Siz bu sətirləri oxuyanda artıq ola bilsin ki, bizim futbol ağıllıları adı heç kimə məşqçi kimi qətiyyən bir şey deməyən Nikola Yurçeviçi milli komandamızın baş məşqçisi təyin edəcək.
Onun 52 yaşı var, 17 ildir məşqçiliklə məşğuldur. Öz vətəni Xorvatiyada futbol dairələrində az-çox yalnız ona görə tanınır ki, Xorvatiya millisində (2006-12), Moskva “Lokomotiv”ində (2012-13), İstanbul “Beşiktaş”ında (2013-14) və İngiltərə “Vest Hem Yunayted”ində (2015-17) Slaven Biliçin köməkçisi işləyib. Vəssalam! Biliç Səudiyyə Ərəbistanına işləməyə getdikdən sonra, 2018-ci ildə isə Yurçeviç Zaqreb “Dinamo”sunda çalışdırıcısı təyin edilib. İnternetdə onunla bağlı məlumat çox azdı. Ona görə ki, baş məşqçi kimi nə zəngin karyerası, nə də uğurları var. Bununla belə, çox az olan məlumatlar da deyir ki, “Dinamo”da cəmi 11 oyundan, yəni hardasa 2 aydan sonra uğursuz nəticələrə görə klubdan qovulub və o vaxtdan işsiz qalıb.
Buyurun, indi bu adamın millimizə təyinatı rəsmiləşmək üzrədir. “Avro-2020”nin seçmə mərhələsinin başlamasına isə cəmi bircə ay qalıb. Amma Yurçeviç bizim futbolu, futbol mentalitetini, futbolçuları nəinki yaxından, heç ümumiyyətlə, tanımır. Hesablasaq, Azərbaycanda təcrübəsi həmin xorvatdan az olmayan nə qədər yerli işsiz və işi olan məşqçi var. Çoxu UEFA-nın ali məşqçilik dərəcəsi olan PRO kateqoriyası da alıb. Amma yerli məşqçilərin heç birinin AFFA üçün dəyəri qalmayıb. Həm də sözlərinin kəsəri, təsiri imkanı sıfır səviyyəsindədir. Sözünün hökmü olan Qurban Qurbanovla Rəşad Sadıqov idi ki, belələri də öz işləri ilə AFFA-nın pulyeyən çarxına çomaq soxa bilərdi. Ona görə də fəaliyyətlərinin heç bir ili tamam olmamış urvatsızcasına yola salındılar.
Həmin vaxt baş katib Elxan Məmmədov dedi ki, bundan sonra yeni məşqçi axtarışını Məşqçilər Komitəsi ilə birgə məsləhətləşmələr əsasında həyata keçirəcəyik. Amma tezliklə verilən açıqlamalardan bir daha təsdiq olundu ki, bu komitə təpədən dırnağa qədər marionetka – kukla bir qurumdu və Elxan Məmmədov üçün də, ondan yuxarılar üçün də yalnız ictimai görüntü vasitəsidir. Əsas günahkar AFFA deyil, əlbəttə. Hər şeyə zəmin yaradan insan özüdü. Vaqif Sadıqovdu, Ağasəlim Mircavadovdu, Şahin Diniyevdi, Şakir Qəribovdu, Yaşar Vabahzadədi. Əvvəla onlar AFFA-nın tələb etdiyi bütün şərtlərə razıdılar. Ona görə də yerli məşqçilərdən heç birini AFFA-ya tövsiyə etməyiblər. Etməzlər də. Çünki özlərini heç kimdən zəif saymırlar. Əcnəbi Yurçeviçin namizədliyinə qarşı da çıxmayıblar. Çıxsalar, bundan sonra komitədə olmayacaqlarını bilirlər. Deməli, bu mənzərə hamısına sərf edir – özlərinə də, onları ora təyin edənlərə də.
Yəni hamı oyun oynadığının fərqindədi, əslində. Oyun oynaya bilməyən məhdud hissəsini isə kəsib tullayırlar bir kənara. Qınaq yox, mane olan yox. Ona görə də kiminsə tanımadığı, uğurdan kasad bir əcnəbini gətirirlər milli komandanın başına. Niyə uğurdan kasadı? Ona görə ki, uğurlu məşqçiyə şərt qoyurlar ki, millimizi “Avro-2020”nin final mərhələsinə çıxarmalıdı. Dörd oyun Bakıda olacaq, axı. Hesabat da verilməlidi yuxarılar üçün. Amma təcrübəsi, uğuru olan əcnəbi məşqçiyə təklif olunan pul hər nə qədər yaxşı olsa da, o, şərti qəbul etmir. Bilir ki, ağılsız, reallaşması mümkün olmayan tələbdi. Kimlə? Hansı futbolçu ilə Avro-2020-yə gedəcəyik?..
Çempionatın can üstə olan səviyyəsi bəllidi. Bu, klublardan milliyə gələn futbolçunun səviyyəsinə birbaşa təsir edir. Bölgələrdə futbol və futbol məktəbləri qalmayıb. Ölkədə ciddi futbolçu böhranı var. Futbol dairələrində isə bu faktı düşünən 5-10 faiz adam qalıb. O adamlar da futbolu düzəltmək birbaşa vəzifə borcu olan AFFA-da deyillər. Həmin 5-10 faiz səmimi şəkildə istəyir və cəhd edir ki, nələrsə yaxşı olsun. Qalan 90-95 faiz sadəlövhcəsinə dedi-qodu, qeybət, kin saxlamaq, quyu qazmaq, biclər isə dələduzluq etməklə məşğuldurlar. İndi siz deyin, belə bir mühitdə futbol ola, milli komanda “Avro-2020”yə düşə bilər? Əlbəttə, yox. Ona görə də hər şeyin belə olması təəccüblü də deyil. Çünki hər şey əslində əvvəlki, təbii halına qayıdır – idarə edənlərlə idarə olunanlar yenidən bir dalğaya qoşulur...
Futbolla oynayanların dalğasına.
Aydın BAĞIROV
[email protected]
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi