Kərim Ansarifard hazırda İran milli komandasında oynayan, gərək ki, yeganə Azərbaycan türküdü. 2011-ci ildə ölkəsində ilin ən yaxşı idmançısı seçilən bu oyunçu müasir İran futbolunun parlaq nümayəndələrindən sayılır. Bugünlərdə DÇ-2018-də qrupun hər üç oyununda iştirak edib və hətta Ronaldonun Portuqaliyası ilə matçda penaltidən olsa belə, qol da vurub.
Bu qısa statistik faktı yekunlaşdırıb, gələk Kərimin dünən sosial şəbəkələrdə yayılan və rezonans doğuran videosuna. Videoda Kərim Azərbaycana, öz etnik kimliyinə bağlılığını və sadiqliyini bu şirin şivəsi ilə dediyi sözlərlə təsdiqləyir: “Mənə iftixardır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə də demişəm ki, mən Ərdəbil uşağıyam”.
Məlum, Ərdəbil Cənubi Azərbaycanın şəhərlərindən biridi. Və bu şəhərin insanları, cənubdakı digər soydaşlarımız kimi, İranın siyasi rejimindən çəkdikləri zülmə baxmayaraq, daim Azərbaycan sevgilərini heç nədən çəkinməyərək bildirirlər. Xüsusilə bunları Təbrizdə futbol oyunları zamanı görmək olur. Demək olar, "Traktorsazi" komandasının bütün ev qarşılaşmalarında bəzən sayı 60-70 minə çatan Azərbaycan türkü bir ağızdan "Azərbaycan", "Qarabağ" şüarı səsləndirir.
O 60-70 min insanın arasında isə neçə-neçə Kərim var. Və əlbəttə, Əlilər də. Əli... Əli Daie. Kərimdən daha əvvəl İran milli komandasında oynamış, bu komandanın tarixində indiyədək heç kimin bacarmadığını edən – düz 109 qol vuran, bir zamanlar hətta məşhur “Bavariya”da da oynayan Əli Daei. Bəzi iranyönlü mənbələr onu fars kimi qələmə versə də, əslində o da Ərdəbildə doğulan təmiz Azərbaycan türküdü. İranda yetərincə məşhur olan bu soydaşımız da zamanında türk olmasıyla fəxr etdiyini dəfələrlə bəyan edib.
Hə, onlar Azərbaycana bu qədər bağlıdılar. Bəs, bizim – Şimalda yaşayan azərbaycanlıların Cənubdakı soydaşlarımıza münasibəti necədi? Nə qədər təəssüf və təəccüb doğursa da, bəzi insanlarımızın timsalında laqeyd və soyuq! Ürəyində vətən nisgilli, pak və təmənnasız Azərbaycan sevgisi olan bu adamlar Bakıya ayaq basanda, həsrətində olduğu şəhərin küçələrini gəzəndə onlara ərəb turistlərə laqeyd yanaşma kimi münasibət bir tərəfə qalsın, hələ də iranlı kimi xitab edib qəlblərini qıranlar az deyil. Dəfələrlə buna etiraz edib "biz fars yox, azərbaycanlıyıq, türkük" demələrinə yəqin çoxumuz rast gəlmişik.
Amma görünən budu ki, bu haqlı iradlar, incik sözlər bizim çox az insanımıza təsir edir. Doğma vətənlərində onlara fars, gəlmə deyilir. Onlarsa başlarının üzərindəki qala buluda baxmayaraq hər gün “Azərbaycan” deyir...
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada