AFFA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, bu qurumun İcraiyyə Komitəsi (İK) 11 üzvdən ibarətdi. Aralarında yüksəkçinli dövlət məmurları da var. Mətləbə dəxli olmasa da, gülməli fakt: bir dəfə hansısa rusdilli sayt bu "yüksəkçinli dövlət məmuru" ifadəsini bizim dildən ruscaya “высокопоставленный китайский чиновник” (yüksək səviyyəli Çin məmuru) kimi tərcümə etmişdi.
Bunu indinin özündə də siyasi jurnalistlər təbəssümlə yada salırlar. Nə isə, biz yenə qayıdaq İK-nın üzvlərinə. Həmin məmurlar niyə futbol idarəçiliyində təmsil olunur və futbolun inkişafı adına nə ediblər, bunu İK-nin toplantılarında iştirak edənlərdən başqa bilən yoxdu. Niyə? Ona görə ki, toplantı başlayanda teleoperatorlar və fotoqraflar çəkiliş etdikdən sonra özlərindən başqa hamını çıxarırlar bayıra. Başlayır qapalı iclas. O iclas da cəmi bir saat, ya saat yarım çəkir. Futbolumuzdakı problemlərin neçə illərdi niyə düzəlmədiyini elə ali qərarverici orqan olan İK-nin iclaslarının belə tələm-tələsik bitməsindən təxmin etmək olar.
Bunlara baxanda, tam əmin olursan ki, rəhmətlik Fuad Musayev əməlli-başlı idarəçiymiş. Hər nə qədər sərt xasiyyəti olsa da və diktator adlandırılsa da, İK-nın iclaslarının mediaya açıq şəkildə keçirildiyi vaxtlar az olmurdu və həmin iclaslarda ciddi müzakirələr gedirdi. Fuad Musayevlə razılaşmırdılar, əks arqument ortaya qoyurdular. İndikilərdən Kazbek Tuayev, yaxud İsgəndər Cavadovun Rövnəq Abdullayevin fikirlərinə, yaxud verəcəyi qərara qarşı çıxacağını təxmin edə bilərsiniz?
Kazbek müəllim bu gün “azerisport”a müsahibəsində deyir ki, Qazaxıstan futbolu heç vaxt Azərbaycan futbolu ilə eyni səviyyədə olmayıb, yəni bizdən aşağı olub. Futbolumuzun bu kökə düşməsinin tək səbəbkarı İK-ni üzvü kimi Kazbek Əliyeviç deyil, təbii ki. Amma gerçəklikdən kənar bu kimi zərərli fikirlər az da olsa pay sahibidi.
Sövet dövründə iki ölkə arasında futbolların səviyyəsi necə olub, bunu qurdalamayaq. Gələk, bu günə və fantaziyalarımızı işə salmayıb, konkret faktlara müraciət edək. İndi FİFA reytinqində Qazaxıstan hardadı? Bizdən öndə! Bəs, iki ölkənin çempionlarını müqayisə etsək, Çempionlar Liqasında qrupa ilk dəfə kim düşüb? Yenə də qazaxlar - “Astana”! Halbuki futbola ayrılan yüzmilyonların qarşılığında bizim çempionlardan biri indi də deyil, hələ 8-9 il əvvəl orda oynamalıydı. O vaxtlar Belarusun BATE-si ÇL-in qrupuna necə vəsiqə qazanırdısa, o cür! Qazaxıstanın Premyer Liqasında az qala hər bölgədən komanda var. Bizdə isə bölgələrdə futbol deyə bir şey qalmayıb.
AFFA İcraiyyə Komitəsində bu problemi qaldıran olur, görəsən? Məsələn, elə birbaşa vəzifəsi region futbolunun maraqlarını qorumaq olan Kazbek Tuayev, yaxud İsgəndər Cavadov?
Pul olan yerdə hər şeylə öyünə bilərsən, yeri gələndə Qazaxıstan futboluna yuxarıdan aşağı da baxa bilərsən, amma bölgə və rayonlardan söz düşəndə, heç olmasa öz ölkənə, elə bizim Qazaxın timsalında bütün bölgələrin futbolu ilə də maraqlanmalısan. Zamanında yaxşı futbol ənənəsi olub bu rayonun. Amma indi stadionları nə günə düşüb? Komandaları özü hardadı? Həvəskar liqası statuslu yarışda! Azarkeşləri oyuna dəvət etmək üçünsə hər ev oyunu öncəsi maddi imkansızlıqdan flamastirlə afişa hazırlayıb, ağaca yapışdırırlar. Elə bil 60-70-ci illər Sovetin kolxoz dövrüdü, əllə afişa hazırlayıb, kənd camaatını kinoya baxmağa çağırırlar. Oturub İK-ni iclasında kofe içib guya futbolu müzakirə edənlər, bu kədərli faktdan danışsalar, pis olmazdı.
21-ci əsrdi e!..
Amma kaş ki, o afişanı hazırlayanlarda olan futbol sevgisi AFFA İK-də oturanların çoxunda olaydı. Onda bu günə düşməzdi, düşməyəcəkdi futbol...
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi