklə...
Aydın Bağırov
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi