Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən, hər bir insan necə edər? Ən azı həmin gününü evində, yaşadığı şəhərdə keçirər. Amma görürsən ki, bir gün əvvəl bu adam Bakıdan 3700 km. aralıdakı Lyublyanada idi, komandasının oyununa diqqətlə nəzarət edib lazım olan tapşırıqları verirdi, üstündən heç 20 saat keçməmiş isə o artıq Bakıda da deyil, Qəbələdə idi, bu dəfə stadionda başqa komandanın oyununa eyni diqqətlə baxırdı...
Gedə bilərdi “Neftçi”nin matçına, Bakıda idi.
Bu qızmar temperaturda bizimkilərin Avroliqa oyunlarına lap evində kondisioner altında oturub baxa da bilərdi. Azarkeşin, medianın tənəsinə, qınağına tuş da gəlməyəcəkdi. Amma bunların heç birini etmədi.
Yorğunluğu, bir gün əvvəlki matçın yarada biləcəyi gərginliyi bir kənara qoyaraq Bakıdan uzun yol qət edib Qəbələyə getdi. Getdi, oyunu izləyib və qayıtdı. Futbolçularla bağlı lazım olan qeydlərini də götürdü.
Qurban Qurbanov Qəbələyə təbii ki, “Qarabağ”ın deyil, milli komandanın baş məşqçisi kimi getmişdi.
Bu yerdə bir fakt yada düşür. Milliyə təyinatı rəsmiləşəndən sonra Premyer Liqada elə bir tur olmayıb ki (komandası “Qarabağ”la eyni oyun günü istisna olmaqla) azı bir oyunu stadionda yerindəcə izləməsin. Millinin hazırkı və ora namizəd futbolçuların oyunlarına canlı baxır, onlarla birbaşa ünsiyyətdə olur.
Ondan əvvəlki əcnəbi məşqçilərin nə etdikləri isə çoxunun yadındadı, yəqin. Ən çox Berti Foqtsun bizim futbola saymazyana münasibəti acı bir xatirə olaraq qalır. Millinin ev oyunları istisna olmaqla Azərbaycana 1-2 dəfə gələrdi, çempionatın, yerli futbolçuların oyunlarını tələb olunanın heç 5 faizi səviyyəsində də izləməzdi. Amma işin ən təəssüf və təəccüb doğuran tərəfi bu deyildi. O idi ki, bütün bu mənəm-mənəmliyə, azarkeşə, futbol ictimaiyyətinə hörmətsizliyə AFFA-nın o vaxtkı və bugünkü rəhbərliyi nəinki göz yumur, hətta vəziyyətin bu hal almasına şərait yaradırdı. Ortada işə ciddiyyət, can verən futbolumuza nəfəs verib ayağa qaldırmaq istəyi yox idi. İndi də o adamlarda bu istək varmı, yoxmu, hələ də şübhəlidi...
Və o istək olmasa, qaranlıqdan aydınlığa çıxmaq çətin olacaq. İndilikdə isə uzaqdan köz kimi görünsə belə, yalnız bir işıq var. O işığın adı vicdandı.
Qurban Qurbanovun vicdanı...
Aydın BAĞIROV
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”