Oxucuların yadında qalar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar.
Dedilər, İbranın hansısa bukmeyker kontoru ilə müqaviləsi var, olmaz. Hamının anlayacağı dildə ifadə etsək, FİFA-ya görə, isveçli futbolçu gizli sövdələşməyə gedərək oyunlardan “çirkli pullar” əldə edə bilər. FİFA İbrahimoviçin bu əməkdaşlığını qabartmaqla guya “futbol qumarı”na qarşı olduğunu göstərdi. Futboldan başı çıxmayan naşı adamlara da elə görünə bilərdi ki, doğrudan da, bu dünyada FİFA qədər ikinci təmiz bir qurum yoxdu.
Bəs, əslində həqiqət necədi?
Birbaşa faktlara keçək. Lap yaxın tarixdə, bir neçə il bundan əvvələ qədər bütün dünyanın gözü qarşısında “Real” və “Milan” kimi klublar nəhəng bukmeyker şirkətlərindən olan “Bwin”i maykasında reklam edirdi. Başqa sözlə, ən yekə qumar oynadanlar bu iki böyük klubun sponsoru idi. Onda FİFA, yaxud UEFA nə edirdi? Səssiz-səmirsiz “Real”ın, “Milan”ın oyunlarını müşahidə edirdi. Deyən də yox idi ki, sən niyə futbol qumarbazlarını reklam edirsən? Ən əsası bukmeyker şirkətini reklam edənlər sabah elə həmin şirkətin diqtəsi ilə çirkli oyunlarda iştirak etməzmi?
Bunu FİFA, yaxud UEFA soruşdumu? Yox!
Klublara cəza verən oldumu? Yox!
Bizim çempionatın isə rəsmi sponsoru bukmeyker şirkətidi. Buna görə AFFA-ya, yaxud PFL-ə nəsə deyən olurmu? Yenə də yox!
İndi ortaya sual çıxır - niyə?
Ümumi dünya futbolunda gedən gizli oyunlar təsdiq edir ki, futbol qumarında böyük pullar – yüz milyonlar, milyardlar qazanılır və əlbəttə, o pullardan FİFA rəsmilərinin də üzvü olduğu futbol mafiyası külli miqdarda qanunsuz gəlir əldə edir. Gəlir olmasaydı, FİFA daşı daş üstə qoymazdı. Belə olan halda onlar bukmeyker kontorlarına necə söz keçirə bilərlər? Amma təbii ki, qumara qarşı mübarizə adı altında İbrahimoviçə irad tutmaq, qadağa tətbiq etmək, istənilən anda onu əzmək çox asandı. Çünki o, böyük oyunçu olsa da, futbolda balaca fiqurdu.
Bir halda ki, söhbət balacalardan düşdü, biz yazıya FİFA-nın kiçik modeli olan UEFA-yla yekun vuraq. Məlum, bu qurumu çox vaxt nümunə kimi göstərirdilər ki, onlar FİFA qədər korrupsiyaya bulaşmayıblar. Amma Platini ətrafındakı qalmaqaldan sonra çoxları yatmış yuxudan oyandı və əmin oldu ki, FİFA-yla UEFA elə bir medalın iki üzüdü. Ona görə də ən son bu günlər Çempionlar Liqasındakı yaşanan hoqqalar təəccüblü gəlməsin. Komandaların haqları futbol mafiyasının peşkasına çevrilən bəzi hakimlərin əli ilə göz görə-görə bu qədər yeyilirsə, nəticəyə birbaşa təsir edəcək qərarlar verilmirsə, deməli, heç nə təsadüfi deyil, təsadüfi ola bilməz...
Heyf Cüneyt Çakıra!
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada