Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır

Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
DÜNYA FUTBOLU 15 Sentyabr 2026 / 22:53 237
-  A +

Argentina millisi sentyabr-oktyabr aylarında ölkəsində 3 yoldaşlıq oyunu keçirəcək.

QOL.az xəbər verir ki, Lionel Skaloninin rəhbərlik etdiyi komanda ilk matçını sentyabrın 30-da Kordova əyalətindəki “Mario Alberto Kempes” stadionunda Boliviyaya qarşı keçirəcək.

Argentina oktyabrın 3-də Buenos-Ayresdəki “River Pleyt” stadionunda Burkina-Faso, oktyabrın 6-da isə Benin millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Argentina DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Bundan başqa, Lionel Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner