2019/20 mövsümünün qalibi “Qarabağ”a çempionluq kuboku və qızıl medalın budəfəki təqdimat mərasimi məyus və kədərli ab-havada keçdi. Düzdür, bir gün əvvəl Peşəkar Futbol Liqası elan etmişdi ki, bütün karantin qaydalarına əməl edilməklə, medianın da iştirakı və “CBC Sport” canlı yayımlamaqla mükafatlandırma mərasimi olacaq. 10-15 saat sonra isə bəlli oldu ki, bəs, tədbirin formatı dəyişib, mükafat yalnız klubun rəhbərliyinə, baş məşqçi və kapitana təqdim ediləcək.
Deyilənə görə, PFL-in, yəni Ramin Musayevin ilkin qərarının dəyişdirilməsinə AFFA-nın baş katibi Elxan Məmmədov səbəb olub. Əsas kimi koronavirusa mümkün yoluxma riski göstərilib. Elxan bəyin bunun üçün haqlı səbəbi ola bilər. Amma əgər bir futbol qurumunun verdiyi qərarı daha üst qurum heç bir sutka keçmədən ləğv edirsə, bu o deməkdir ki, həmin təşkilatlar arasındakı əlaqələrdə sistemsizlik, nizamsızlıq var.
Beləliklə, bütün bunlardan sonra dünən “Azərsun Arena”da futbol tarixinin yəqin ki, ilk və bəlkə də sonuncu sönük tədbiri keçirildi. Mən bu quru hadisəni bilərəkdən mükafatlandırma, təqdimetmə adlandırmıram. Çünki birinci dəfə idi ona şahid olurdum ki, heç kimə mükafat verilmirdi, hamı mükafatını gedib özü götürürdü. Və hamı deyərkən, heç də elə fikirləşməyin ki, söhbət onlarla futbolçudan, klub personalından gedir. Tədbirin iştirakçılarının əhatə dairəsi o qədər kiçik idi ki, onların adlarını sadalamaq yorucu olmayacaq.
PFL-dən: Ramin Musayev, Aslan Şahgəldiyev və Elgiz Abbasov.
“Qarabağ”dan: Tahir Gözəl, Əmrah Çelikel, Qurban Qurbanov, Asif Əsgərov, Rəşad Sadıqov, Mahir Emreli (bombardir kimi).
Aha, indi siz sual verirsiniz ki, bəs, nə əcəb siyahıda AFFA-dan adam yoxdur? Ona görə ki, yüzdən çox işçisi olan həmin təşkilatın nə rəhbər, nə sürücü, nə də hətta kuryer heyətindən belə bir adam tədbirə göndərilməmişdi. Təsəvvür edin, ölkənin çempionu mükafatlandırılır, amma ali futbol qurumundan ora gələn olmur. Yəqin qorxublar ki, tədbirə toplaşanların hamısı, Allah uzaq eləsin, koronavirus daşıyıcısıdır...
Amma kaş ki, Azərbaycanda hər bir sahədə karantin qaydalarına dünənki tədbirdə olduğu kimi əməl edilə idi. Mən dünən bir anlıq həqiqətən elə fikirləşdim ki, nümunə kimi göstərilən Almaniyadayam.
Stadionda məhdud sayda media nümayəndələri, PFL işçiləri və klub əməkdaşları daxil ümumən 30-40 nəfər olardı, ya olmazdı. Hər birinin ağzında da maska. Sona qədər sosial məsafəni gözlədilər. Daha da müsbət məqam odur ki, bir neçə aydır bir-birini görməyən şəxslər klassik Azərbaycansayağı tərzdə bir-birilərini o üz, bü üz öpmədilər. Hamı yumruqlarını toqquşdurmaqla görüşdü (kişilərin təqdir olunası yeni salamlaşma üsulu).
Sonra da heç atəşfəşanlıq, təmtəraq və təbii ki, tribunanın bəzəyi – azarkeşlər olmadan kubok və medallar kluba təqdim edildi. Təxminən 10-15 dəqiqə davam edən tədbirdən sonra hamı məyus ovqatda arenanı tərk etdi.
Bu, koronavirusa görə dayandırılmış çempionatımızın sanki hüznlü yekunu idi...
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada