AFFA dünən belə bir rəsmi məlumat yayıb ki, 2022/23 mövsümündən Şuşa və Ağdamın komandaları da Region Liqasında yarışacaq. Yəni hələ bir il sonra.
44 günlük Vətən müharibəsinə görə cəmiyyətimizdə Qarabağla bağlı kövrəklik, həssaslıq daha da çoxalıb. Ona görə də bu gün ölkədə Qarabağa, şəhidlərə və qazilərə yüksək insani duyğulardan irəli gələrək təmənnasız diqqət ayıranlarla yanaşı, onlara “qayğı” göstərib əslində mənfi reputasiyalarını düzəltməyə can atanlar da az deyil.
Belə bir dönəmdə AFFA azad olunan iki şəhərimizin komandasını növbəti mövsümdən Region Liqasına buraxacağını elan edir. Mən hələlik bunun Şuşa və Ağdamın adı ilə manipulyasiya cəhdi olduğunu iddia etməkdən uzağam. Sadəcə, hər şeyi zamanın öhdəsinə buraxıb özlüyümdə bu suallara cavab tapmağa çalışıram: adı şərti olaraq “Şuşa” və “Ağdam” adlanacaq komandalar ev oyunlarını harada keçirəcəklər? Şuşada heç vaxt komanda olmadığından stadion da olmayıb. Bir il ərzində orada stadion tikəcəklər? Ağdam şəhərinin indiki durumu da hamıya məlumdur. Elə isə həvəskar statuslu “Şuşa” ev oyunlarını Bakıda keçirəcək? Yoxsa Region Liqasını da paytaxt çempionatına döndərəcəklər?
Bəs, “Ağdam”?
Bakıda oynamaqla Ağdamı təmsil edən “Qarabağ” adlı komanda onsuz da var. Amma əlbəttə, həvəskar səviyyəli komandanın Quzanlı qəsəbəsində oynaması mümkündür. Orada zamanında Olimpiya stadionu da tikilib, Premyer Liqa oyunları da keçirilib. O stadion ki, indi meydançasına ayağı qırılmasın, zədələnməsin deyə nəinki futbolçu, heç mal-qara da yaxın durmaz. Ona görə də AFFA niyyətində belə səmimidirsə, yaxın aylarda xərc çəkib meydançanın durumuna bir balaca əl gəzdirsin...
Yoxsa Elxan Məmmədovun vəd verib, yerinə yetirməməklə ixtisaslaşmış usta persona olduğu artıq kimsəyə sirr deyil.
Buyurun, bu da futbol adına yüzlərlə faktdan biri.
İllərdir federasiya rəsmiləri Premyer Liqaya əlavə 2 bölgə komandasını buraxacağını deyir. Zamanı yetişəndə isə bu vəd olur heç nə, çürük qoz. Çünki bölgə futbolu üçün bu günə qədər AFFA-nın dəstəyi yalnız kosmetik mahiyyət daşıyıb. Yoxsa ortada sırf Zaur Axundovla dostluq münasibətlərinə görə “Keşlə” kimi mənasız, uğursuz proyektlərə ildə xərclənən 5-6 milyon manatla Premyer Liqada “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” kimi 3 bölgə klubu saxmaq mümkün və lazım idi.

Elə isə qəfil nə baş verdi ki, bölgələrdə olmayan futbol AFFA-nın yadına düşdü, Elxan Məmmədov o rayon qalmadı ki, ora səfər etməsin?
Məlum, hər şey Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasından və onun AFFA-dakı görüşündən sonra başlayıb. Eləcə də ölkə Prezidentinin nazirlə görüşdə bəzi idman federasiyaları ilə bağlı tənqidi fikirlərinin burada ciddi rol oynadığı şübhə doğurmur. AFFA-nın əl-ayağa düşməsi, bölgə futboluna qəfil “sevgisi”nin yaranmasının altında da dövlətin hələlik yumşaq formada olsa belə, federasiyaya irad bildirməsidir...
Bu mənada, bir çox ölkədə olduğu kimi Azərbaycanda da Region Liqasında komandaların sayının artması müsbət faktdır. Amma bu liqa həvəskar statusludur, yalnız əyalətlərdə futbolun populyarlaşmasına kömək göstərə bilər və peşəkar futbolun inkişafına ciddi təkan verə bilməz. Futbolun geniş inkişafı baxımından isə bölgə komandalarının Premyer Liqaya buraxılması, başqa sözlə, çempionatda komanda sayının artırılması qaçılmazdır. Yeni mövsümdən birinci diviziondan ən azı iki təmsilçisi Premyer Liqaya buraxılmalıdır. Bunun üçün AFFA-nın maddi imkanı da var. Yetər ki, federasiyadan maliyyələşən komandalar arasında ədalətli və şəffaf bölgü olsun. O zaman Premyer Liqada oynaması üçün yeni komandalara da pul çatar...
Aydın BAĞIROV
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada