Tez-tez gileylənirik ki, bizimkilər niyə öz futbolumuza yox, xaricilərə daha artıq maraq göstərir. Buyurun, bunun onlarla səbəbindən biri...
Sabah "Qarabağ"la "Neftçi" arasında çempionluğun taleyini həll edən, adı "qızıl" olan oyun olmalıdır. Məlum, matça ciddi hazırlıq olub və indi də davam edir. Hər iki klub da çalışır ki, futbolçular sırf oyuna köklənsin, fikri mümkün artıq söhbətlərə, işlədəcəkləri ehtiyatsız fikirlərə yönəlməsin.
Bunu başa düşdük.
Bəs, hanı Qurban Qurbanov, hardadır Samir Abasov? Hanı "Qarabağ"ın, hardadır "Neftçi"nin rəhbərliyi? Hanı onların fikri, açıqlaması? Nədir onların yüzminlərlə azarkeşinə mesajı?
Bilinmir. Tahir Gözəlin 2-3 cümləlik fikirləri xaric.
Təkrarçılıq olmasın, bəli, sabah oyundur. Amma komandalarda durum, oyunçuların vəziyyəti necədir, bilən yoxdur. Hərbi sirr kimi saxlayırlar. Kimdən çəkinir, ehtiyat edirlər? Dünyada minlərlə klub, minlərlə də məşqçi var, minlərlə də belə vacib oyun olub. Amma ən azı azarkeşlərə belə etinasızlıq, biganəlik olmayıb. Bizimkilər tərəfdən isə olur.
Niyə olur? Bax onu "Qarabağ", "Neftçi", hə, bir də AFFA ilə Peşəkar Futbol Liqası bilər. Niyə həm də AFFA ilə Peşəkar Futbol Liqası? Ona görə ki, bu oyunun təbliğatında onlar daha çox maraqlı olmalı idi. Ən azı bu gün oyun öncəsi hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı, brifinq təşkil etmək çətin deyildi.
Qurbanovla Abasov 3-4 standart, qıcıqlandırıcı olmayan fikir söyləməklə qarşıdakı matçın əhəmiyyətini az da olsa artıra, reklam edə bilərdilər.
Lakin bunu nə klublar etdi, nə də AFFA, PFL bunda maraqlı oldu. Halbuki son 9 mövsümdə ilk dəfə çempion axırıncı turda müəyyənləşəcək. İki böyük klubumuz qarşı-qarşıya gəlir. Təəccüblüdür ki, bərbad liqamızın reklamı üçün belə bir əla fürsət varkən elementar təbliğat apara bilmirik. Sonra da azarkeşi mühakimə edirik ki, niyə "Qalatasaray"a azarkeşlik edirsən...
Kimi, niyə qınayırıq? Və hansı haqla...
Sən sakit otur, azarkeşlərinə avrokubokda olduğu kimi oyundan əvvəl fikir söyləmə, onları matça baxmağa (TV-dən olsa belə) təşviq etmə, sonra da heç bir xəcalət çəkmədən bu matça "Qızıl oyun" adı ver.
Belə qızıl oyun olmur, cənablar!
Azərbaycanda "qızıl oyun" ölüb.
"Xəzər Lənkəran" dağılan günü...
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi