Qonşumuz Gürcüstan Millətlər Liqasının final mərhələsinə vəsiqə qazandı. 4 oyunda 4 qələbə sayəsində və qapısından 1 qol belə buraxmadan. Əlbəttə, bu yerdə istənilən azarkeşimizdə dərhal sual yaranır ki, necə olur, biz FİFA reytinqində 183-cü olan Maltanı iki oyunda uda bilmirik, amma gürcülər belə uğura imza atırlar?
Sualın cavabına keçməzdən əvvəl qeyd edək ki, Azərbaycandan kiçik bir ölkənin bu parlaq göstəricisinin bizim futbol idarəçilərinə örnək olacağını düşünməyək. Bu, həqiqətən sadəlövhlük olar. Çünki AFFA-nın guya futbolu inkişaf etdirmək adı altında həyata keçirdiyi bütün layihələrin uğursuz aqibəti hamıya bəllidi. Yəni sırf futboldan gedir söhbət, bu layihələr sayəsində pul qatlamaqdan yox.
Gürcülərin isə bizim qədər pulu yoxdu. Amma yüksək liqalarında düz 10 komandası var. Daha 10 komanda ikinci liqada oynayır. Bu 20 komandadan düz 14-ü bölgələri təmsil edir. Paytaxtdan və bölgələrdən çıxan futbolçular isə 1-2 il Gürcüstanda oynadıqdan sonra öz istedadları sayəsində üz tuturlar xarici çempionatlara.
Növbəti kiçik, amma ibrətamiz statistikanın isə AFFA üçün örnək olmasa da, heç olmasa qulağında sırğa olacağına ümid edək.
Gürcüstan millisinin heyətinə təkcə Latviya ilə Millətlər Liqasının dünənki oyununa çağırılan 23 futbolçudan düz 21-i müxtəlif xarici çempionatlarda oynayır! Hansı çempionatlarda oynadıqlarını da qeyd edək - Rusiya, İsveçrə, Ukrayna, ABŞ, Polşa, Belarus, İspaniya, Avstriya, Belçika, Slovakiya, Qazaxıstan... Əksəriyyəti də yüksək liqa klublarında. O futbolçuların çoxu sırf Gürcüstan futbolunun yetirməsidi. Bizimsə xaricdə oynayan cəmi 5 legionerimiz var (bu gün milliyə çağırılan), heç birinin də futbol məktəbi Azərbaycanda olmayıb.
Amma 2005-ci ildə ölkədə Futbolun İnkişafı üzrə Dövlət Proqramı qəbul olunmuşdu. O proqramın mahiyyəti bu idi ki, paytaxtda və bölgələrdə futbol inkişaf etdirilsin, istedadlı oyunçular yetişdirilsin. Proqramın icrası zamanı dövlət, əsasən də iş adamı olan sponsorların vasitəsi ilə futbolun inkişafı adı altında milli komandalara, klublara və uşaq futboluna ümumən azı 1 milyard dollara qədər pul ayrılıb. Bu gün üçün həmin proqramın heyrətamiz yekun nəticəsi odur ki, biz Malta kimi məhəllə səviyyəli komandanı iki rəsmi və vacib oyunda uda bilmirik. Əlbəttə, bu uğursuz nəticələrə görə, baş məşqçi Qurban Qurbanov birbaşa məsuliyyət daşıyır. Haqlı tənqidlər var, amma onun zamana ehtiyacı olduğunu da qəbul etməliyik. Yeri gəlmişkən, haqlı, ürəkyanğısı ilə deyilən azarkeş və jurnalist tənqidləri öz yerində, amma əsasən sırf şəxsi maraqlardan və inciklikdən, ya da sadəcə olaraq, həsəddən yaranan hikkəli qərəzin dozasını isə bir balaca azaltmağın vaxtıdı.
Çünki problemin kökü bugünlə və bir nəfərlə bağlı deyil. Gedib çıxır yenə haqqında söhbət açılan dövlət proqramına. O proqram ki, futbol idarəçiləri bu mühüm sənədin qüvvədə olduğu 10 il müddətində onu çox yox, heç beşcə faiz də vicdanla icra etməyib. Bu mənada, proqramın əhatə etdiyi 2005-2015-ci illər və ondan sonrakı müddətdə futbolumuza niyə bu qədər zərbənin dəydiyinə təəccüblənmək lazım deyil. Çünki başda AFFA, bölgələrdə yerli idman qurumları işə təmizliklə, ciddiyyət və məsuliyyətlə yanaşsaydı, bu gün Azərbaycanın çox bölgəsində futbol, neçə-neçə komanda var idi. Və istedadların çoxu da məhz ordan çıxacaqdı - rayonlardan, kəndlərdən. Gürcüstan millisinin heyətindəki o 21 legioner futbolçu kimi... Hansı ki, yetişmələrinə nəinki milyonlar, heç yüz minlər də xərclənməyib. Amma bizim AFFA-nın vitse-prezidenti ən azı elə həmin Gürcüstanla sərhəd bölgədə olan Qazax və Tovuzdansa, gedib Almaniyada futbol məktəbi açmışdı. Buna da 1 milyona yaxın pul ayrılmışdı. “Gürcülər niyə final mərhələsindədi, amma biz yox” sualının cavabı həm də federasiyanın bu əcaib qeyri-futbol yanaşmasının arxasında gizlənir.
Deməli, düzəlməli olan təkcə milli komandanın nəticələri deyil. Həm də idarəçilərin futbol zehniyyətidi. Möcüzə baş verib, o zehniyyət düzələnə qədər isə biz bəlkə Gürcüstanı 2020-ci ildə Bakıdakı Avropa çempionatında da gördük, daha sonrakı yarışlarda da.
Aydın BAĞIROV
[email protected]
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi