Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək istədi.
Amma gücü çatmadı. Zədəli, əməliyyat olunmuş ayağı ona sürətli addım atmağa, özünü bu coşqunun içinə salmağa imkan vermədi. Və bir anlıq gözdən kənarda qalanda sanki sarılıb sevincini bölüşdüyü yeganə şey onu bugünlərdə ayaqda saxlayan əsalar idi.
Dani Kintana "Qarabağ"ın uğurlarında fədakarlığı olan futbolçulardandı. Kaş ki, Azərbaycanda süni meydançalarla futbolçulara işgəncə edənlərdə də futbol yanğısı, bu fədakarlıqdan bir balaca olaydı. Onda Dani kimilər zamanında “AZAL Arena”da ciddi zədələr almaz, bu günə qədər də tez-tez onun fəsadlarını hiss etməz və builki Çempionlar Liqasının BATE ilə vacib oyunlarında liderlərdən biri kimi “Qarabağ”a kömək edərdi. “Qarabağ” o zaman harda ola bilərdi? Bu sual artıq həqiqəti dəyişmir.
Zədə əlbəttə, təkcə ayaqda olmur, insanın ruhunda, düşüncəsində də olur. Bir halda futboldan danışırıq, onda deməliyik ki, bizdə futbol düşüncəsində zədəsi olan bir xeyli insan var. O səbəbdəndir ki, ölkədə neçə illərdi futbol zədəli də yox, elə şikəst kimidi və bu gün hamı qalıb bir tək sağlam olan "Qarabağ"ın ümidinə. Amma niyə və nə vaxta qədər belə davam etməlidi?
BATE uğursuzluğundan, "Şerif"lə ilk oyundakı məğlubiyyətdən sonra “Qarabağ”ın ünvanına bir xeyli tənqid oldu. Belə də olmalıydı, bundan sonra da əgər uğursuz çıxışlar olarsa, tənqidlər qaçılmazdı və normal da qəbul edilməlidi. Ona görə ki, bir tək daşıdığı ada görə bütün ölkənin gözü “Qarabağ”ın üzərindədi. İşin sırf peşəkar tərəfinə gələndə isə bu gün onlardan başqa futbol oynaya biləcək komandamız, Avropadakı ikinci təmsilçimiz yoxdu. Klubun büdcəsi də qaydasında, futbolçuları da normal.
Deməli, dünənə qədərki uğursuzluqlara görə başda Qurban Qurbanov tənqid edilməli idi və edildi də. BATE məğlubiyyətində etdiyi səhvlər səbəbindən başlıca günahkarlardan olan Rəşad Sadıqov da həmçinin. Amma tənqidlərin də əsası, ədəb-ərkanı, həddi-hüdudu olmalıdı. Bir ildə “Qarabağ”ın oyununu nəinki stadionda, heç televizorda izləməyən futbolda naşı adamların isə komanda tənqid etməyə, yumşaq desək, mənəvi haqqı çatmır.
Yeri gəlmişkən, bununla bağlı “Şerif”lə cavab oyunundan sonra Qurban Qurbanova mətbuat konfransında belə bir sual ünvanladım: “Artıq Avroliqanın qrupuna vəsiqə qazanan komandanın baş məşqçisi kimi bu bir ayda sosial şəbəkələrdə, mediada sizin və komandanız barədəki tənqid səsləndirənlərə mesajınız nə olardı?”
Qurban müəllimin cavabı: “Mənim Feysbukda və İnstagramda səhifəm yoxdu. Ona görə də azarkeşlərin yazdığı tənqiddən xəbərsizəm. Amma başda Qol.az saytı olmaqla bir neçə saytdakı tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar?”
Ölkənin bu gün üçün ən böyük klubunun və milli komandanın baş məşqçisinin ağır iş qrafikinə baxmayaraq, medianı izləməyə də vaxt tapması, barələrindəki tənqidləri şəxsən oxuması və ona peşəkar, soyuqqanlı münasibəti müsbət haldı. Və bunu o adam deyir ki, işində ən az tənqid edilənlərdən biridi.
Bəs, futbolumuzda ən çox tənqid edilənlər? Onların çoxunun əlbəttə bunlardan xəbəri olur. Amma öz sahələrini ya düzəltmirlər, ya da istəsələr belə düzəldə bilmirlər, səriştələri çatmır. Ona görə də axır illər “Qarabağ”da bir uğursuzluq olan kimi hamı hirsini elə onun üstünə tökür. Bir növ həm də uman yerdən küsmək məsəli yaranır. Çünki daha başqa ünvan qalmayıb.
Ona görə də bəzən futbola insanların deyil, adi bir əşyanın, məsələn, elə Daninin o əsalarının faydası daha çox dəyir. Heç olmasa bu ağır vaxtında onu ayaqda saxlayır, gəzdirir, sonra müalicəylə birgə sağaldıb “Qarabağ”a qaytarır. Dani gec-tez düzələcək, əlbəttə. Amma futbolun nə vaxt düzəlməsi artıq əsanın deyil, iş görə bilməyib pərdə dalında gizlənənlərin məsələsidi.
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi