... “La Tribune” qəzetinin birinci səhifəsi “Sent-Etyen” – “Qarabağ” oyununa həsr olunan “Yalnız təəssüflər” başlıqlı yazı ilə açılmışdı. Yerli jurnalistlərin təəssüfü səbəbsiz deyildi. Axı, bir gün əvvəl Qurban Qurbanovun komandası ilk dəfə qatıldığı Avropa Liqasının qrup mərhələsinin Fransa təmsilçisi ilə səfər oyununda bir xal qazanmışdı. Sonradan, 2016-cı ildə Avropa çempionatının final mərhələsinin oyunlarının bir qismini qəbul edəcək bu stadiona ayaq basanda nəyə görəsə xəyalən uşaqlığıma getmişdim. Və yadıma düşmüşdü ki, 1995-ci ilin 6 sentyabrında (15 yaşımın tamam olduğu günün ertəsi) Fransanın başqa bir arenası – Oser şəhərinin “Abbe-Deşam” stadionunda bizim futbolumuz üçün həqiqi faciə baş vermişdi. Fransayla matçda milli komandamız futbol tariximizin ən böyük hesablı məğlubiyyətini (0:10) almış və bu görüş yaddaşlara “Oser faciəsi” kimi düşmüşdü.
Onda isə 2014-cü il idi. İkinci faciə olmasa belə, “Qarabağ”ın ağır məğlubiyyətlə üzləşəcəyini haqlı olaraq ehtimal edənlər az deyildi. Çünki “Sent-Etyen” Avropanın “TOP-5”liyində ilk üçlüyə düşmüş komanda kimi Ağdam klubuna rəqib olmuşdu. Amma gərək ki, ya Maksim Medvedyevin, ya da Qara Qarayevin əla ötürməsindən sonra indi həvəskarlar liqası səviyyəsindəki turnirdə (taleyin işinə bax da!) oynayan Vüqar Nadirov gözəl qol vuraraq hesabı açmış, qolun sevincindən də göz yaşlarını saxlaya bilməmişdi. Sonra o, bu qolu Qarabağ döyüşlərində canından keçən şəhid atasına həsr etdiyini söyləmiş, Ağdamın yoxluğuna görə isə ağladığını demişdi. Fransızlar birinci hissənin sonlarına yaxın hesabı bərabərləşdirsələr də, Vüqarın, Vüqar da daxil olmaqla “Qarabağ” komandasının futbolçu və məşqçi heyətinin hər bir üzvünün əziyyəti sayəsində bu görüşü 1:1 hesabı ilə yekunlaşdırmaq mümkün olmuşdu. Nəticədə də “Qarabağ” bu heç-heçə ilə Avropa kubokunda sensasiyaya imza atmışdı.
“La Tribune” qəzetinin bu şəklini oyunun ertəsi günü Fransada bir qrup azərbaycanlı jurnalist üçün ayrılan oteldə olarkən çəkmişdim. 3, ya da 4 ulduzlu bu kiçik oteldə bütün qonaqlarını hər səhər doğma fransızcasında nəzakətlə “Bonjur, müsyö”, “Bonjur, madam” kimi sözlərlə salamlayan ortayaşlı nurani bir toppuş xanım söyləyirdi ki, bizim oteldə çox az halda ad günləri olur və siz azərbaycanlıların burada qeyd etdiyi ad günü də onlardan biri idi.
“Qarabağ”ın baş meneceri Asif Əsgərovun 33-cü doğum gününü qeyd etmək təşəbbüsünü klubun istiqanlı direktoru, bu dünyaya sanki hər kəsə mənəvi qardaşlıq etmək missiyası ilə gələn Əmrah Çəlikəl hələ Sent-Etyenə çatmadan, Lionda olarkən mənə zəng vurmaqla bildirmişdi. “Asif bilməsin, ona sürpriz hazırlayaq” deyib təklif irəli sürmüşdü ki, onun doğum gününü məhz jurnalistlərlə birgə oteldə qeyd edək. Jurnalistlər ürək sözlərini həm də vazkeçilməz fransız şərabı ilə söyləmiş, ertəsi gün isə klubun uğurlarının görünməz qəhrəmanlarından olan Asifə ən dəyərli hədiyyəni elə “Qarabağ” özü qazandığı xalla etmişdi...
Fransa səfərim üç gün çəkmişdi. Sent-Etyen kiçik və sakit bir şəhər idi. Beyni “refresh” etməyə köməyi də dəymişdi. Həm bu, həm də “Qarabağ”ın uğurlu nəticəsinə görə Bakıya yaxşı ovqatda gəlmişdim. Aeroportdan çıxan kimi isə şəhər əvvəlcə heç nədən söz anlamayan bəzi həyasız taksi sürücüləri, sonra isə özünün səs-küyü ilə sanki üzərimə hücum çəkmişdi. Feysbukdakı səhifəm xatırlatdı deyə, başqa bir hadisə yadıma düşdü. Bu paylaşımı aeroportdan aralandıqdan sonra elə həmin günü yazmışdım, indi yenidən paylaşıram:– “Üç gun idi Fransadaydım. Beyin, əsəb də sakit. Bakıya düşəndən sonra yolda rastlaşdığım ilk hadisə: “Koroğlu” tərəfdə biri çıxıb körpünün üstünə özunü atmaq istəyir, tıxac da nə boyda... "Gozəl" məmləkət!...”
... Kaş 2014-dəki “Qarabağ” indi də olaydı...
Aydın BAĞIROV
[email protected]
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək