Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan!
2014-18-ci illərdə “Mançester Yunayted”dəki çıxışı ilə tanınan Deyli Blindi çıxmaqla digərləri günü bu gün də dünya futbolunda populyar deyillər. Amma bu 5 oyunçu başqa komanda yoldaşları ilə birgə 2018/19 mövsümü Çempionlar Liqasında hamını təəccübləndirərək gedirlər. Dünən hollandlar futbolun tiranlarını – “Real”dan sonra “Yuventus”u da məğlub etməklə bu nəhəng yarışdan kənarlaşdırdılar.
“Ayaks”ın “Yuventus”la son oyununda əsas heyətdə meydana çıxan futbolçulardan yarıdan çoxunun – düz 6 nəfərinin yaşlarına da diqqət edin – 19-dan başlayır, 21 (3 nəfər) və 22 yaşla davam etməklə 23-də bitir! Qeyri-adi göstəricidi. Avropada ikinci belə gənc komandanı tapmaq çətin ki, mümkün olsun. Amma təcrübəli oyunçularla gənclərin sintezindən qurulan Amsterdam klubu indi Çempionlar Liqasının yarımfinalındadı! Hərçənd mən yenə də diqqəti o 5 futbolçuya, daha doğrusu, onların futbol məktəbinə, “Ayaks”ın bu uğurlarının qaynağına – “Ayaks” futbol akademiyasına yönəltmək istəyirəm.
Bugünlərdə akademiya barədə film izləyərkən onlarla maraqlı detal arasında biri xüsusən diqqətimi çəkdi. Demə, 7-12 yaşlı uşaq futbolçulara həftənin bəzi günlərində cüdo və gimnastika məşqləri də keçirlər. Məşqçilərin söylədiyinə görə, uşaq bu yaşda psixoloji və fiziki inkişafa daha meyilli olur. Qeyri-futbol məşqləri də ona görə keçirilir ki, uşağın bədəni atletik və fiziki baxımdan qüvvətlənsin ki, gələcəkdə rəqibləri ilə fiziki mübarizədə uduzmasınlar. Biz həmin doğru işin nəticəsini ən son elə dünənki “Yuventus” – “Ayaks” oyununda gördük. Akademiyanın yetirməsi olan hollandların 19 yaşlı kapitanı Matteys de Liqtin turinlilərin iki təcrübəli müdafiəçisi ilə hava mübarizəsini udub, başla əla qol vurması həm də bir zamanlar akademiyada keçdiyi cüdo və gimnatiska məşqlərinin nəticəsi idi.
Təəssüf doğuran hal odur ki, bizdə futbolu idarə edənlərə yanlış olaraq elə gəlir ki, 2-3 meydança salmaqla (özü də süni meydança. Hansı ki, Avropada uşaqların belə meydançada oynamasına qadağa var) uşaq futbolundakı köklü və ciddi problemlər o dəqiqə həllini tapacaq. Dəfələrlə deyilib, bir daha qeyd edək ki, uşaq futbol məktəblərimizdə metodiki və məşqçi problemi var. Problemləri həll etmək isə AFFA, klublarla yanaşı Təhsil və Gənclər və İdman nazirliklərinin də işidir. Amma problem həll edilməyib, bu istiqamətdə necə illərdi ciddi və davamlı heç bir təşəbbüs olmayıb. Əksər futbol məktəblərində uşaqlara psixoloji, fiziki və taktiki baxımdan doğru dərs keçirilmir. Bunun acı nəticəsini isə Azərbaycan böyük futbolda neçə illərdi yaşamaqdadı.
Əlbəttə, hətta bu gün real işə keçib, problemin həllinə başlanılsa belə, Azərbaycanın bərbad futbol məktəbləri “Ayaks”ın akademiyasının heç 10 faizi səviyyəsinə də çata bilməz. Amma heç olmasa axır ki, işlərə başlanılmalıdı, lisenziyası, savadı olmayan, müasir futboldan bixəbər insanlar tədricən məşq prosesindən uzaqlaşdırılmalı və xaricilər olsa belə, yerlərinə normal futbol biliyi olan kadrlar gətirilməlidir.
Biz Azərbaycandan “Ayaks”ın akademiyasına qayıdanda isə yenə də heyrətamiz faktlarla rastlaşırıq. Bu akademiyanın müasir futbolda fabrik rolu oynadığı məlumdu. “Nyu York Tayms” qəzetinin əməkdaşı 15 gün müddətində akademiyada olub araşdırma apararkən müyyənləşdirib ki, Amsterdam klubu 21-ci əsrdə yetirməsi olan futbolçularının satışından düz 500 milyon avro gəlir əldə edib. Və həmin araşdırma müddətində bir ilginc hadisə qeydə alınıb. Mənə elə gəlir ki, bu fakta bizim uşaq məşqçiləri ilə yanaşı, elə böyüklərin məşqçiləri də ciddi fikir verməlidi. Jurnalistin akademiyanın yetirməsi olan 15 yaşlı uşaqla müsahibə etməsindən xəbər tutan akademiyanın rəhbərliyi onun məşqçisini işdən qovub! Səbəb də odur ki, futbolda heç nə etməyən bir uşağın indi sadəcə olaraq, müsahibə vermək vaxtı deyil. O, fikrini ancaq futbola yönəltməlidi. Bu olmayıbsa, deməli, problem məşqçidədi. O, gedəcək, yerinə başqası gələcək. Çünki “Ayaks”da işləmək istəyənlərin sayı çoxdu. Elə oynamaq istəyənlərin də. Amma akademiyaya düşmək elə də asan deyil. Əvvəlcə uşaqların oyunlarını müxtəlif yerlədə klubun ştatdankənar fərqli 90 skautu izləyir, sonra onlar akademiyanın səkkiz rəsmi skautuna tövsiyə olunur. Bundan sonra isə akademiyanın özündə yekun sınaq olur. Yekun sınaqdan keçənlər isə...
... Hə, bu gün Çempionlar Liqasında möcüzə yaradır!
Aydın BAĞIROV
[email protected]
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas