Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya çempionu Fransadan xal alıblar. Nəticədən xeyli məmnun göründüyünü bir neçə dəfə qeyd etdi. Bəli, Maltanın düşərgəsində bayram idi. Bizdə isə matəm fason bir şey.
Diqqətimi ilk çəkən oyundan sonra stadionda Qara Qarayev oldu. Yaxınlaşıb görüşsə də, danışmaq halında deyildi. Gözünün də içi qıpqırmızı. Mənə elə gəldi ki, o, bu xal itkisinə görə ağlayıb. Bəlkə də yanılıram. Amma yüz faiz bildiyim odu ki, dünən axşam Maltada havada gözə təsir edə biləcək hər hansı virus yox idi. Sonra aeroportda acı bir etirafda bulundu mənə:
- Kənardan baxan elə bilər ki, qəsdən oynamamışıq. Adama möhkəm təsir edir.
Gücüm ona yalançı təsəlli verməyə çatır:
- Keçib gedər, futbolda olur belə şeylər.
Çarəsizcəsinə, “bilmirəm” deyib gözləmə zalına üz tutur.
***
Əslində hamı pis durumda idi. Bütün futbolçular, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədov. Qurban Qurbanova isə gələcəyəm. Bir sözlə, bıçaq vursan, heç birindən qan çıxmazdı. Yadıma Berti Foqtsun dönəmində milli komandamızın Portuqaliyaya səfər oyunundan sonrası düşdü. O zaman da aeroportdaydıq. Amma onda futbolçuların hamısı olmasa da, əksəriyyəti elə şən ab-havada idilər, elə deyib gülürdülər ki, sanki 2-3 saat əvvəl 0:3 uduzan biz yox, elə Ronaldonun komandası olub.
Amma Malta əlbəttə ki, Portuqaliya deyil. Bu komanda ilə matçdakı xal itkisi bizimçün faciə olmasa da, hər halda ciddi bir siqnaldı. Bəli, Qurban Qurbanov millini qəbul etməklə ağır yükün altına girib, nəticəyə, oyuna görə birbaşa cavabdeh də odur. Kosovo, ardınca Maltayla 6 xal deyil, 2 xal qazanmağımızın, daha dəqiqi 4 xal itirməyimizin birbaşa məsuliyyəti Qurban müəllimin üzərindədi. Amma bugün elliklə onun üzərinə necə gediriksə, başqa problemlərə də toxunmalıyıq. Millinin əksər futbolçuları oyun təcrübəsi baxımından pis vəziyyətdədir. Səbəb onsuz da hamıya bəllidi: ölkədə futbol batıb gedir, çempionatda rəqabət demək olar qalmayıb. Bu gün bu ölkənin futbolunun simasını qoruyan, az da olsa ayaqüstə saxlayan “Qarabağ”dı, yəni həm də Qurban Qurbanovdu. Millinin matçlarında da çox yox, müəyyən dərəcədə “Qarabağ”ın oyunçuları fərqlənir. Çünki Avroliqada mübarizəni davam etdirirlər, səviyyəli rəqiblərlə oyun təcrübələri var. Amma onların da son iki qarşılaşmada milliyə ciddi köməkləri dəymədi. Çünki problem fərdlərdə yox, ümumi komandadadı. Qurban Qurbanov, əlbəttə ki, bunu qısa zamanda həll etməlidi. Hələ heç nə itirilməyib. Qrup lideri Kosovo ilə aramızda cəmi 2 xal fərq var. Lakin vaxtımız çox azdı. Tariximizdə ilk dəfə Avropa çempionatının final mərhələsinə düşmək kimi möcüzəvi bir şans əldə etmişik. Ondan mütləq yararlanmalıyıq.
Bəli, Qurban Qurbanov aparmalıdı millini irəli. Amma təkbaşına deyil. Hamının, ən çox da klubların köməyi ilə. Necə? Sadəcə, əsas komandaya hazır futbolçu göndərməklə. Qurban Qurbanov millidəki 5-10 günlük məşqlərlə “ölmüş” futbolçunu “dirildəcək” qədər sehrbaz biri deyil.
***
Gecə Bakı vaxtıyla saat 4, ya 5-di. Təyyarədə çoxusu yuxuya gedib. Amma o, əlində noutbuk 1-2 əsas futbolçusunu yanına çağırır. Malta ilə oyunu təhlil edəcəklər. Gecənin bu saatında...
Berti Foqtsla Robert Prosineçki isə belə vəziyyətlərdə adətən yeddinci yuxuda olardılar.
... Deməli, çox yox, bir balaca ədalətli olmaq lazımdı.
Bir balaca...
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada